GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gülər Əhmədova qalmaqalı kulminasiya nöqtəsindədir

Gülər Əhmədova qalmaqalı kulminasiya nöqtəsindədir

Tarix: 6-12-2012, 15:07 Bölmə :Manşet Baxış: 768
Yeni videoda pul dolu diplomatın necə açılmasından da danışılır
Gülər Əhmədova qalmaqalı kulminasiya nöqtəsindədir
Sentyabrın 25-dən bu yana ölkənin gündəmini dəyişən, Azərbaycanda şok effekti yaradan rüşvət videosu ilə bağlı yeni sensasion məlumatlar əldə etmişik. Bununla bağlı Gunxeber.com-a daxil olan məlumatda ABU-nun keçmiş rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin bu rüşvət videosu yayıldıqdan sonra millət vəkili mandatını itirən Gülər Əhmədova olayını, əslində yalnız bir rüşvət və adam oğurluğu məsələsinə görə gündəmə gətirmədiyi bir daha çılpaqlığı ilə üzə çıxır. Konkret olaraq kimin hədəfə alındığı son dərəcə dəqiqliklə bəlli olur.
Qeyd edək ki, sentyabrın 25-də yayılan ilk videoda böyük məbləğdə rüşvətin E.Abdullayevin deputat təyin olunması üçün istənildiyi və onun yuxarılara çatacağı barədə danışıqlar öz əksini tapıb. Videogörüntülərin qəhrəmanları isə E.Abdullayev, G.Əhmədova və onların arasında vasitəçilik edən Sevinc Babayeva adlı qadındır. Həmin videoda E.Abdullayevdən alınan rüşvətin yuxarılara çatacağı barədə söhbət var və bir sıra adlar çəkilir.
Bundan sonra ölkənin gündəmi dəyişdi və ortaya bir sıra ciddi məqamlar çıxdı. E.Abdullayev isə, əlində, daha yüzlərlə belə video olduğunu deyərək, müxtəlif intervallarla onlardan ikisini də yaydı. Həmin videolar da bomba kimi partladı. Son bir neçə gündə isə E.Abdullayevin yeni videogörüntülər yayacağı barədə anonslar verilir və həmin videoların təxmini stenoqramı yayılır.
Gunxeber.com-un əldə etdiyi məlumata görə, yayılacaq yeni videogörüntülərlə bağlı mətbuata ötürülən məlumatlar həqiqətən mövcud olsa da, hələ onların yayılmaq növbəsi çatmayıb.
E.Abdullayev, yaxud onun arxasındakı qüvvələr, məhz Gülər Əhmədova olayının davamı ilə bağlı videogörüntülərin yayılmasını istəyirlər. Hazırda bu video yayıma hazırlanır. Məlumata görə, yaxın günlərdə yayılacaq video E.Abdullayevlə S.Babayeva arasında olan söhbətə aiddir. Videonu görən şəxsin dediyinə görə, S.Babayeva E.Abdullayevin yanına gələrək bildirir ki, rektorun deputat seçilmək üçün verdiyi pulu G.Əhmədova ilə birlikdə sahibinə çatdırıblar.
Danışıqların nə dərəcədə həqiqət, yoxsa əvvəlcədən qurulan plan üzərində davam edib-etməməsindən asılı olmayaraq, orada belə məqam var ki, E.Abdullayev pulu diplomatda göndərib. Pul sahibinə çatdırılandan sonra diplomatı açmaq istəsələr də, onun koda salındığı məlum olub. Bu zaman təklif ediblər ki, S.Babayeva rektorun yanına gedərək kodu öyrənsin, ancaq pulun sahibi buna ehtiyac görməyib və diplomatı öz adamlarına açdırıb.
Videogörünütlərdən S.Babayevanın bundan sonra ona və G.Əhmədovaya müəyyən məbləğ verilərək yola salındıqlarını deyir. Bu isə ciddi mətləblərdən xəbər verir. Həqiqətənmi bir kitabxana-klub rəhbəri belə böyük işlərdə böyük vəzifə sahiblərilə üz-üzə gələ bilir, onlarla belə böyük işlər görür? Hər halda, burada şübhəli məqamların olmasından söhbət gedə bilər.
Söhbətin davamı kimi, danışıqlarda S.Babayeva E.Abdullayevə diplomatın kodunu niyə əvvəlcədən onlara bildirməməsini irad tutur. Məlumata görə, E.Abdullayev bütün bunlar üçün əvvəlcədən çox ciddi hazırlıq görüb və hədəfi, məhz nəzərdə tutulan əsas adamın zərbə qarşısında qoyulması olub. Buna görə də istəyib ki, ya G.Əhmədova, ya da S.Babayevanın pul sahibinin yanından qayıdaraq, ondan diplomatın kodunu istəməsi anını da lentə aldırsın. Amma diplomatın kodunun qırılması onun bu istəyinə çatmasına imkan verməyib.
Bütün bunlar baş verənlərin böyük bir əməliyyat olduğunu göstərir. Ortada olan faktlar isə, nə qədər müdhiş olsa da, onların hazırlanması və belə ardıcıllıqla gündəmə gətirilməsi ondan da müdhiş mətləblərdən xəbər verir. Bu işlərin belə arxayınlıqla görülməsi, sonradan E.Abdullayev hələ burada olarkən, onun özünün də dediyi kimi, bütün materialların hüquq-mühafizə orqanlarına və daha yüksək dövlət qurumlarına göndərilməsi, daha sonra rektorun Azərbaycanı belə rahatlıqla tərk etməsi isə böyük güclərin razılığı və iştirakı olmadan inandırıcı görünmür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc Babayeva adi kitabxanaçı deyilmiş

    Sevinc Babayeva adi kitabxanaçı deyilmiş ...

    17-12-2012, 23:34

  • 
  • Gülər Əhmədova diqqət mərkəzində

    Gülər Əhmədova diqqət mərkəzində ...

    19-12-2012, 13:36

  • 
  • Gülər Əhmədova azadlığını satın alıb

    Gülər Əhmədova azadlığını satın alıb ...

    25-12-2012, 13:01

  • 
  • İnterpol Sevinc Babayevanı axtarışa verdi

    İnterpol Sevinc Babayevanı axtarışa verdi ...

    25-12-2012, 13:29

  • 
  • Sevinc Babayevanı İnterpol axtaracaq

    Sevinc Babayevanı İnterpol axtaracaq ...

    27-12-2012, 08:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu