GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Tərtər icra başçısının “abadlıq maxinasiyaları” – ŞOK FAKTLA

Tərtər icra başçısının “abadlıq maxinasiyaları” – ŞOK FAKTLA

Tarix: 27-11-2014, 02:36 Bölmə :Manşet Baxış: 0
Tərtər icra başçısının “abadlıq maxinasiyaları” – ŞOK FAKTLA

Tərtər icra başçısının “abadlıq maxinasiyaları” – ŞOK FAKTLA

Dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişafı üçün ayrılan küllü miqdarda vəsaitin qeyri şəffaf xərclənməsi, bu məsələnin yerlərdə korrupsiya mənbəyinə çevrilməsi haqda çox yazılıb. Təəssüf doğuran hal isə odur ki, bununla bağlı nəzarətin gücləndirilməsinə, müvafiq orqanların malliyə təftişləri aparmasına baxmayaraq yerlərdəki “kiçik padşahlar”ın havayı qazanmaq eşqi günü gündən alovlanır. gundemxeber.az Savash.org-a istinadən bildirir ki, dövlət büdcəsindən ayrılan milyonların asanlıqla yuyulduğu belə rayonlardan biri də Tərtərdir.
Məlumat üçün bildirək ki, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu posta yenicə təyinat alıb. Amma təyinatdan keçən qısa müddət ərzində icra başçısı korrupsiya məsələsində heç də naşı olmadığını isbatlaya bilib. Hər halda redaksiamıza ötürülən məlumatlarla tanışlıq Müstəqim Məmmədovun bu kimi işlərdə əsl usta olduğunu düşünməyə əsas verir. Faktlara nəzər salaq...

Abadlıq-quruculuq yoxsa...
İcra başçısının əsas gəlir mənbələrindən biri bəzi rayonlarda da müşahidə olunan ənənəvi üsuldan ibarətdir. Söhbət “abadlıq və quruculuq” adı altında büdcə vəsaitlərinin təyinatından yayındırılaraq mənimsənilməsindən gedir. Məsələ bundadır ki, bu “abadlıq” işlərinin görülməsi üçün əvvəlcə rayon mərkəzində yerləşən bir çox ərazilər bərbad hala gətirilir. Təsəvvür edin ki, son dəfə təmir olunduğu, abadlaşdırıldığı vaxtdan heç bir il keçməmiş, həmin küçə və parklar, müxtəlif təyinatlı tikililər yenidən təmir olunmaq üçün sökülür, dağıdılır və qazılır. Axı bu hansı məntiqə uyğundur? Aydındır, bütün bu işlər zamanı dövlət büdcəsindən rayona ayrılmış pullar xərclənir və bu pulların da bir hissəsi elə rayon rəhbərliyinin xeyir-duası ilə mənimsənilir. Bəs görəsən eyni maxinasiyaları digər sahələrdə, yəni indiyədək abadlaşdırılmamış ərazilərdə həyata keçirmək olmazmı? Axı belə olsaydı heç olmasa daha artıq məsrəflərin qarşısı alınardı. Halbuki Tərtərin həqiqətən də abadlaşdırma və quruculuğa ehtiyacı olan onlarla kəndi və yaxud da bu havaya sovrulan vəsaitlərlə həll edilə biləcək yüzlərlə digər problemləri də var. Lakin bu problemlər rayon rəhbərliyini qətiyyən maraqlandırmır.

Tikinti materialları niyə məhz Yevlaxdan alınır?
Saxil olan məlumatlarda vurğulanır ki, Müstəqim Məmmədovu bu gün daha çox düşündürən “abadlıq maxinasiyaları”ndan əldə olunan gəlirlərin artırılması ilə yanaşı, həm də onun şəxsi biznesinin çiçəklənməsidir. Belə ki, rayondakı mənbələrin açıqlamalarına görə Tərtər rayonunda görülən işlər üçün tələb olunan tikinti materialları başçının göstərişi ilə yalnız Yevlaxdan gətirilir. Maraqlıdır niyə? Axı, eyni materialları elə Tərtərin özündə daha ucuz qiymətə almaq olar. Lakin bu RİH başçısının nə planlarına, nə də maraqlarına qətiyyən uyğun deyil. Məlum olduğu kimi Müstəqim Məmmədov əmək fəaliyyətinə başladığı 1992-ci ildən indiyədək yalnız Yevlaxda çalışıb. Belə ki, o, 1992-1994-cü illərdə Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş, 1994-2006-cı illər ərzində isə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində işləyib.2006-cı ildən 2012-ci ilədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini – şöbə müdiri vəzifəsində işləyib.Nəhayət 2012-ci ildən 2014-cü ilin may ayınadək M.Məmmədov Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyib. Bütün bu fəaliyyəti ərzində isə Müstəqim Məmmədov təbii ki, Yevlaxda bir çox kommersiya obyektlərinin, o cümlədən bir neçə inşaat materialları satış mərkəzinin də sahibinə çevrilib. Məhz elə bu səbəbdən də bu gün Tərtərin “abadlaşdırılmasına” tələb olunan bütün materiallar iki-üç qat bahasına Yevlaxdan alınır.

Başçının subsidiya maxinasiyası...
İcra başçısı ilə bağlı səsləndirilən ittihamlardan biri də onun subsidiya maxinasiyası ilə bağlıdır. Tərtərdən daxil olan digər məlumatlarda bildirilir ki, başçı rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidya pullarına da əl qoymaq niyyətindədir.
Mənbələrin açıqlamalarına görə indiyədək rayonun bir çox kənd bələdiyyə sədrləri yerli icra nümayəndələri ilə əlbir olaraq əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdıraraq xeyli qazanc əldə ediblər. Müstəqim Məmmədov isə bələdiyyə sədrlərinin və icra nümayəndələrinin bu maxinasiyasını dəqiq bildiyi üçün onlardan hesab yığmaq barədə göstəriş verib.Bu məqsədlə hələ bir müddət əvvəl Müstəqim Məmmədov müavini Abbas Cavadov vasitəsi ilə rayonun 28 kənd bələdiyyə sədrinə və icra nümayəndəsinə sifariş göndərərək hər birindən 5 min manat pul tələb edib. Digər tərəfdən də mənbələr bildirirlər ki, icra başçısı bələdiyyə sədrləri ilə kənd icra nümayəndələrinin artıq gələn il nə qədər artıq torpaq yazaraq subsidiya yardımı ala biləcəklərini də planlaşdırmaq üçün aqrar məsələlər üzrə şöbə müdirinə xüsusi göstəriş də verib…

P.S. Mövzu diqqətimizdədir və yaxın günlərdə Tərtər rayonundakı qanunsuzluqlarla bağlı daha geniş araşdırma yazımızı diqqətinizə təqdim edəcəyik.
Dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişafı üçün ayrılan küllü miqdarda vəsaitin qeyri şəffaf xərclənməsi, bu məsələnin yerlərdə korrupsiya mənbəyinə çevrilməsi haqda çox yazılıb. Təəssüf doğuran hal isə odur ki, bununla bağlı nəzarətin gücləndirilməsinə, müvafiq orqanların malliyə təftişləri aparmasına baxmayaraq yerlərdəki “kiçik padşahlar”ın havayı qazanmaq eşqi günü gündən alovlanır. Daxil olan başqa bir məlumata görə, dövlət büdcəsindən ayrılan milyonların asanlıqla yuyulduğu belə rayonlardan biri də Tərtərdir.
Məlumat üçün bildirək ki, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu posta yenicə təyinat alıb. Amma təyinatdan keçən qısa müddət ərzində icra başçısı korrupsiya məsələsində heç də naşı olmadığını isbatlaya bilib. Hər halda redaksiyamıza ötürülən məlumatlarla tanışlıq Müstəqim Məmmədovun bu kimi işlərdə əsl usta olduğunu düşünməyə əsas verir. Faktlara nəzər salaq...

Abadlıq-quruculuq yoxsa...
İcra başçısının əsas gəlir mənbələrindən biri bəzi rayonlarda da müşahidə olunan ənənəvi üsuldan ibarətdir. Söhbət “abadlıq və quruculuq” adı altında büdcə vəsaitlərinin təyinatından yayındırılaraq mənimsənilməsindən gedir. Məsələ bundadır ki, bu “abadlıq” işlərinin görülməsi üçün əvvəlcə rayon mərkəzində yerləşən bir çox ərazilər bərbad hala gətirilir. Təsəvvür edin ki, son dəfə təmir olunduğu, abadlaşdırıldığı vaxtdan heç bir il keçməmiş, həmin küçə və parklar, müxtəlif təyinatlı tikililər yenidən təmir olunmaq üçün sökülür, dağıdılır və qazılır. Axı bu hansı məntiqə uyğundur? Aydındır, bütün bu işlər zamanı dövlət büdcəsindən rayona ayrılmış pullar xərclənir və bu pulların da bir hissəsi elə rayon rəhbərliyinin xeyir-duası ilə mənimsənilir. Bəs görəsən eyni maxinasiyaları digər sahələrdə, yəni indiyədək abadlaşdırılmamış ərazilərdə həyata keçirmək olmazmı? Axı belə olsaydı heç olmasa daha artıq məsrəflərin qarşısı alınardı. Halbuki Tərtərin həqiqətən də abadlaşdırma və quruculuğa ehtiyacı olan onlarla kəndi və yaxud da bu havaya sovrulan vəsaitlərlə həll edilə biləcək yüzlərlə digər problemləri də var. Lakin bu problemlər rayon rəhbərliyini qətiyyən maraqlandırmır.

Tikinti materialları niyə məhz Yevlaxdan alınır?
Saxil olan məlumatlarda vurğulanır ki, Müstəqim Məmmədovu bu gün daha çox düşündürən “abadlıq maxinasiyaları”ndan əldə olunan gəlirlərin artırılması ilə yanaşı, həm də onun şəxsi biznesinin çiçəklənməsidir. Belə ki, rayondakı mənbələrin açıqlamalarına görə Tərtər rayonunda görülən işlər üçün tələb olunan tikinti materialları başçının göstərişi ilə yalnız Yevlaxdan gətirilir. Maraqlıdır niyə? Axı, eyni materialları elə Tərtərin özündə daha ucuz qiymətə almaq olar. Lakin bu RİH başçısının nə planlarına, nə də maraqlarına qətiyyən uyğun deyil. Məlum olduğu kimi Müstəqim Məmmədov əmək fəaliyyətinə başladığı 1992-ci ildən indiyədək yalnız Yevlaxda çalışıb. Belə ki, o, 1992-1994-cü illərdə Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş, 1994-2006-cı illər ərzində isə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində işləyib.2006-cı ildən 2012-ci ilədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini – şöbə müdiri vəzifəsində işləyib.Nəhayət 2012-ci ildən 2014-cü ilin may ayınadək M.Məmmədov Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyib. Bütün bu fəaliyyəti ərzində isə Müstəqim Məmmədov təbii ki, Yevlaxda bir çox kommersiya obyektlərinin, o cümlədən bir neçə inşaat materialları satış mərkəzinin də sahibinə çevrilib. Məhz elə bu səbəbdən də bu gün Tərtərin “abadlaşdırılmasına” tələb olunan bütün materiallar iki-üç qat bahasına Yevlaxdan alınır.

Başçının subsidiya maxinasiyası...
İcra başçısı ilə bağlı səsləndirilən ittihamlardan biri də onun subsidiya maxinasiyası ilə bağlıdır. Tərtərdən daxil olan digər məlumatlarda bildirilir ki, başçı rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidya pullarına da əl qoymaq niyyətindədir.
Mənbələrin açıqlamalarına görə indiyədək rayonun bir çox kənd bələdiyyə sədrləri yerli icra nümayəndələri ilə əlbir olaraq əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdıraraq xeyli qazanc əldə ediblər. Müstəqim Məmmədov isə bələdiyyə sədrlərinin və icra nümayəndələrinin bu maxinasiyasını dəqiq bildiyi üçün onlardan hesab yığmaq barədə göstəriş verib.Bu məqsədlə hələ bir müddət əvvəl Müstəqim Məmmədov müavini Abbas Cavadov vasitəsi ilə rayonun 28 kənd bələdiyyə sədrinə və icra nümayəndəsinə sifariş göndərərək hər birindən 5 min manat pul tələb edib. Digər tərəfdən də mənbələr bildirirlər ki, icra başçısı bələdiyyə sədrləri ilə kənd icra nümayəndələrinin artıq gələn il nə qədər artıq torpaq yazaraq subsidiya yardımı ala biləcəklərini də planlaşdırmaq üçün aqrar məsələlər üzrə şöbə müdirinə xüsusi göstəriş də verib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sakinlər icra başçısını “daş-qalaq” etdilər

    Sakinlər icra başçısını “daş-qalaq” etdilər ...

    14-05-2015, 12:53

  • 
  • Müstəqim Məmmədovu Yevlağa hansı tellər bağlayır?

    Müstəqim Məmmədovu Yevlağa hansı tellər bağlayır? ...

    24-05-2015, 21:00

  • 
  • Tərtərdə büdcə pulları havaya sovrulur İcra başçısının kənd icra nümayəndələrindən rüşvət toplaması da, redaksiyamıza daxil olan ilginc məlumatlardandır

    Tərtərdə büdcə pulları havaya sovrulur İcra ...

    4-11-2016, 14:02

  • 
  • İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir-Şikayətçi

    İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm ...

    12-11-2019, 14:46

  • 
  • Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

    Prezident regionların 2014-2018-ci illərdə ...

    29-01-2018, 11:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu