GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan siyasi bahar astanasında

Azərbaycan siyasi bahar astanasında

Tarix: 28-01-2013, 10:44 Bölmə :Manşet Baxış: 752
Azərbaycan siyasi bahar astanasında

İki həftə ərzində müxtəlif yerlərdə və müxtəlif səbəblərdən üç etiraz
hadisəsi Azərbaycan cəmiyyətində artan inqilabi enerjidən xəbər verir


Azərbaycan sözün həqiqi və məcazi mənasında siyasi bahar astanasındadır. Gerçəkdən, ölkədə anomal yazqabağı hava yaranıb. O da aşkardır ki, ölkədə anomal siyasi bahar bürüyüb. Yüksək siyasi temperaturun kulminasiyası 23-24 yanvarda İsmayıllı rayonunda əhalinin kütləvi çıxışları oldu. Bundan əvvəl isə gənclərin və sahibkarların etirazları baş vermişdi. İki həftə ərzində müxtəlif yerlərdə və müxtəlif səbəblərdən üç etiraz hadisəsi seçmə yolu ilə sosial sorğu kimi Azərbaycan cəmiyyətində artan inqilabi enerjidən xəbər verir.
Öz dağıdıcı gücü və kütləviliyi ilə ən mənalı olan İsmayıllıda sıravi vətəndaşalrın etirazı xüsusi diqqətə layiqdir. “Binə” ticarət mərkəzinin təşkilati cəhətdən strukturlaşmış gəncləri və xırda ticarətçilərindən fərqli olaraq, adi obıvatelin stixiyalı etirazı ictimai ovqatı daha dəqiq ifadə edir.
İsmayıllının icra başçısı Nazim Ələkbərovun bu insidenti yol-nəqliyyat hadisəsi kimi qələmə verməsi və ya Prezident Administrasiyasının təmsilçisi Əli Həsənovun düşmən qüvvə axtarışı barədə anlaşılmaz bəyanatını ciddi izah kimi qəbul etmək olmaz. Rəsmi şəxslər əhalini kütləvi etiraza təhrik edən dərin problemlər mövzusundan bilərəkdən yan keçirlər.
2012-ci ilin mayında bir qrup İsmayıllı sakini Bakıya gəlmişdi ki, prezidentlə görüşüb rayonun problemləri ilə onu tanış etsinlər. Prezident onları qəbul etmədi. Adi kəndlilər dövlət başçısına nə demək istəyirdi: 1.Rayonda icra başçısı, prokurorluq və polisin özbaşınalığı hökm sürür. 2. Hakimiyyət camaatın işinə qarışır, istədiyi kimi yaşamağa qoymur. 3.Məmurlar kənddə istehsalın inkişafına mane olur, 4.Korrupsiya, 5.İşsizlik, 6.Yoxsulluq.
Sirr deyil ki, oxşar vəziyyət ölkənin istənilən rayonunda var. Buna sübut olaraq bir il ərzində ölkənin müxtəlif hissələrində kənd sakinlərinin kütləvi çıxışlarını – 2012-ci ilin martında şimalda, Qubada, iyunda cənubda, Sabirabadda olan hadisələri, eləcə də kəndlilərin ayrı-ayrı lokal etirazlarını göstərmək olar. Yerli spesifikası ilə yanaşı, bunlar eyni problemlər, eyni tələblərdir.
Ölkə hakimiyyəti hələ kənd rayonlarının əhalisinin irəli sürdüyü problemlərin olmasını etiraf etmək istəmir. Bu yaxınlarda İlham Əliyev hökumət qarşısında nitqində təmtəraqla regional inkişaf üzrə dövlət proqramının uğurlarından danışdı. Prezident bu proqramların korrupsiya yeminə çevrilməsini, kənd əhalisinin rifahının yaxşılaşması ilə heç bir əlaqəsi olmamasını qeyd etmək istəmədi.
İlham Əliyev hakimiyyətə gələndən heç vaxt kütləvi təlatüm və etiraz aksiyaları Azərbaycanı bu cür silkələməmişdi. İfadə azadlığını, iqtisadi və siyasi azadlıqları məhdudlaşdırmaq, polis nəzarəti yolu ilə cəmiyyətə artan təzyiqlər hakimiyyəti cəmiyyəti idarə etməyin repressiv yolu mexanizminin düzgün və saz olmasına inandırmışdı.
Hətta ABŞ və Avropa dövlətlərinin “ərəb baharı”na istinadən bu yolun perspektivsizliyi barədə xəbərdarlığı nəticə vermədi, islahatlar və öz xalqı ilə dialoq başlamadı. Nisbi sakitlik yaranandan sonra deputatlar, YAP funksionerləri və ictimai xadimlərdən ibarət bir qrupun yerli icma ilə dialoq üçün Bakıdan İsmayıllıya gəlməsini hakimiyyətin böhran sonrası addımlarında yeni element adlandırmaq olar. İqtidar müxalifətə münasibətdə də yenilik edib - 25 yanvarda 11 partiyaya Mariott otelində onlara ilk iri seçkiöncəsi iclası keçirmək imkanı verildi.
Müxalifətin İsmayıllı hadisələrinə reaksiyası, gözlənildiyi kimi sərt və bir qədər inqilabi idi. Müxalifət yelkənçi kimi ictimai ovqatda dəyişiklik əsintisini tutub son məqsədi – oktyabrda prezident seçkiərində hakimiyyət dəyişikliyini hədəfə alır. İctimai ovqatı çox yaxşı sezən təcrübəli meydan natiqlərinin duyğusu onları aldatmır. Gözləmək olar ki, səsvermə tarixi yaxınlaşdıqca etiraz əhvalı daha da güclənəcək. İlk simptomlar ötən ilin yazında Quba və Sabirabad etirazları ilə təzahür etdi, sonradan azalmadı, daha da sürət yığdı. Buna ucuz neft dollarları və polis sisteminin təmin etdiyi yalançı sabitliklə yanılan hakimiyyət imkan yaradıb.
Özünün son hərəkətləri ilə (etirazçı İsamyıllı camaatı ilə dialoq, müxalifətə ünsiyyət üçün sivil şərait yaradılması, nəhayət, Avropa Şurasında beynəlxalq öhdəliklər çərçivəsində ölkənin demokratkləşməsi haqqqında qətnamənin dəstəklənməsi) hakimiyyət hadisələrin inkişafının inqilabi ssenarisindən yayınmaq üçün zəif də olsa ümid verir. Belə ssenarini özünün İsmayıllı hadisələri ilə bağlı iclasında sistemdənkənar müxalifət də arzu etmədi. Demək, tərəflərin bu yanaşması oktyabr ümumxalq səsverməsini dinc keçməsi üçün şərait yarada bilər.
Turan Analitik Xidməti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda inqilab xaosu

    Azərbaycanda inqilab xaosu ...

    1-02-2013, 11:07

  • 
  • Anomal isti sabah da davam edəcək

    Anomal isti sabah da davam edəcək ...

    3-08-2015, 16:05

  • 
  • "Binə" ticarət mərkəzinin sahibkarları etiraz edir

    "Binə" ticarət mərkəzinin sahibkarları ...

    25-12-2013, 15:26

  • 
  • Bahar Muradova: “...bir daha belə hadisə baş verməyəcək”

    Bahar Muradova: “...bir daha belə hadisə baş ...

    29-12-2013, 15:31

  • 
  • Xalq üsyanlarının səbəbi

    Xalq üsyanlarının səbəbi ...

    25-01-2013, 11:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu