“Məni Ramiz Mehdiyev şəxsən qəbul edib uğurlar arzuladı”
“Ramiz Mehdiyevin yanından çıxandan sonra, Gülər Əhmədova və Sevinc Babayeva mənə dedilər ki, deputatlığın pul işinə biz baxırıq...”
"İcra başçısı Alı Ocayev məni təbrik etd ki, siz bu gündən deputsınız, Ramiz Mehdiyev tapşırıq verib..."
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev növbəti müraciətini yayıb. Müraciətdə keçmiş rektor “deputatlığa gedən yolunun” necə bağlandığından bəhs edir.
“Mənə qarşı aparılan “Gülərqeyt” əməliyyatının başlıca məqsədi parlamentə gedən yolumu bağlamaq olub” deyə müraciətinə başlayan Abdullayev yazır ki, qardası, MTN-in zabiti Mahir Abdullayevin oğurlanması ilə əlaqədar pozulmuş huquqlarından biri də deputat mandatından məhrum edilməsidir. Keçmiş rektor yazır:
“10 oktyabr 2005-ci ildə deputatlığa namizəd olaraq, 8 sayli brinci Binəqədi Seçki Dairəsindən Azərbaycan Parlamentinə deputat seçildim və Mərkəzi Seçki Kommisiyası rəsmi olaraq mətbuat orqanlarında deputat seçilməyimi elan etdi. Lakin, Prezident Aparatından Ramiz Mehdiyev tərəfindən mənə təzyiq olundu ki, deputatlığımı könüllü geri götürüm. Mənə bildirdilər ki: ABŞ səfirliyi bizdən tələb edir ki, (ABŞ səfirliyi bu faktı təsdiq etmədi) Müsavat Partiyasından ya İsa Qəmbər, ya da Arzu Səmədbəyli deputat seçilməlidir, Siz bizim adamsınız, biz İsa Qəmbəri parlamentə buraxa bilmərik, Nərimanov rayonundan Adil Əliyevlə namizəd düşüşüb, lakin, Arzu Səmədbəyli Sizinlə düşüb, bizim adamdır, Elçibəyin yadigarıdır, Siz deputatlıgınızdan könüllü imtina etməlisiniz. Mən isə bu təklifdən imtina etdim, yerli məhkəmədən tutmuş ali məhkəmə və Konstitusiya Məhkəməsinə qədər bir huququşünas kimi mənə qarşı olan ədalətsizlikdən şikayət etdim, hazırda Avropa Məhkəməsində mənim pozulmuş hüquqlarımdan biri də konstitusiya ilə müəyyən edilmiş siyasi hüququmdur.
Lakin, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın təzyiqi ilə mənim deputatlıgım ləğv edildi. Buna etiraz olaraq Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarına müraciət etdim.
Məlumdur ki, Azərbaycanda məhkəmələr qanuna deyil, şəxsin iradəsinə tabe olduğu ücün mənim şikayətim təmin edilmədi. Demək istəyirəm ki, mən deputat seçilmişdim. İkinci dəfə deputatlığa namizədliyimi verəndə mənə qarşı məlum “Gülərqeyt” əməliyyatı keçirdilər. Bu əməliyyatla da mənim deputat seçilməyimə əngəl oldular. İkinci dəfə namizədliyimi boş deputat yeri qalmış Binəqədi 9 saylı Seçki Dairəsindən verdim. Bu andan da, təqdim etdiyim vidieo görüntülərdən göründüyü kimi, mənə qarşı Ramiz Mehdiyevin “Gülərqeyt” əməliyyatı başladı. Bütün yollar Romaya aparıb cıxarırdı.
Məndən tələb edirdilər ki, məhkəmə şikayətini geri götür. Mən isə bildirdim ki, əgər deputat keçərəmsə məhkəmə şikayətimi geri götürərəm. Bu ərəfədə məni Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev şəxsən qəbul etdi, sual-cavab etdikdən sonra mənə uğurlar arzuladı. Mən Ramiz Mehdiyevin yanından çıxandan sonra, Prezident Aparatının 3-cü girişinin sag tətəfdən brinci mərtəbəsində İdarəetmə Akademiyasında tələbəm olmuş, yaxından tanıdığım və səmimi əlaqə saxladığım şəkili Mamedin qapısı acıq qalmış otagından keçmiş deputat Gülər Əhmədova və vasitəçi Sevinc Babayeva məni içəri dəvət etdilər. Məndən soruşdular ki, Ramiz Ənvəroviçlə görüşdünüzmü. Mən çox təəcübləndim. Bunlar haradan biliblər ki, mən Ramiz Mehdiyevin yanından çıxıram. Mənə bildirdilər ki, deputatlığın pul işinə biz baxırıq, haqq-hesabı bizimlə etməlisən, əks təqdirdə yenə də qutuda qalacaqsan. Mən Gülər Əhmədovaya və Sevinc Babayevaya bildirdim ki, 4 ildir oğurlanmış qardaşım Mahirin problemini həll edə bilmirsiniz, deputatlıgı necə həll edə bilərsiniz? Deputatliq işini həll etmək ücün nə qarantiyanız var? Onlar mənə bildirdilər ki, “hə” desəniz, bu dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev sənə qarant duracaq ( bu video görüntülərə yaxın zamanda baxacaqsınız).
Mən “hə” dedim və otaqdan çöldə gözlədim. Bu zaman 5–10 dəqiqədən sonra mənim Alı Ocayevə məlum olmayan 050 211 05 35 mobil telefonuma Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı Alı Qocayev zəng vurdu və məni təbrik etdi: “Siz bu gündən deputsınız, Ramiz Mehdiyev tapşırıq veribdir, bu gün təcili şəxsi işlərinizı mənə gətirin …”.
Mən bundan sonra, Prezident Aparatından birbaşa Binəqədi İcra Hakimiyyətinin başcısı Alı Ocayevin qəbuluna getdim, görüşdük, söhbətimizə başçının dəvəti ilə yeni təyin olunmuş Binəqədi YAP sədri, Seçki Kommisiyasının sədri Nəbi müəllim də iştirak etdi...
Mənə qarşı aparılan “ Gülərqeyt” əməliyyatının başlıca məqsədi mənim deputatlığa yolumu bağlamaq olub. Ramiz Mehdiyev ehtiyat edirdi ki, mən 9 sayli Binəqədi seçki dairəsindən də deputat seçilə bilərəm, buna görə də seçkiyə kimi mənə qarşı “Gülərqeyt” əməliyyatı qurdu ki, mən deputat keçməyim. Bu dairədən də deputat Rafael Cəbrayılov keçirildi.
Azərbaycanda adam oğurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat bilirdi ki, mən deputat olsam bunları cox asanlıqla ifşa edə bilərəm və nəyin bahasına olursa-olsun məni parlamentə buraxmaq olmazdı, hətta 5–10 milyon versəm də belə...”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?