GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bakıdan Dubaya 3.3 milyon dollar aparan məmur kimdir?

Bakıdan Dubaya 3.3 milyon dollar aparan məmur kimdir?

Tarix: 8-05-2014, 11:00 Bölmə :İqtisadiyyat Baxış: 0
Bakıdan Dubaya 3.3 milyon dollar aparan məmur kimdir?
Moskva aeroportundakı basqının detalları bəlli oldu

Moskvada dünən səhər törədilmiş səs-küylü soyğunçuluq hadisəsinin yeni təfərrüatları məlum olub. Rusiya mənbələri xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə “Şeremetyevo-2” aeroportunda milyonlarla dollar nağd pulu oğurlanan şəxsin Azərbaycan vətəndaşı olduğunu açıqlayıb. Xəbər verdiyimiz kimi, hadisə mayın 5-də Moskva vaxtı ilə səhər saat 8 radələrində baş verib. OMON formasında olan və avtomatla silahlanmış bir qrup maskalı şəxs aeroportun E terminalının çıxışında Şimali Qafqaz sakininə hücum edərək onun əllərini qandallayıb. Daha sonra həmin şəxsin daşıdığı çemodanları götürərək yaxınlıqda onları gözləyən mikroavtobusla aradan çıxıblar.
Çemodanlarda 4 milyon dollar nağd pul olduğu bildirilirdi. Basqına məruz qalan şəxsin kimliyi açıqlanmırdı. Bu gün isə hüquq-mühafizə orqanlarındakı mənbə soyğun hadisəsinin bəzi detallarını açıqlayıb. Mənbə bildirib ki, milyonlarla dollar nağd pulu daşıyan şəxs Moskvadakı özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub. OMON formasında olan silahlılar onun daşıdığı 3 milyon 300 min dollar nağd pulu, habelə üstündəki tapançanı götürərək aradan çıxıblar. Mənbənin bildirdiyinə görə, mayın 5-də saat 08:50-də OMON-çuların formasında olan, avtomatla silahlanmış 7 maskalı şəxs “Şeremetyevo-2” aeroportunun E terminalının qarşısında özəl inkassator formasının və özəl mühafizə şirkətinin əməkdaşlarına basqın ediblər.
“Basqınçılar bu iki şəxsi avtomatlarla hədələyərək döyüblər, əllərinə plastik qandallar keçiriblər və patronları olmayan xidməti “İJ-71” tapançasını, nağd dollarla dolu iki çemodanı götürərək “Kadillak” markalı avtomobillə hadisə yerindən qaçıblar. Müəyyən olunub ki, özəl mühafizə şirkətinin və özəl inkassator firmasının əməkdaşları pulları hücumdan cəmi bir neçə saniyə əvvəl Dubaydan uçan səhər reysi ilə aeroporta gələn Azərbaycan vətəndaşından alıblar”, - deyə mənbə bildirib. Soyğunçuları tapmaq üçün Moskvada və Moskvaətrafı vilayətdə başladılan əməliyyat nəticə verməyib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.
Xəbərdə bildirilir ki, soyğunçuların Azərbaycan vətəndaşından apardığı pullar Rusiya Mərkəzi Bankının indiki kursu ilə 118 milyon 240 min rubl edir. Xatırladaq ki, anoloji hadisə ötən ilin sentyabrında Sankt-Peterburqun “Pulkovo” aeroportunda da baş vermişdi. Eyni ssenari ilə hərəkət edən, OMON forması geymiş silahlı maskalılar aeroportun çıxışında Türkiyədən gələn Azərbaycan vətəndaşına basqın edərək onun daşıdığı 2 milyon dollar nağd pulu götürmüş və aradan çıxmışdılar.
Bu hadisədən çox keçmədən eyni soyğunçuluq hadisəsi Moskvada baş vermişdi. 2013-cü ilin noyabrında İstanbuldan Moskvaya uçan Azərbaycan vətəndaşı Zaur Qədimov “Şeremetyevo” aeroportunun qarşısında basqına məruz qalmış və onun daşıdığı 2,7 milyon dollar nağd pul qəsb edilmişdi. OMON forması geyimiş 10 nəfər maskalı şəxs əvvəlcə aeroportun qarşısında Z.Qədimovu gözləyən özəl mühafizə xidməti əməkdaşlarının əllərini qandallamış və onları mikroavtobusa mindirərək aeroportdan kənarlaşdırmışdılar. Silahlıların bir neçəsi mühafizəçiləri nəzarətdə saxlamış, qalanları isə aeroportun D terminalının qarşısında Z.Qədimovun çıxmasını gözləmişdilər. Azərbaycan vətəndaşı milyonlarla dollar nağd pulla terminaldan çıxan kimi silahlılar ona hücum etmiş, Z.Qədimovu yerə uzadan və başına silah dirəyən maskalılar onun pulla dolu çemodanını götürmüşdülər. Daha sonra Qədimovu mikroavtobusa mindirərək aeroportun ərazisindən çıxarmış və yola atmışdılar. Heç bir halda bu soyğunçuluq hadisələrinin üstü açılmayıb. Eyni zamanda Dubaydan və Türkiyədən milyonlarla dollar nağd pulu Rusiyaya daşıyan azərbaycanlıların hansı qruplaşmalara bağlı olduğu qaranlıq qalır.
ZAUR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Moskvada Zaur Qədimovdan qarət olunan 2,7 milyon dollar hansı mafiyanındır?

    Moskvada Zaur Qədimovdan qarət olunan 2,7 milyon ...

    29-11-2013, 12:46

  • 
  • Aeroportda şok soyğun: azərbaycanlının 2,7 milyon dolları oğurlandı

    Aeroportda şok soyğun: azərbaycanlının 2,7 milyon ...

    27-11-2013, 20:02

  • 
  • Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” kuryerlərinə basqın edən daha bir banda tutuldu

    Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” ...

    31-10-2014, 14:04

  • 
  • Biznesmeni oğurlayıb yarım milyon dollar tələb edən 11 azərbaycanlı tutuldu

    Biznesmeni oğurlayıb yarım milyon dollar tələb ...

    22-07-2014, 15:03

  • 
  • Rusiyada Xəlil Arslanova cinayət işi açıldı

    Rusiyada Xəlil Arslanova cinayət işi açıldı ...

    26-12-2019, 15:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu