GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Müxalifətin “vahid namizəd” problemi

Müxalifətin “vahid namizəd” problemi

Tarix: 6-12-2012, 15:01 Bölmə :Manşet Baxış: 1 588
Müxalifətin “vahid namizəd” problemi

Bütün müşkül məsələlərin həlli olduğu kimi, vahid namizədi təyin etmək üçün də çox mexanizm düşünmək olar

Bəlkə də siyasətdən tamam uzaq adam üçün bu sual heç bir məna kəsb etmir. Amma mən bir vaxt ona o qədər aludə olmuşdum ki, Polşada olarkən, bu haqda hüquq müdafiəçisi M. Noviskidən də soruşmuşdum. O mənə dedi ki, çalışın, qeyri-hökumət təşkilatlarının sayı çox, partiyaların sayı isə mümkün qədər az olsun, çünki partiyaların az, lakin güclü olması daha məqsədəuyğundur. O, hətta Polşanın təcrübəsindən də misal çəkdi. Sən demə, ilk illərdə bu ölkədə hətta prezident seçkisinə 30-dan çox partiya qatılırmış. O vaxt düşündüm ki, bizdə vəziyyət hələ nisbətən şükürlüdür. Amma bu, zahiri təskinlik idi, çünki Azərbaycanda da partiyaların sayı, qeydiyyata alınanları saysaq, 30-dan çoxdur. İndi budur, növbəti il üçün siyasətin konturları artıq aydınlaşır.

«Növbəti prezident kim olacaq?» sualı?

Bu günlərdə Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev «Növbəti prezident kim olacaq» sualına çox maraqlı cavab verdi. Dedi ki, Azərbaycanın 2020-ci ilə qədər inkişaf konsepsiyası var, həmin konsepsiyaya baxaraq, kimin prezident olacağını bilmək olar(!). Bu, hakimiyyətin həmin məsələ ilə bağlı sükutuna birdəfəlik aydınlıq gətirdi. Amma siyasətdə heç də bütün proqnozlar və niyyətlər doğrulmur, hətta onlar yüksək rütbəli məmurun dilindən səslənsə belə. R.Mehdiyev daha bir məsələyə də münasibətini bildirdi. O dedi ki, bir müddətdir «Milyarderlər İttifaqı» kimi tanınan qurumun Rusiyadakı diaspora aidiyyəti yoxdur və bu hadisəni diasporun parçalanması kimi qəbul etmək lazımdır… Bu vaxta qədər hakimiyyət sözügedən məsələ ilə bağlı birmənalı şərhlərdən yan keçirdi, məsələyə ümumi ifadələrlə münasibət bildiirrdi. Amma görünür, artıq səbr tükənib. Burada maraqlı bir tendensiyanı da qeyd etmək yerinə düşərdi. Kim hakimiyyətə qarşı sərt tənqidlə çıxış edirsə, tez bir zamanda məlum olur ki, onların diaspora və yaxud ziyalılara, ümumiyyətlə, cəmiyyətə heç bir aidiyyəti yoxdur. Həqiqətən də maraqlı məntiqdir. Sovetlər vaxtında bir sovet ziyalıları vardı, bir də burjua ziyalıları, bir «bizimlə olanlar» vardı, bir də «olmayanlar». Görünür, ideoloji ştamplar ötən 21 il ərzində bir o qədər də dəyişməyib.

«Cin butulkadan çıxıb»

Yazının əsas mövzusuna – müxalifətin vahid namizəd məsələsinə gəldikdə isə, müxalifət heç cür qəbul edə bilmir ki, cəmiyyətin siyasətlə maraqlanan təbəqəsində bu məsələyə sosial sifariş var, çünki insanlar müxalifətdən danışanda, birinci olaraq, məhz onların birləşə bilməməsini qınaq kimi səsləndirir. Bir və ya üç insanın rəyini subyektiv hesab etmək olar, amma ola bilməz ki, bu qədər insan bir məsələdə belə qərəzli və subyektiv olsun. Yuxarıdakı qısa açıqlamadan belə nəticə çıxarmaq olar ki, 2013-cü ilin seçkisi çox gərgin keçəcək, hətta hakimiyyət bu məsələdə özünü çox sakit və rahat aparsa belə. Məlum məsələdir ki, hələ siyasi emosiyalara meydan verilmir. Amma bu sona qədər davam edə biləcəkmi? Güman etmirik. Bəzən siyasət əsəbləri həqiqətən də tarıma çəkir. Lakin artıq danışmağa başlayıblar, necə deyərlər, «cin butulkadan çıxıb». Düzdür, hakimiyyəti bu məsələdə, müxalifətdən çox, Rusiyadan əsən siyasi küləklər narahat edir. Fəqət, fərqi yoxdur, fakt odur ki, narahatlıq getdikcə daha çox hiss olunur.

İki namizəd yaxşıdır, bir namizəd isə daha yaxşı

Müxalifətin vahid namizəd məsələsində öz arqumentləri var. Onlar bu vaxta qədər çox səsləndirilib və hamıya məlumdur. Amma sual yaranır. Bir namizədlə seçkiyə getməyin effekti doğrudan da böyük ola bilərmi? Bunun üçün 1998-ci ilin təcrübəsi var. O vaxt müxalifət partiyalarının əksəriyyəti seçkini boykot etdi, amma E.Məmmədov seçkiyə qatıldı. Son nəticədə seçki saxtalaşdırılsa da, E.Məmmədov şəkksiz uğur qazandı: o, ən azı seçkinin ikinci turunu təmin edəcək qədər səs topladı. Bu fakt göstərir ki, cəmiyyət bülletendə bir namizədin adını görəndə tərəddüd etmir, səslər parçalanmır.
Deməli, artıq belə bir təcrübə var. Bütün müşkül məsələlərin həlli olduğu kimi, vahid namizədi təyin etmək üçün də çox mexanizm düşünmək olar. Amma ən böyük mexanizm reallıq hissidir. Çətin də olsa, hər bir namizəd prinsipcə özünün şanslarını qiymətləndirə bilər, bu, heç də mümkünsüz deyil. Ona görə də reallıq hissi ən yaxşı siyasi barometrdir.

Naftalin iyi, yoxsa fransız ətri?

2013-cü il ərəfəsində ziyalı mühitində ciddi parçalanma baş verdi. Əgər bu gün R.Mehdiyev belə bir parçalanmanın Rusiya diasporunda baş verdiyini də etiraf edirsə, bu, artıq ciddi məsələdir. Müxalifət «naftalin» iyi deyil, fransız ətri qoxuya bilər və o, uğursuz insanların birliyindən bütün narazı insanların birliyinə çevrilə bilər. Onun belə bir şansı var. Amma o, bu şansdan istifadə edə biləcəkmi?

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müxalifətin seçki planları

    Müxalifətin seçki planları ...

    1-01-2013, 15:02

  • 
  • İslamçılar da Cəmil Həsənli dedi

    İslamçılar da Cəmil Həsənli dedi ...

    25-08-2013, 14:42

  • 
  • Milli Şura üzvləri bəyanat yaydı

    Milli Şura üzvləri bəyanat yaydı ...

    22-08-2013, 16:04

  • 
  • Gülağa Aslanlı Milli Şurada həmsədrlik məsələsindən danışdı

    Gülağa Aslanlı Milli Şurada həmsədrlik ...

    7-11-2013, 13:52

  • 
  • Mehman Əliyev: “Təəssüf ki, problemlə üzləşmişik”

    Mehman Əliyev: “Təəssüf ki, problemlə üzləşmişik” ...

    21-08-2013, 00:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu