GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” kuryerlərinə basqın edən daha bir banda tutuldu

Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” kuryerlərinə basqın edən daha bir banda tutuldu

Tarix: 31-10-2014, 14:04 Bölmə :Manşet Baxış: 1 064
Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” kuryerlərinə basqın edən daha bir banda tutuldu
Rusiyada milyonlarla dollar nağd pul daşıyan azərbaycanlılara dəfələrlə hücum həyata keçirərək milyonlarla dollar qəsb edən banda üzvlərinin daha bir qrupu həbs edilib.

Virtualaz.org saytı xəbər verir ki, Sankt-Peterburq hüquq-mühafizə orqanlarının xüsusi təyinatlılardan ibarət birləşmiş dəstəsi oktyabrın 30-da şəhərdə bir neçə ünvanda eyni vaxtda basqın həyata keçirərək qanqsterlər dəstəsinin 6 üzvünü yaxalayıb. Həbs olunanlardan avtomatlar, zirehli gödəkcələr, qumbaralar götürülüb.

Fontanka.ru xəbər verir ki, bandanın daha bir üzvü axtarılır. Onun Pulkovo aeroportunun videomüşahidə kameralarında qeydə alınan görüntüsü də yayılıb.

Bandanın axtarışda olan üzvü

Dəstə üzvlərindən birinin “Tayfun” xüsusi təyinatlı dəstəsinin hazırda xidmətdə olan podpolkovnik rütbəli zabiti olduğu üzə çıxıb. Həmçinin Sankt-Peterburqun “Zenit” futbol komandasının keçmiş yarımmüdafiəçisinin qardaşı da qanqsterlər dəstəsinə daxildir.

Onlar azərbaycanlı kuryerlərə basqın zamanı ələ keçirdikləri milyonlarla dollar hesabına özlərinə “Bentli”, məşuqələrinə “İnfiniti” maşınları alıblar.

Arqumentı.ru yazır ki, banda üzvləri artıq iki ildir Peterburqun “qara pullar”ın dövriyyəsi bazarının əsas oyunçularının günlərini qara etmişdi. Qanunsuz bank fəaliyyəti ilə məşğul olan və milyonlarla dollar nağd pulları kuryerlər vasitəsilə xaricdən Rusiyaya daşıyan, yaxud xaricə ötürən qruplaşmalar qara maskalı, xüsusi təyinatlı geyimində olan avtomatlı qrupların hədəfinə çevrilmişdi.
Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” kuryerlərinə basqın edən daha bir banda tutuldu

Belə basqın hadisələrinə dair xəbərlərin çoxu heç mətbuata sızdırılmayıb. Amma bildirilir ki, son iki ildə Peterburqda “qara pul” dövriyyəçilərinin ofislərinə onlarla basqın həyata keçirilib.
Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” kuryerlərinə basqın edən daha bir banda tutuldu

Bu basqını həyata keçirən maskalıların hazırlıq vəziyyəti və qurduqları planların necə dəqiq işləməsi hətta Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatçılarını da heyrətə salıb. Bu qrupun üzvlərinin kimlərdən ibarət olması məlum olmasa da FTX haqlı olaraq şübhələnmişdi ki, belə dəqiq basqın əməliyyatlarını həyata keçirənlərin arasında hökmən güc strukturlarının da əməkdaşları var. Belə ki, maskalı və yaxşı silahlanmış qrup pul daşıyan kuryerlərin qarşısını dəqiq müəyyən edilmiş vaxtda kəsir, ani müddətə onları və mühafizəçilərini neytrallaşdırır və milyonlarla dollar nağd pul dolu çamadanları götürərək yoxa çıxırlar. Basqın zamanı qrup üzvləri özlərini FTX əməkdaşları kimi qələmə verirlər.

Bütün bu basqın hadisələrini araşdıran əməliyyatçılar müəyyən ediblər ki, qrup hər basqından əvvəl bütün detalları analiz edir. Küçələrdə videomüşahidə kameralarından tutmuş basqın zamanı mobil telefon cihazlarının söndürülməsinə qədər bütün detallar nəzərə alınır.

Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” kuryerlərinə basqın edən daha bir banda tutuldu

Nəhayət, banda üzvlərinin izlərinə düşmək mümkün olub. Oktyabrın 30-da FTX-nin regional idarəsinin xüsusi təyinatlıları qanqstrerlərin villalarına, qarajlarına və evlərinə basqın edib. Bu zaman tapança-pulemyotlar, çoxsaylı avtomat silahlar və tapançalar, döyüş ləvazimatları aşkar edilib. Onların arasında Qərb ölkələrində istehsal olunmuş qumbaralar, müasir partlayıcı maddələr var.

Ələ keçirilən silahlar FTX-nin, DİN-in və Cəzaların İcrası üzrə Federal Xidmətin xüsusi təyinatlı dəstələrinin silahlanmasında yer alır.

Bu basqın əməliyyatı bu il iyulun 15-də Peterburqun Pulkovo aeroportunda baş verən quldurluq hadisəsinə görə qaldırılmış cinayət işi çərçivəsində həyata keçirilib. Həmin gün Dubay-Peterburq reysi ilə uçan 40 yaşlı Azərbaycan vətəndaşı, kommersant gömrük rəsmiləşməsində özü ilə gətirdiyi 1,5 milyon dollar nağd pulu qeydə aldırıb. Saat 18 radələrində o, mühafizəçilərin müşayiəti ilə aeroportdan çıxan kimi qara uniformalı, maskalı və avtomatlarla silahlanmış qrup üzvlərinin basqınına məruz qalıb.

Özlərini Rusiya İstintaq Komitəsinin əməkdaşları kimi təqdim edən qrup üzvləri azərbaycanlı biznesmeni və mühafizəçilərini əl-qollarını bağlayaraq maşına oturdublar, sonra onları Voloxansk şosesində yola atıblar və pulla dolu çamadanı götürərək aradan çıxıblar.

Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” kuryerlərinə basqın edən daha bir banda tutuldu


Bildiirlir ki, həmin hadisədən iki ay əvvəl, Pulkovo aeroportunun düz həmin yerində daha bir Azərbaycan vətəndaşı qara uniformalıların basqını ilə qarşılaşıb və özü ilə gətirdiyi, içində 3,5 milyon dollar nağd pul olan çamadanla vidalaşmalı olub. 2013-cü il sentyabrın 11-də isə daha bir Azərbaycan vətəndaşı eyni sxemlə 2,5 milyon dollarını əldən verib.

Məlumata görə, oktyabrın 30-da saxlanılan banda üzvləri 6 nəfərdən ibarətdir, onların hamısı idmançı cüssəlidir. Bunların arasında “Zenit”in keçmiş yarımmüdafiəçisi, hazırda gənclər üzrə Rusiya futbol yığmasının kapitanı Oleq Samsonovun qardaşı, 30 yaşlı Vitali Samsonovdur.

32 yaşlı digər qanqster İqor Xludkov isə əvvəllər “Selenqa” özəl mühafizə şirkətində işləyib, 2012-ci ilin mayında o, nağd pul daşıyan kuryeri mühafizə edərkən silahlıların basqınını neytrallaşdırıb, bu zaman atışmada bir basqınçı öldürülüb. Bu hadisəyə görə yerli mətbuat Xludkovdan yazıb.

Digər qanqster Cəzaların İcrası üzrə Federal Xidmətin Peterburq və Leninqrad vilayəti üzrə idarəsinin hazırda xidmətdə olan podpolkovniki, bu idarənin “Tayfun” xüsusi təyinatlı dəstəsinin üzvü, 38 yaşlı Pavel Qriqoryevdir. Həmçinin dəstə üzvləri arasında keçmiş əməliyyat müvəkkili var.

Xatırladaq ki, milyonlarla dollar nağd pul daşıyan azərbaycanlı kuryerlərə bu cür silahlı basqınlar təkcə Peterburqda yox, Moskva aeroportlarında da bir neçə dəfə baş verib. Bu hadisələrdən biri 2014-cü il, mayın 5-də Moskva vaxtı ilə səhər saat 8 radələrində baş verib. OMON formasında olan və avtomatla silahlanmış bir qrup maskalı şəxs “Domodedovo” aeroportunun E terminalının çıxışında Azərbaycan vətəndaşına hücum edərək onun əllərini qandallayıb. Daha sonra həmin şəxsin daşıdığı çamadanları götürərək yaxınlıqda onları gözləyən mikroavtobusla aradan çıxıblar. Çamadanlarda 4 milyon dollar nağd pul olduğu bildirilirdi.

Həmçinin 2013-cü ilin noyabrında İstanbuldan Moskvaya uçan Azərbaycan vətəndaşı Zaur Qədimov “Şeremetyevo” aeroportunun qarşısında basqına məruz qalmış və onun daşıdığı 2,7 milyon dollar nağd pul qəsb edilmişdi. OMON forması geyimiş 10 nəfər maskalı şəxs əvvəlcə aeroportun qarşısında Z.Qədimovu gözləyən özəl mühafizə xidməti əməkdaşlarının əllərini qandallamış və onları mikroavtobusa mindirərək aeroportdan kənarlaşdırmışdılar.

Belə basqın hadisələrinin əksəriyyəti mətbuata çıxmır,bir çox hallarda qara pul kuryerləri özləri polisə məlumat verməkdə maraqlı olmur. Çünki onların özlərinin gördüyü iş də qanuni deyil və ən azından qeyri-qanuni pul dövriyyəsi ittihamı ilə üzləşə bilərlər.

İndi bir daha sübut olunur ki, Rusiyanın güc strukturlarının indiki və keçmiş əməkdaşlarından formalaşan qanqsterlər dəstəsi qara pul kuryerlərinin bu zəif tərəflərini yaxşı bilirmiş. Bir növ onlar Azərbaycanda 2005-ci ildə zərərsizləşdirilən və DİN-in polkovniki Hacı Məmmədovun başçılıq etdiyi qanqsterləri xatırladır.
Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” kuryerlərinə basqın edən daha bir banda tutuldu
Hacı Məmmədov

Oktyabrın 9-da Rusiya İstintaq Komitəsi banda üzvlərinin bir qrupunu Moskva və Moskvaətrafı regionda keçirilən əməliyyatda həbs etmişdi. Virtualaz.org saytı xəbər vermişdi ki, əməliyyat zamanı 12 nəfər həbs olunub. Onların arasında Mərkəz Federal Dairəsi üzrə nəqliyyatda OMON İdarəsinin iki əməkdaşı, habelə Baltikyanı respublikaların birindən olan “vor zakon” da var.

Quldurların evlərində iki avtomat, üç tapança, döyüş sursatları və radiostansiya, kamuflyaj formaları, maskalar, əlcəklər, basqın əməliyyatlarında istifadə olunan onlarla mobil telefon aşkar edilib.

İstintaq Komitəsi bildirir ki, banda üzvləri aeroportların birində qeyri-leqal pul daşıyan kuryerə qarşı yeni əməliyyat planlaşdırmışdılar. Bu basqın əməliyyatında avtomat silahlar, partlayıcı qurğular, həmçinin bir neçə bahalı avtomaşından istifadə edilməsi nəzərdə tutulmuşdu.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, banda üzvlərinin izinə məhz bu basqın planı barədə əməliyyat məlumatı əsasında düşmək mümkün olub. Məlumata görə, banda üzvləri yaxın günlərdə Moskva aeroportunun ərazisində daha bir biznesmenə basqın edib onun daşıdığı pulları ələ keçirməyə hazırlaşırmış.

Ehtimal olunur ki, Moskva və Peterburqda tutulan bu bandalar bir-biri ilə əlaqəlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda mafiya lideri axtarışda - Sumqayıtda xüsusi əməliyyat keçirildi

    Azərbaycanda mafiya lideri axtarışda - Sumqayıtda ...

    1-10-2015, 23:19

  • 
  • Azərbaycanlı biznesmenləri oğurlayan, Rövşən Lənkəranskinin adamını öldürən “Zayka” və bandası tutuldu — (Fotolar)

    Azərbaycanlı biznesmenləri oğurlayan, Rövşən ...

    7-11-2014, 23:29

  • 
  • OMON Beynəlxalq Bankın ofisinə basqın etdi, axtarış gedir

    OMON Beynəlxalq Bankın ofisinə basqın etdi, ...

    17-12-2015, 16:57

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Bakıdan Dubaya 3.3 milyon dollar aparan məmur kimdir?

    Bakıdan Dubaya 3.3 milyon dollar aparan məmur ...

    8-05-2014, 11:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu