GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Mehdiyevdən rəqiblərinə sərt mesaj

Ramiz Mehdiyevdən rəqiblərinə sərt mesaj

Tarix: 24-01-2013, 11:04 Bölmə :Manşet Baxış: 872
Ramiz Mehdiyevdən rəqiblərinə sərt mesaj

PA rəhbəri Zahid Orucun dilindən danışdı, iqtidarda
ona qarşı hücuma keçənlərə 2005-ci ili xatırlatdı


Qarşıdan prezident seçkilərinin gəlməsi hakimiyyətdaxili qruplaşmalar arasındakı münasibətlərin daha da gərilməsilə müşaiyət olunmaqdadır. Artıq neçə müddətdir ki, məlum gərginliyin təzahürlərini qabarıq şəkildə hiss edirik. Həm fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə bağlı yaranmış qalmaqal, həm əsgər ölümü faktının qabardılması nəticəsində qurulan oyunlar, «Binə»də baş verən hadisələr və digər bu kimi məqamlar artıq cəmiyyətin də çox ciddi proseslərə cəlşb edilməsinin göstəricisi kimi qəbul edilməlidir. Yəni vəziyyət o həddə çatıb ki, artıq iqtidar içində münasibətlərini çözən qruplar bu işdə cəmiyyətin də iştirakından yararlanmağa çalışırlar. Belə bir prosesin isə uzun müddətə nəzarətdə saxlanılmasının imkansız olduğu, yekunda xaotik bir mənzərəni yetişdirə biləcəyi isə ən primitiv politoloji biliklər hesabına da təxmin edilə bilər.
Bununla əlaqədar məlumat verən hökumət içindəki qaynağın sözlərindən belə aydın olur ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində əsas hədəf kimi diqqətə gələn hakimiyyətin əsas güc mərkəzlərindən hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun çevrəsi ciddi şəkildə müdafiə olunmaqdadır: «Bu gün həmin qruplaşma prezidentlə ən sıx təmasda olan şəbəkədir və prezidentə davamlı olaraq öz baxış açılarından məlumatlar çatdırır, onda öz maraqlarına uyğun təəssüratlar oyatmağa çalışırlar».
Eyni zamanda mehdiyevçi qanadın fəal şəkildə özlərinə zərurətin hələ də qaldığını sübuta yetirən bir sıra prosesləri süni şəkildə həyata keçirdiyini də iddia edən mənbəmiz əlavə etdi ki, əvvəlki dönəmlərlə müqayisədə Ramiz Mehdiyev mövqelərini geri almış kimi görünür: «Vəziyyəti kifayət qədər dəyişməyə müvəffəq olmuş PA rəhbərinə bu işdə əsas dəstəyi Rusiya verib. Digər tərəfdən də «milyarderlər ittifaqı»nın, Rüstəm İbrahəimbəyov kimilərinin basqıları hesabına Kreml rəsmi Bakını «yetimin papağını başından götürüb, təkrar özünə qaytarmaq» tərzilə «sevindirdiyindən» YAP iqtidarı yenidən Ramiz Mehdiyevin hökmü altına keçmə yönündə kurs götürüb».
Amma bu situasiyanın rəqib cinah tərəfindən asanlıqla və sükutla həzm edilməyəcəyini bildirən mənbəmiz onu da vurğuladı ki, PA şefini çox ciddi faktlar və dəlillər hesabına olsa belə, may ayına qədər zərərsizləşdirməyi qəsd edən məlum qüvvələr bu məqsədlə yeni plan da hazırlayıblar: «Gələn həftədən etibarən ölkədə böyük səs-küy yaradacaq faktların ictimailəşməsi gözlənilir. Bu dəfə təkcə Elşad Abdullayevin «serialları» rol oynamayacaq. Çoxdan vəd olunan bəzi videofaktlar da açıqlanacaq». Amma bununla belə başqa bir proses də müşahidə olunmaqdadır. İqtidarkı əleyhdarları hücumları nəhayət, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səbr kasasını daşırıb. Ramiz Mehdiyev komandasına daxil olan şəxslər vasitəsilə rəqiblərilə sərt tonda danışmağa başlayıb. Deputat Zahid Orucun açıqlamaları buna nümunə ola bilər. Deputat PA rəhbərinə qarşı hücumlarla bağlı deyib: “Bu kompromat savaşının uğurlu nəticələrini gözləyənlər varsa,onları əmin edirəm ki, proses məntiqi sonluğuna çatanda onlar məyus olacaqlar.
Yekun çox amansız olacaq. Indi virtual məkanda qurulmuş istehkamlar dağılanda bu oyunu aparan xeyli gizli sifətlər açılacaq və görəcəksiniz ki, mübarizə konkret Administrasiya rəhbərinə qarşı yox, hakimiyətin dəyişdirilməsi planının tərkib hissəsi naminə aparılıb. Bu 2005-ci il hadisələrinin dumanını xatırladır. Situasiyanın aydınlaşması ilə əksər ”güllə atanlar”ın deşifrə olunması, hakimiyyəti növbəti dəfə təmizləmə əməliyyatı ilə daha da güclənməsinə aparacaq. Ona görə eyforiya içində qələbə çələngi gözləyənlər bilməlidir ki, həmin çiçəkləri məğlubiyyət mərasimlərində istifadə etməli olacaqlar. Prezident əleyhinə dramatikləşdirilən və facebook məkanında təşkilatlandırılanlar lider kimi sonradan İlham Əliyevə sığınacaqlar. Bir az gözləyək”.
Ramiz Mehdiyevin rəqiblərinə mesajı kifayət qədər aydındır. PA rəhbəri hücumların qarşısında geri çəkilməyəcəyini, eyni zamanda ona qarşı kampaniyada rol alanları bağışlamayacağını bəyan edir. Ramiz Mehdiyev “2005-ci il olayları”nı xatırladaraq, rəqiblərini sabiq nazirlər Əli Insanov və Fərhad Əliyevin taleyilə qorxudur. Atəşin Paşayevlərə atılması da aydın görünür. Çünki məhz bu qruplaşmanın 2013-də dəyişikliklə bağlı planları var.
Bu arada bir vacib məqamı qeyd etmək yerinə düşər. Bir neçə gün əvvəl Ramiz Mehdiyevə qarşı yeni şok effekti yaradan ittiham ortaya çıxdı. DIN-in sabiq əməliyyat müvəkkili adam oğurluğu və bir sıra ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov ictimailəşən məktubunda qeyd edir ki, o, 2004-cü ildə PA rəhbərindən Ilham Əliyevi öldürmək tapşırığı alıb. Hacı Məmmədov MTN-nin təcridxanasında saxlanılır. Oradan hansısa məktubu asanlıqla çölə ötürmək sadəcə mümkün deyil. Dorğrudur, məktubun mətnindən aydın olur ki, Hacı Məmmədov MTN-in Fazil adlı əməkdaşının köməyilə Ramiz Mehdiyevə yazılı mesajlarını çatdırır. Lakin bu halda da nazirliyin əməkdaşının rəhbərliyin məlumatı olmadan Hacı Məmmədova yardımçı olması inandırıcı deyil. MTN rəhbərliyi heç şübhəsiz Ramiz Mehdiyevə ünvanlanan məktubun mətnindən xəbərdar olub və bu kompromat uyğun vaxt üçün saxlanılıb.
Zahidin Orucun məhz bu məsələdən sonra danışması təsadüfi sayıla bilməz. Görünür, Hacı Məmmədovun məktubunun ictimailəşməsi Ramiz Mehdiyevi hücuma hücumla cavab verməyə məcbur edib.
Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəmaləddin Heydərov rəqiblərinə güc gəlir

    Kəmaləddin Heydərov rəqiblərinə güc gəlir ...

    7-12-2012, 13:28

  • 
  • Ramiz Zeynalov: “Elşad Abdullayev ekstradisiya ediləcək”

    Ramiz Zeynalov: “Elşad Abdullayev ekstradisiya ...

    9-12-2013, 17:50

  • 
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 22:38

  • 
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 23:32

  • 
  • Keçmiş prokuror: “Elşad Abdullayevlə yaxın olmuşuq”

    Keçmiş prokuror: “Elşad Abdullayevlə yaxın ...

    19-12-2013, 18:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu