GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müxalifətin seçki planları

Müxalifətin seçki planları

Tarix: 1-01-2013, 15:02 Bölmə :--- Baxış: 6 307
Müxalifətin seçki planları
Kimlər namizəd olmağa hazırlaşır?

Müsavat Partiyasının Divanı 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkisində iştirakı məqsədəuyğun sayaraq Məclisin növbəti toplantısına başqan İsa Qəmbərin namizədliyinin irəli sürülməsini tövsiyə edib. Məclisin toplantısı 2013-cü il yanvarın 4-nə təyin olunub. Ümüd partiyası da İqbal Ağazadənin namizəd olacağı haqda qərar qəbul edib.
Aparıcı müxalifət partiyalarından olan AXCP seçki ilə bağlı yekun qərarını gələn ilin ortalarında verəcəyini açıqlayıb. Bəs digər müxalif partiyaların seçkiyə münasibəti necə olacaq?

Əvəz Temirxan, Liberal Partiyasının sədri:
- Liberal Partiyasının namizədi liderimiz Lalə Şövkətdir. Seçkiyə gedəcəyiksə, onunla gedəcəyik. Hamını Lalə Şövkətə səs verməyə çağıracağıq. Hesab edirəm ki, ən yüksək reytinqli namizəd Lalə Şövkətdir.
Araz Əlizadə, Sosial Demokrat Partiyasının sədri:
- Bizim partiyanın öz namizədi olacaq. Əgər Mərkəzi Seçki Komissiyası namizədimizi qeydiyyatdan keçirsə, partiya onun üçün işləyəcək. Namizədimiz qeydiyyatdan keçməsə, partiya üzvləri müstəqildir: kimə istəsələr səs verəcəklər.

Mirmahmud Mirəlioğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri:
- Partiya 2013-cü il seçkisində iştirak edəcək. Mənim namizədliyim irəli sürüləcək.

Yusif Bağırzadə, Milli İstiqlal Partiyasının sədri:
- Milli İstiqlal Partiyası prezident seçkisində öz namizədi ilə iştirak edəcək. 2013-cü ilin əvvəlində partiyanın qurultayı olacaq və namizəd müəyyənləşəcək. Amma çox istərdim ki, müxalifət seçkiyə böyük koalisiyada getsin. İctimai Palatanın, Məşvərət Məclisinin, Ziyalılar Forumunun və digər qüvvələrin seçkiyə birgə, vahid namizədlə getməsi yaxşı olardı.
Nurəddin İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədr müavini:
- Bu günlər partiyada belə bir məsələ müzakirə olunmayıb. Ümid Partiyası ilə birgə təmsil olunduğumuz “Qarabağ” blokunda da kimin namizəd olacağı məsələsi gündəmdə deyil. Bu günə qədər yalnız müxalifətin birliyi istiqamətində addımlar atılıb ki, vahid namizəd məsələsi gündəmə gəlsin, vahid komanda formalaşsın. Təəssüflər olsun ki, bu cəhdlər alınmayıb.
Samir Əsədli, Vətəndaş Həmrəyliyi Partiyasının şöbə müdiri:
- Hazırda partiyada 2013-cü il seçkisi ilə bağlı müzakirələr aparılır. Hesab edirik ki, müxalifət düşərgəsi seçkiyə vahid namizədlə getməlidir. Əgər müxalifət seçkiyə vahid namizədlə qatılmasa, partiya öz namizədini irəli sürəcək. Partiyanın sədri Sabir Rüstəmxanlı öz fikrini bildirməyib. Sabir Rüstəmxanlı seçkiyə qatılmasa, partiya başqa namizədi irəli sürəcək. Ali Məclisin sədri Rafiq Manaflı, Siyasi Şuranın üzvü Əlövsət Əliyevin namizəd olmaq ehtimalı da var.
Partiyamız seçkiyə qatılmaya da bilər. Bəzi VHP-çilər hesab edir ki, indiki Seçki Məcəlləsi, seçki komissiyaları ilə seçkiyə getmək olmaz. Seçki qanunvericiliyi təkmilləşdirilməli, seçki komissiyaları ədalətli şəkildə formalaşdırılmalıdır.
Fazil Mustafa, Böyük Quruluş Partiyasının başqanı:
- 2013-cü ilin prezident seçkisində iştirak partiyamızın qərarları sırasındadır. Çox güman ki, mənim namizədliyim irəli sürüləcək. Seçkinin demokratik standartlara nə dərəcədə cavab verməsi, seçkiqabağı mühitin nə dərəcədə sağlam olması qərarımıza təsir göstərəcək. İndiki ümumi atmosfer qəti bir söz deməyə imkan vermir. Bu baxımdan bir qədər gözləyəcəyik. Yəqin ki, gələn ilin mart ayında qərarımızı dəqiqləşdirəcəyik.
Asim Mollazadə, Demokratik İslahatlar Partiyasının sədri:
- Hazırda partiyada prezident seçkisində iştirak edib-etməməyimiz barədə müzakirələr gedir. Müzakrələr bitdikdən sonra partiyanın qərarı açıqlanacaq.

İlyas İsmayılov, Ədalət Partiyasının sədri:
- 2013-cü ilin prezident seçkisinə 9 aydan çox vaxt qalıb. Hələ tezdir bu barədə danışmaq.

Qulamhüseyn Əlibəyli, Aydınlar Partiyasının sədri:
- Partiyamız 2013-cü il seçkisində iştirak edəcək. İştirakın forması ilə bağlı məsələni müzakirə etməmişik. Amma mənim namizədliyim üzərində dayanılıb.
Sülhəddin Əkbər, Açıq Cəmiyyət Partiyasının sədri:
- Bizim partiyanın lideri Rəsul Quliyev Azərbaycana gəlmək və prezident seçkisində iştirak etmək niyyətini bəyan edib. Amma bu gün Azərbaycanda olan vəziyyət bu namizədliyin irəli sürülməsinə və məsələnin rəsmiləşməsinə imkan vermir. Azərbaycanda seçkiqabağı vəziyyət dəyişməsə, Azərbaycan hakimiyyəti səhnələşmiş seçki oyunu oynasa, bu seçkidə iştirak etmək sual altına düşür. İndi Açıq Cəmiyyət Partiyasının prioriteti azad və ədalətli seçkinin keçirilməsinə şərait yaradılması və müxalifətin geniş koalisiyasının yaranmasıdır. Bizim üçün namizəd irəli sürülməsi məsələsi aktual deyil. Çünki mövcud şərtlər buna imkan vermir.
Fərəc Quliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri:
- Hələ ki, partiyanın qurultayı keçirilməyib. Amma böyük ehtimalla mənim namizədliyim irəli sürüləcək. Partiyanın başqa şəxsi namizəd göstərməsi də mümkündür. Son qərarı qurultay verəcək.
Elçin Mirzəbəyli, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini:
- Partiyamız bütün hallarda prezident seçkisində iştirak edəcək. Bütün seçkilərdə iştirak etmək partiyanın vəzifəsidir. Bu, partiyanın ideyalarının təqdim olunması üçün çox önəmlidir. 2013-cü ilin prezident seçkisində namizədin irəli sürülməsi haqda qərarı partiyanın qurultayı verəcək. Qurultayın qərarı partiyanın rəsmi qərarı sayılır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lalə Şövkətin partiyası Cəmil Həsənliyə qarşı çıxdı

    Lalə Şövkətin partiyası Cəmil Həsənliyə qarşı ...

    23-08-2013, 14:38

  • 
  • MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb

    MSK seçici fəallığı ilə bağlı yekun nəticələri ...

    9-10-2013, 21:40

  • 
  • Prezidentliyə namizədlərin sayı-hesabı

    Prezidentliyə namizədlərin sayı-hesabı ...

    29-07-2013, 13:58

  • 
  • Cəmil Həsənli Lalə Şövkətlə görüşündən danışdı

    Cəmil Həsənli Lalə Şövkətlə görüşündən danışdı ...

    10-09-2013, 12:37

  • 
  • İsa Qəmbərin seçki qərargahı toplandı

    İsa Qəmbərin seçki qərargahı toplandı ...

    30-04-2013, 18:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu