GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Eldar Əzizovun karyerasını bitirəcək yanlışlar silsiləsi

Eldar Əzizovun karyerasını bitirəcək yanlışlar silsiləsi

Tarix: 12-11-2014, 00:39 Bölmə :Manşet Baxış: 0
Bir müddət əvvəl hakimiyyətin "qara siyahısı"na düşən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov kürsüsünü qorumaq üçün müxtəlif vasitələrə əl atır.

Eldar Əzizovun karyerasını bitirəcək yanlışlar silsiləsi
Məlumata görə, icra başçısı bunun üçün ha-kimiyyətin yuxarı dairələrindəki dəstəkçilərinə minnətçi də düşüb. Amma buna baxmayaraq, ona, özünü doğrultmağı və bir müddət öncə buraxdığı səhvləri düzəltməyi məsləhət görüblər.

Məsələ ondadır ki, E.Əzizovun hakimiyyət daxilindəki əleyhdarları da boş oturmurlar. Onlar, davamlı olaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəaliyyətini təftiş etdirirlər.

Xatırladaq ki, Hesablama Palatasının sentyabr ayının 15-də keçirilən Kollegiya iclasında dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsi və dövlət əsaslı vəsait qoyuluşu müzakirəyə çıxarılıb. Dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə və Sumqayıt Şəhər Təhsil Şöbəsinə, həmçinin, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərar verilib. Zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Bu qərardan sonra sözügedən istiqamətdə də yoxlamalar aparılıb, xeyli nöqsan və maliyyə fırıldaqları aşkarlanaraq, hakimiyyətin yuxarı dairələrinin diqqətinə çatdırılıb. Yəni, icra başçısı Eldar Əzizovun öz fəaliyyətində müsbətə doğru dönüş yaratmadığı mesajı verilib.
"Reytinq"ə daxil olan məlumata görə, Eldar Əzizov budəfəki təzyiqlərdən qurtarmaq üçün fəaliyyəti yoxlanılan qurumların rəhbərlərini "qurban verməklə" yaxasını kənara çəkməyə çalışır. O, Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovu, Mədəniyyət və Turizm İdarəsinin müdiri Namiq Qafarovu, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Abid Əliyevi işdən çıxarıb, problemin ondan qaynaqlan-madığı mesajını vermək istəyir. Ancaq E.Əzizov Sumqayıta icra başçısı təyin ediləndən ən xırda maliyyə əməliyyatlarına da nəzarət etdiyindən, idarə və müəssislərdə baş verən maliyyə fırıldaqlarından məlumatlıdır. Yəni, onun hakimiyyətin yuxarı dairələrini aldatmaq planı baş tutmaya da bilər.

Sumqayıtdakı sosial-iqtisadi problemlərin əndazəni aşması da icra başçısına qarşı münasibəti kəskinləşdirən səbəblərdən biridir.

Məlumata görə, bu gün ən vacib problemlərdən biri də şəhərin istilik sistemi ilə bağlıdır. Çünki hələ də şəhərin böyük hissəsində istilik təchizatı mövcud deyil.

Hər il Sumqayıta dövlət büdcəsindən milyonlarla manat ayrılsa da, bu vəsait yalnız şəhərin mərkəzi küçələrinin təmirinə, bardürlərin və asfalt örtüyünün yenilənməsinə sərf edilir. Ən mənfi tendensiyalardan biri də odur ki, abadlıq işləri mərkəzi küçələrin binalarının fasad və dam örtüyünün yenilənməsindən ibarət olur. Yəni, maliyyə fırıldaqları ilə müşaiyət olunan quruculuq işləri kosmetik mahiyyət daşıyır. Şəhərin daxili problemləri isə kifayət qədərdir.

Redaksiyamızın elektron poçtuna Sumqayıtdakı problemlərdən bəhs edən şikayət məktubları da daxil olur. Şəhər sakinləri qış aylarında soyuqdan əziyyət çəkdiklərini bildirməklə yanaşı, bəzi yaşayış binalarına aid zirzəmilərin su ilə dolu olması səbəbindən (əsasən 1-2 və 5-ci mikrorayonlarda) nəmişilik, üfunət və digər problemlərlə baş-başa qaldıqlarını qeyd edirlər. Sakinlər bildirirlər ki, Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı təyin ediləndən sonra belə problemlər daha da artıb.
Əldə etdiyimiz məlumata görə, E.Əzizov şəhərdə fəaliyyət göstərən sahibkarları da narazı salıb. Onun müxtəlif vasitələrlə şəhərin iri marketlərinin qazancına şərik çıxdığı da bildirilir. Orta və kiçik sahibkarlardan isə müxtəlif bəhanələrlə altı aydan bir hesab alınır.

İcra başçısının mədəni sferanın işinə müdaxiləsi də müsbət qarşılanmır. Şəhər sakinləri iddia edirlər ki, E.Əzizov teatrların da normal fəaliyyətinə imkan vermir: "Aktyorlar daha çox icra hakimiyyətinin müxtəlif tədbirləri üçün çalışırlar. Bu səbəbdən də yaradıcılıq işlərinə yetərincə vaxt ayrılmır. Ona görə də şə-hərin teatrlarında səhnəyə yeni əsərlər ya qoyulmur, ya da bu, çox az hallarda baş verir".
Bizi bilgiləndirən Sumqayıt sakinlərinin sözlərinə görə, E.Əzizovun məqsədi müxtəlif əraziləri iş adamlarına satmaqdır. Harada uşaq meydançası, idman meydançası, ya da köhnə tikili varsa, onları sökdürür. Yerində uşaq bağçasının inşaa ediləcəyi barədə şaiyələr yaydıraraq, həmin əraziləri ayrı-ayrı iş adamları-nın 14-17 mərtəbəli binalar tikdirməsi üçün "hərraca" çıxarır: "Şəhərdə artıq boş yer qalmayıb. Künc-bucaqlar da zəbt olunur. 350-400 minə yaxın Sumqayıt əhalisi 5-10 nəfərin əlində əsir-yesir olub. Ağına-bozuna baxmadan bildiklərini edirlər. Gecə ilə yaşıllıqları məhv edib, yerində müxtəlif obyektlər tikirlər. N.Nərimanov prospektini az qala, bank-ticarət prospektinə çeviriblər. Prospekt boyunca son illərdə nə qədər yeni obyektlər peyda olub. Təbii ki, bütün bunlar Eldar Əzizovun iradəsi daxilində baş verir".

E.Əzizovun Pompey sevgisi də sumqayıtlıların diqqətindən yayınmır. Məlumata görə, E.Əzizovun Pompey şəhərinin meri Emiliano Saponaro ilə dostluq əlaqəsi şəhərin bütün tədbirlərində özünü göstərir: "Üç ildir şəhər tədbiri keçirir, ancaq Pompeyi salır araya. Sonra da oranın merini çağırıb göstərir ki, bunu sənin üçün edirəm və gedir İtaliyada istirahətə. Elə bil Sumqayıtın başqa bir siması, görkəmli şəxsiyyəti yoxdur. Sumqayıtı qurub-yaradan, onun inkişafında əməyi olan o qədər insan var ki... Niyə onları da yada salmırlar? Amma Coratın yaxınlığından keçən və qanlı döyüşlər aparan italyan sərkərdəsinin az qala, hər il obrazını canlandırırlar. Sumqayıtda məşhur ticarət mərkəzlərindən birinin "Pompey" adlandırılması da çox güman ki, Eldar Əzizovun İtaliya mərəzindən irəli gəlir".
Görünən odur ki, bütün cəhdlərinə baxmayaraq, E.Əzizov üçün vəzifəsini qorumaq elə də asan olmayacaq. Çünki şəhərin sosial problemlərinin çoxalması, sakinlərin narazılığının artması, büdcə vəsaitlərinin talan edilməsi ədalət bucağından baxdıqda, bunun üçün kifayətdir.

Rəşad Hüseynov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İki icra başçısı hədəfdə-YOXLAMA

    İki icra başçısı hədəfdə-YOXLAMA ...

    13-10-2014, 15:31

  • 
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33

  • 
  • “İcra hakimiyyətlərinin işi” Milli Məclisə göndəriləcək

    “İcra hakimiyyətlərinin işi” Milli Məclisə ...

    29-10-2013, 13:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu