GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sakinlər icra başçısını “daş-qalaq” etdilər

Sakinlər icra başçısını “daş-qalaq” etdilər

Tarix: 14-05-2015, 12:53 Bölmə :Manşet Baxış: 0
Sakinlər icra başçısını “daş-qalaq” etdilər

Müstəqim Məmmədovun milyonluq maxinasiyaları. Tərtərin icra başçısı bütün gəlirli sahələrə əl “qoyub”, Yevlax “qruplaşması” isə, rayonda “at oynadır”

Dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişafı üçün ayrılan küllü miqdarda vəsaitlərin qeyri şəffaf xərclənməsi, yerlərdə korrupsiya mənbəyinə çevrilməsi və.s haqda çox yazılıb. Təəssüf doğuran hal odur ki, bununla bağlı nəzarətin gücləndirilməsinə, müvafiq orqanların malliyə təftişləri aparmasına baxmayaraq, yerlərdə “kiçik padşahlar”ın havayı qazanmaq eşqi, günü-gündən “alovlanır”. Daxil olan məlumatlara görə, dövlət büdcəsindən ayrılan milyonların asanlıqla mənimsənildiyi rayonlardan biri də Tərtər rayonudur. Məlumat üçün bildirək ki, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, bu “post”a təqribən bir ildir ki, təyinat alıb. Amma təyinatından ötən müddət ərzində, icra başçısı korrupsiya məsələsində heç də naşı olmadığını isbatlaya bilib. Hər halda ötürülən məlumatlarla tanışlıq, Müstəqim Məmmədovun belə bir işlərdə əsl usta olduğunu düşünməyə əsas verir.

Abadlıq-quruculuq, yoxsa…

İcra başçısının əsas gəlir mənbələrindən biri, bəzi rayonlarda da müşahidə olunan ənənəvi üsuldan ibarətdir. Söhbət “abadlıq və quruculuq” adı altında büdcə vəsaitlərinin təyinatının yayındırılaraq mənimsənilməsindən gedir. Məsələ ondadır ki, “abadlıq” işlərinin görülməsi üçün, əvvəlcə rayonun mərkəzində yerləşən bir çox ərazilər bərbad hala gətirilir. Təsəvvür edin ki, son dəfə təmir olunduğu, abadlaşdırıldığı vaxtdan heç bir il keçməmiş, həmin küçə və parklar, müxtəlif təyinatlı tikililər yenidən təmir olunmaq üçün sökülür, dağıdılır və qazılır. Axı, bu hansı məntiqə uyğundur?Aydındır, belə bir işlər zamanı dövlət büdcəsindən ayrılmış vəsaitlər xərclənir və bu vəsaitlərin də bir hissəsi, elə rayon rəhbərliyinin xeyir-duası ilə havaya “sovrulur”. Bəs görəsən eyni maxinasiyaları digər sahələrdə, yəni indiyədək abadlaşdırılmamış ərazilərdə həyata keçirmək olmazmı? Axı, bu belə olsaydı heç olmasa daha artıq məsrəflərin qarşısı alınardı. Halbuki Tərtərin həqiqətən də, abadlaşdırma və quruculuğa ehtiyacı olan onlarla kəndi və yüzlərlə digər problemləri də var. Lakin belə bir problemlər rayon rəhbərliyini qətiyyən maraqlandırmır.

Tikinti materialları niyə, məhz Yevlaxdan alınır?

Daxil olan məlumatlarda o da vurğulanır ki, Müstəqim Məmmədovu daha çox düşündürən məqam, “abadlıq maxinasiyaları”ndan əldə olunan gəlirlərin artırılması ilə bərabər, həm də onun şəxsi biznesinin çiçəklənməsidir. Belə ki, rayondakı mənbələrin açıqlamalarına görə, Tərtərdə görülən işlər üçün tələb olunan tikinti materialları, birbaşa başçının göstərişi ilə yalnız Yevlaxdan gətirilir. Maraqlı haldır! Axı, eyni materialları elə Tərtərin özündəndə, daha ucuz qiymətə almaq olmazmı? Lakin bu, RİH başçısının nə planlarına, nə də maraqlarına cavab vermədiyindən belə bir addımlar atılır.

Məlum olduğu kimi Müstəqim Məmmədov, başçı təyinatına qədər Yevlaxda çalışıb. Belə ki, o, 1992-1994-cü illərdə Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas, Yevlax şəhər İcra Hakimiyyəti Aparatınında müfəttiş, 1994-2006-cı illər ərzində isə, Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində çalışıb. 2006-cı ildən 2012-ci ilədək, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini - şöbə müdiri vəzifəsində işləyib. Nəhayət 2012-ci ildən 2014-cü ilin may ayınadək, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsindəçalışıb. Vəzifə daşıdığı illər ərzində o, Yevlaxda bir çox kommersiya obyektlərinin, inşaat materialları satış mərkəzinin də sahibinə çevrilib. Məhz, bu kimi səbəblər üzündən də, bu gün Tərtərin “abadlaşdırılmasına” tələb olunan tikinti materialları, iki-üç qat bahasına Yevlaxdan alınır.

Başçının subsidiya maxinasiyları…

İcra başçısı ilə bağlı səsləndirilən ittihamlardan biri də, onun subsidiya maxinasiyası ilə bağlıdır. Daxil olan digər məlumatlarda bildirilir ki, başçı rayonun aqrar sektoruna ayrılan subsidya pullarına da əl qoymaq niyyətindədir. Mənbələrin açıqlamalarına görə, indiyədək rayonun bir neçə kənd bələdiyyə sədrləri yerli icra nümayəndələri ilə əlbir olaraq, əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdırmaqla, xeyli qazanc da əldə ediblər. Müstəqim Məmmədov da bələdiyyə sədrlərinin və icra nümayəndələrinin belə bir maxinasiyasını dəqiq bildiyi üçün, onlardan hesab yığmaq barədə göstərişini verib. Bu məqsədlə o, hələ bir müddət əvvəl müavini Abbas Cavadovun vasitəsilə rayonun 28 kənd bələdiyyə sədrinə və icra nümayəndəsinə sifariş göndərərək, hər birindən 5 min manat pul tələb edib. Başqa bir məlumatda o da bildirilir ki, icra başçısı bələdiyyə sədrləri və kənd icra nümayəndələrinin, gələn il nə qədər artıq əkin sahəsi üçün subsidiya yardımı ala biləcəkləri planlaşdırmaq üçün, aqrar məsələlər üzrə şöbə müdirinə xüsusi göstəriş də verib…

Hasarları sökdürüb yerlərini də satdırır

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, abdlıq adı altında və özünün yaxın adamları vasitəsilə, asan pul əldə etməyin yolunu tapıb: "o, gözə görünən yerləri 3-4 dəfə təmir elətdirir, rayonun görünməyən yerləri isə xarabazarlığa oxşayır. Şəhid və Qarabag əlillərinə məxsus binanın 2 kanlizasiyasının üstü, düz 4 ildir ki, açıqdır. Problemlə bağlı dəfələrlə şikayət olunsa da, təəssüflər olsun ki, bu günədək heç bir nəticəsi olmayıb. Verilən məlumatlarda o da bildirilir ki, Müstəqim Məmmədovun Yevlaxdan gətirdiyi komanda, bu gün Tərtərdə "at oynadır” və icra başçısı onlara qeyri-məhdud səlahiyyətlər də verib: "Məsələn, Tərtər RİH başçısının 1-ci müavin Ramiz Şabanov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elvin Umudov da, həmin "Yevlax qruplaşması”nın üzvləridirlər. Və əksər işlər də, məhz onların əli ilə görülür. Müstəqim Məmmədovun "qara işlərini” isə, onun özü ilə Yevlaxdan gətirdiyi və Tərtər RİH-də məsləhətçi vəzifəsinə təyin etdiyi Çingiz İsayevin vasitəsilə həyata keçirir”.

Daha ilginc iddia isə, icra başçısının kənd icra nümayəndələrindən rüşvət toplaması ilə bağlıdır: "Tərtər rayonunda 74 kənd var və hər bir kənd icra nümayəndəliyinin 200 manat maaş alan mühasiblərinin hər birindən, təqribən 6 aya 800 manat rüşvət yığılır. Bu hələ harasıdır?

Müstəqim Məmmədov yüksək vəzifə sahibi olan yerli məmurlardan isə, daha fərqli “haqq-hesab” tələb edir”. O, Tərtərə icra başçısı təyin olunduğu vaxt, ilk olaraq fərdi yaşayış evlərinin hasarlarını uçurtduğunu və həmin yerlərin təkrar satışa çıxarıldığını bildirən mənbəmiz iddia edir ki, "Müstəqim Məmmədov camaatın darvasasını sökdürdü, daşdan və "setka”dan olan hasarlarını uçurtdurdu, indi isə 2000-3000 manatın qarşılığında qaraj yerləri satışa çıxarılıb. Sökülən yerlərin yenidən satışa çıxarılması işinə isə, İH Aparatında baş memar vəzifəsini daşıyan Tofiq müəllim adlı vəzifə sahibi nəzarət edir. Toplanan pullar onun əliylə yığılır”.

Sonda onu da qeyd edək ki, Müstəqim Məmmədov başçı vəzifəsinə qədər Yevlax şəhər İcra Hakimiyyəti Başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. Hal-hazırda onun Yevlax şəhərində tikinti materiallarının istehsalı və satışı ilə məşğul olan, eləcə də bir sıra ictimai-iaşə obyektlərinin varlığı haqda məlumatlar, daxil olan məlumatlar sırasındadır.

Müstəqim Məmmədovu niyə daşa basdılar?

Yerli sakinlərin verdikləri məlumatlara görə, Müstəqim Məmmədovun qol qoyduğu maxinasiyalar, bu gün hər kəsi həddən-ziyadə qıcıqlandırır. Onun məktəblərdən, idarələrdən pul yığılması kompaniyasına qərar verməsi qalsın bir yana, camaatın torpaqlarına göz dikməsi də, artıq böyük söz-söhbətə səbəb olub. Hətta, bələdiyyələrin satdığı torpaqları da geri qaytarıb mənimsəmək istəyir. Belə bir problemin varlığı ilə də bağlı, rayon bələdiyyə sədrlərinin bir neçəsi ilə əlaqə saxladıq. Bu zaman adının çəkilməsini istəməyən bələdiyyə səlahiyyətlilərindən biri bildirdi ki, “bələdiyyələrin balansında olan torpaqları Müstəqim Məmmədov ələ keçirmək istəyir. Ona görə də bələdiyyələr işləmək istəmirlər. Başçı bizə haqq qoyur, camaatdan əlavə pul istəyəndə, onlar da haqlı olaraq narazılıq edirlər". Sakinlərin verdikləri başqa bir məlumata görə də, onlar üzləşdikləri problemlərin varlığı ilə bağlı, bir neçə gün bundan öncə Tərtər rayon İcra Hakimiyyətinin həyətinə yığışırlar. Ancaq Müstəqim Məmmədov onları qəbul etməkdən imtina etdiyindən, əsəbləri tarıma çəkilmiş sakinlər icra başçısının maşınını daşa basırlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tərtər icra başçısının “abadlıq maxinasiyaları” – ŞOK FAKTLA

    Tərtər icra başçısının “abadlıq maxinasiyaları” – ...

    27-11-2014, 02:36

  • 
  • Müstəqim Məmmədovu Yevlağa hansı tellər bağlayır?

    Müstəqim Məmmədovu Yevlağa hansı tellər bağlayır? ...

    24-05-2015, 21:00

  • 
  • Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

    Prezident regionların 2014-2018-ci illərdə ...

    29-01-2018, 11:22

  • 
  • Tərtərdə büdcə pulları havaya sovrulur İcra başçısının kənd icra nümayəndələrindən rüşvət toplaması da, redaksiyamıza daxil olan ilginc məlumatlardandır

    Tərtərdə büdcə pulları havaya sovrulur İcra ...

    4-11-2016, 14:02

  • 
  • İcra başçısı şit zarafatların aludəçisidir

    İcra başçısı şit zarafatların aludəçisidir ...

    21-06-2015, 07:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu