GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanda inqilab xaosu

Azərbaycanda inqilab xaosu

Tarix: 1-02-2013, 11:07 Bölmə :Manşet Baxış: 832
Azərbaycanda inqilab xaosu

Yuxarılar bacarmır, aşağılar istəmir

İnqilab o vaxt qalib gəlir ki, “aşağılar köhnə qayda ilə yaşamaq istəmir, «yuxarılar» köhnə qayda ilə idarə edə bilmir. V.İ.Lenin
Azərbaycanın hakimiyyət dəhlizlərində inqilabi vəziyyətin müzakirəsi ön plana çıxıb və müxtəlif qurumlar bu müəmmanın səbəb və qanunauyğunluğunu araşdırır. Əgər ötən ilki Quba və Sabirabad etirazları təsadüfi və ya vəziyyətlə bağlı hadisə kimi qəbul edilirdisə, Bakı və İsmayıllıdakı yanvar etirazları keçmiş kommunist funksionerləri hadisələrin qanunauyğunluğunu hiss etməyə vadar etdi.
Yüksək türbəli rəsmi şəxslərin İsmayıllıda xalq üsyanını və Bakıda gənclərin aksiyasını xuliqanlıq kimi təqdim etməsini bu siyasi asayiş pozuntularını izah edən son hökm kimi qəbul etmək yanlış olar. Bunu o da göstərir ki, müxtəlif təşkilatlardakı analitiklər qanunauyğun hadisə zəncirinə çevrilən hadisələrin ardıcıllığının izahına çalışırlar. Keçmiş kommunist və komsomol funksionerləri Leninin küliyyatını stolüstü kitaba çevirir, indiki inqilabi vəziyyətə işıq salan ən populyar məqalə isə «İnqilabi proletariatın may nümayişi» və «II İnternasionalın iflası»dır.
İnqilabi çevrilişlər klassiki son məqaləsində inqilabi situasiyanın üç əsas obyektiv əlamətini verir:
1) hakim sinfin öz hökmranlığını dəyişməz şəkildə saxlaya bilməməsi, «yuxarılar»ın köhnə qayda ilə idarə edə bilməməsi;
2) məzlum siniflərin ehtiyac və fəlakətlərinin kəskin artması, “aşağılar”ın köhnə qayda ilə yaşamaq istəməməsi;
3) kütlələrin fəallığının xeyli artması, onların müstəqil inqilabi yaradıcılığa hazır olması.
Bütün bu əlamətlər Quba və İsmayıllıda kütlənin kortəbii çıxışının gedişində özünü göstərdi. Repressiv idarəetmə sistemi burda özünün əvvəlki səmərəliliyini itirdi və qıcıqlandırma amilinə çevrildi. Bunu o da göstərir ki, qəzəblənmiş insanların hədəfi prezidentin ordakı sərdarları və onnların dağıdılan əmlakı oldu.
İqtisadi Tədqiqatlar Mərkəzi ikinci Lenin əlamətini araşdıraraq bu nəticəyə gəlib ki, hər iki rayon sosial-iqtisadi cəhətdən ölkənin qalan hissəsindən geri qalıb. 2012-ci ildə Dağlıq Şirvan adlanan bu regionların inkişafına ölkə üzrə investisiyaların 1,1%-i ayrılıb, əmək haqqı Azərbaycan üzrə orta göstəridən 40% azdır, əmək qabiliyyətli əhalinin məşğulluq səviyyəsi aşağıdır.
Nəhayət, üçüncü əlaməti KİV qeydə alıb. Onlar göstərdi ki, regionlardakı bunt kənardan hansısa siyasi qrup tərəfindən idarə edilməyib, müstəqil inqilabi partlayış olub. Bunu hüquq mühafizə orqanları da təsdiq etdi. Onlar hadisələri etirazçı müxalifətin idarə etməsi barədə heç nə tapmadı.
Cəmiyyətin siyasi strukturunda məhz son elementi Lenin hakimiyyət dəyişikliyi, onunla birgə dövlətdaxili münasibətlərin dəyişməsi məqsədi ilə inqilabi vəziyyətin inqilaba çevrilməsində subyektiv və müəyyənedici amil adlandırıb.
Lenin nəzəriyyəsində aparıcı qüvvə kimi inqilabi nəzəriyyə ilə silahlanmış, kütləyə rəhbərlik edib inqilabı qələbəyə aparacaq fəhlə partiyasından söhbət gedir. Azərbaycanda müasir anlamda oxşar partiya müxtəlif intellektual vətəndaş institutları, QHT, KİV və ictimai təşəbbüslərin tərkibinə daxil olduğu müxalifət adlanır. Son illər onlar müxtəlif səbəblərə görə təkcə hakimiyyət tərəfindən deyil, həm də cəmiyyət tərəfindən maksimal olaraq neytrallaşdırılıb. Məsələ burasındadır ki, hakimiyyət də, cəmiyyət də indiki məqamda hələ Leninin anlamında inqilabi situasiyanın hər üç fazasına daxil olmayıb.
Son hadisələr, yəni kütlələrin inqilabi yaradıcılığı və intellektual institutların açıq etiraz səhnəsinə çıxması inqilabi inkişaf prosesinin bütün dörd şərtinin birləşdiyi yeni zəmin yaradır.
Hazırda kütlələri və intellektual institutları birləşdirən məqsəd prezident seçkiləri olur, inqilabi prosesin bütün iştirakçıları, o cümlədən hakimiyyət də anlayır ki, bu, ölkənin siyasi kursunun dəyişməsi üçün şans yaradır. Məhz seçkilər bu gün korrupsiyanın, sosial bərabərsizliyin, yoxsulluq və sabahki günə inamsızlığın həddən artıq qızışdığı Azərbaycan cəmiyyətində inqilabi proseslərin katalizatoru olur. Hakimiyyət cəmiyyətin Qubada və İsmayıllıda işartısını gördüyü situasiyanın inqilabi ssenari ilə inkişafının qarşısını genişmiqyaslı islahatlar yolu ilə ala bilərdi. Ancaq hakimiyyət islahatlara qadir deyil, çünki hesab edir ki, bu, hakimiyyətin korrupsion-repressiv siyasi-iqtisadi əsasının yenidən qurulmasına və siyasi olimpdə fiqurların qaçılmaz dəyişikliyinə gətirib çıxaracaq.
Əgər kütlələrin və intellektual institutların sıralarında inqilabi mübarizəni dərk edirlərsə, dövlət strukturlarında belə birlik hələ yoxdur. Son inqilabi fenomenlərin öyrənilməsi ilə yanaşı, anti-mitinq bölmələrinə yeni əsgərlərinin cəlb edilməsi yolu ilə güc strukturlarının güclənməsinə hazırlıq gedir. Ancaq son söz yenə də rejim üçün yeni oktyabr tezisləri hazırlamaq üçün hələ ki, Lenini dərindən öyrənən hakimiyyətyönlü ekspertlər və analitiklərdədir.
“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan siyasi bahar astanasında

    Azərbaycan siyasi bahar astanasında ...

    28-01-2013, 10:44

  • 
  • Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ETİRAZ

    Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ...

    9-12-2013, 11:18

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • Putinin rus millətçilərini hiddətləndirib

    Putinin rus millətçilərini hiddətləndirib ...

    13-12-2012, 12:52

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu