GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Anamın qəbrinin açılmasına razı olaram”

“Anamın qəbrinin açılmasına razı olaram”

Tarix: 25-01-2013, 11:54 Bölmə :Manşet Baxış: 760
“Anamın qəbrinin açılmasına razı olaram”

Sevinc Babayevanın oğlu polisdə ifadə verməsindən danışdı

Gülər Əhmədova qalmaqalının iştirakçısı, ötən il dekabrın 26-da Türkiyədə vəfat etmiş Sevinc Babayevanın oğlu Ayxan Məmmədov yanvarın 23-ü axşam saatlarında sabiq deputat Gülər Əhmədovanın izahatı əsasında Nəsimi Rayon Polis İdrəsinin 19-cu bölməsində ifadə verib.
Ayxan Məmmədov deyib ki, əvvəl bölmənin rəisi ilə, daha sonra bölmənin əməkdaşı Samir Məhərrəmovla söhbət edib: “Deyəsən, Samir Məhərrəmov müstəntiq idi. Guya mən Gülər Əhmədovaya mesaj yazıb onu ölümlə təhdid eləmişəm. Amma elə bir şey olmayıb. Yalandır. Mobil telefonlarımı, nömrələrimi onlara təqdim elədim ki, buyurun, axtarın, mən heç bir mesaj-filan yollamamışam. Axırıncı dəfə Gülər Əhmədova ilə anamın vəfatından əvvəl danışığımız olub. Bizim düşdüyümüz durumla bağlı kömək istəmişdim. Daha sonra yazmışdım ki, sənin elədiklərini yadımdan çıxarmaram, sən məni bədbəxt elədin. Amma Gülər Əhmədova polisə deyib ki, guya onu ölümlə hədələmişəm. Hesab edirəm ki, Gülər Əhmədova özünü sığortalayır”.
İzahat verdikdən sonra polis bölməsində Ayxan Məmmədovu səbirli və təmkinli olmağa çağırıblar: “Mənə başqa nə deyə bilərdilər ki?! Onların nəyinə lazım? Onların bu işə o qədər də aidiyyəti yoxdur”.Ayxan Məmmədov Bakı Şəhər Prokurorluğunda yaradılmış istintaq qrupuna dəfələrlə ifadə verdiyini deyib: “Onların çağırışı ilə də getmişəm, öz təşəbbüsümlə də. Təxminən 10 gün əvvəl ifadə verdim və yəqin ki, bu gün də (yanvarın 24-ü – red.) gedib istintaqla maraqlanacam. Mənə zəng vurmuşdular, ümumiyyətlə onlar tez-tez mənə telefon açırlar. Əslində hər dəfə “gəl” deyəndə nə üçün getməliyəm ki? Özləri hər şeyi gözəl bilirlər. Nə vaxt çağırırlarsa, gedirəm”.
Ayxan Məmmədov Sevinc Babayevanın meyitini gətirmək üçün İstanbulda olarkən Gülər Əhmədovanın adamı kimi adı hallandırılan Səlcuq Ağlayanın saxlandığını və ondan izahat alındığını deyib: “Bu, elə birinci gün olmuşdu. Onu saxlayıb ifadəsini aldılar və sonra sərbəst buraxdılar. Bu müddət ərzində isə onunla heç bir ünsiyyətim olmayıb, əlaqəm yoxdur. Mən işlə bağlı daha çox türk polisləri ilə və anamın ölüm səbəbini araşdıran ekspertiza həkimi ilə əlaqə saxlayıram”.
Ayxan Məmmədov istintaqdan narazı qaldığını vurğulayıb: “Gülər Əhmədova həbs olunarsa, onda bu, əsaslı dönüş olar. O isə oturub evində. İstərdim ki, Gülər Əhmədova Elşad Abdullayevin yaydığı videolara, onun motivlərinə görə həbs olunsun, sonra anamın ölümü ilə bağlı ekspertizanın rəyi açıqlansın və bu məsələ də gəlsin onun üstünə. Bu, obyektiv istintaq olardı. Belə olmalıdır, amma olmayacaq. Deyimmi hadisələrin necə olmasını güman edirəm? Anamın ölümünün analiz cavabları dəyişdiriləcək, bundan sonra açıqlama veriləcək ki, Gülər Əhmədova Sevinc Babayevanı Türkiyəyə müalicəyə göndərib, yaxud istirahətə göndərib. Məsələni bu cür fırladacaqlar və məsələ bitəcək”.
Əgər hadisələrin ardıcıllığı güman etdiyi kimi olarsa, Ayxan Məmmədov anasının ölümünün Azərbaycanda araşdırılmasından imtina edib Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini deyib: “Hətta yeni ekspertizanın keçirilməsi üçün anamın qəbrinin açılması lazım gələrsə, buna da razı olaram, hər şeyə razı olaram. Haqq və ədalət öz yerini tapmalıdır. Artıq neçənci adamdır ki, bu cür aradan götürülür”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc Babayevanın oğlu həbs oluna bilər

    Sevinc Babayevanın oğlu həbs oluna bilər ...

    24-01-2013, 11:00

  • 
  • Sevinc Babayevanın oğlu sabiq millət vəkilinə meydan oxudu

    Sevinc Babayevanın oğlu sabiq millət vəkilinə ...

    27-05-2013, 15:08

  • 
  • Sevinc Babayevanın oğlu özünə vəkil tutur

    Sevinc Babayevanın oğlu özünə vəkil tutur ...

    7-02-2013, 10:46

  • 
  • Gülər Əhmədova Sevinc Babayevanı döyüb

    Gülər Əhmədova Sevinc Babayevanı döyüb ...

    12-11-2013, 13:18

  • 
  • Gülər Əhmədova ilə Ayxan Məmmədov arasında sövdələşmənin şok detalları

    Gülər Əhmədova ilə Ayxan Məmmədov arasında ...

    13-01-2013, 13:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu