Keçmiş vicdan məhbusları birləşdikləri Alyansın adını siyasi reallığa çevirmək uğrunda çalışır
gundemxeber.az Ötən həftə Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Media Mərkəzində məhbusların hüquq və azadlıqlarını müdafiə etmək üçün Hüquq və Azadlıqların Müdafiə İnstitutu (HAMİ), “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı, Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) və İnsan Haqları Klubunun birgə təşkilatçılığı ilə hüquq müdafiəçiləri, vəkillər, hüquqşünaslar, ictimaiyyət nümayəndərləri, jurnalistlər, o cümlədən cəzaçəkmə müəssisələrində işgəncələrə və təzyiqlərə məruz qalan məhbusların yaxınlarının qatıldığı dəyirmi masa keçirildi. Tədbirdə məhbusların problemləri müzakirə olunub. Tədbirdə problemlərin konkret ünvanı göstərilib. Alyansın koordinatoru Oqtay Gülalıyev qeyd edib ki, həbsxanalarda Azərbaycan polisi Azərbaycan vətəndaşına qənim kəsilib: “Pentensiar Xidmətdə qanunlar işləmir, orada ancaq Mədət Quliyevin qanunları işləyir”. Ümumiyyətlə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı yarandıqdan sonra bu mövzunun gündəmə gətirilməsi diqqət çəkir. Alyansı keçmiş «vicdan məhbusları» yaradıb. Təşkilat həbs təhlükəsi olan fəalların müdafiəsi, həbs olunanların hüquqlarının təmin edilməsi, məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması və azad edildikdən sonra sosial reabilitasiyası ilə məşğul olacaq. Təşkilatın koordinatoru Oqtay Gülalıyev deyir ki, onların əsas işi həm ölkədəki «siyasi məhbus»ların vəziyyətini, həm də cəzaçəkmə yerlərindəki şəraiti diqqətdə saxlamaqdır: «Biz qanunsuz həbsdə olan məhbusların hüquqlarının müdafiəsi ilə yanaşı, həbs yerlərində saxlanma şəraitinin yaxşılaşdırılması və oradakı şəraitin müəyyən standartlara cavab verməsinə nail olmağa çalışacağıq». “Xəbər xidməti”
Sorğu
Yeni dizaynımız necədir?