GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məmurlar pullarını xaricə daşıyır

Məmurlar pullarını xaricə daşıyır

Tarix: 30-01-2013, 10:58 Bölmə :Manşet Baxış: 4 780
Məmurlar pullarını xaricə daşıyır

Son bir ayda məmurların və onların ailə üzvlərinin London və
Parisə, eləcə də başqa Avropa şəhərlərinə uçuşları intensivləşib


Məmurlar ölkəni adətən “müalicə” və ya “övladının təhsil problemi” adı ilə qısa müddətə tərk edirlər. Ancaq onların əsas məqsədi bu şəhərlərdə aldıqları daşınmaz əmlakı yerbəyer etmək və sərvətlərini ölkədən çıxarmaqdır.
Mənbənin məlumatına görə, son vaxtlar iki dəfə London və Parisə güclü axın olub: “Hökumətin iclasında ölkə prezidenti bp şirkətini sərt tənqid edəndən sonra Avropa paytaxtlarına uçuşlar intensivləşdi. Məmurların çoxu belə hesab edir ki, bp ilə qarşıdurma hökuməti çökdürə bilər. Ona görə də onlar dərhal ”təhlükəsizlik tədbirləri” gördülər. Bəzi nazirlər, nazir müavinləri, komitə sədrləri, icra başçıları, polis rəisləri, prokurorlar, hərbi komissarlar, yüksək rütbəli vergi və gömrük işçiləri ailələrini dərhal müxtəlif bəhanələrlə xaricə yolladı. Məmurların intensiv uçuşları yalnız bp ilə gərginlik bir az yumşalandan sonra səngiməyə başladı. Moskvada azərbaycanlı oliqarxların “Milyarderlər ittifaqı” şərti adlı təşkilatı elan edildikdən sonra isə xaricə, əsasən də Avropaya axının ikinci dalğa başladı. Bu proses bu günə qədər davam edir. Məmurları ən çox qorxuya salan bu ittifaqda Vahid Ələkbərov və Araz Ağalarov kimi “nəhənglərin” təmsil olunmasıdır”.
Qaynağımız məmurların “Milyarderlər ittifaqı”ndan qorxmasını belə şərh edir: “Vahid Ələkbərov təkcə Rusiya yox, dünya çapında tanınmış milyarderdir, onun əmlakının rəsmən elan edilən hissəsi 14 milyard dollardır. O, həmişə Azərbaycanın siyasi hakimiyyəti ilə məsafə saxlayıb və ümumiyyətlə, siyasi proseslərdən kənarda olan bir şəxsdir. Araz Ağalarovun isə ölkə rəhbərliyi ilə yaxın qohumluq münasibəti var, yəni ciddi səbəb olmasaydı, təşkilatın təsis olunmasında iştirak etməzdi. Maraqlı detal budur ki, bu iki oliqarxın şəxsi münasibətləri çox pisdir. Düşmənlərin Azərbaycan hökumətinin əleyhinə olan bir təşkilatda birləşməsi təşkilatın yaranmasında daha böyük güclərin maraqlı olmasını göstərir. Bundan ehtiyatlanan məmurlar xaricdə aldıqları evlərini tez-tez ziyarət edir, orada daimi məskunlaşmaq üçün hazırlıq işləri görürlər”.
Uzun müddət Bakı Beynəlxalq Hava Limanında çalışan mənbənin müşahidələrinə görə, nisbətən aşağı ranqlı olan, amma yetərincə sərvət toplamış məmurlar korpusu siyasi hakimiyyətdə baş verən və ya verə biləcək istənilən hadisəyə siyasi müxalifətdən daha çevik və həssas reaksiya verir: “Məsələn, “Ərəb baharı” dalğasında müxalifət etiraz aksiyalarına başlamamışdan məmurların Avropa ölkələrinə uçuşları artdı. Və ya antikorrupsiya kampaniyası start götürən kimi məmurlar kütləvi şəkildə pullarını ölkədən çıxarmağa başlamışdı. Yəni siyasi hakimiyyətə cüzi təhlükə yaranan kimi məmur korpusu ehtiyat tədbirlərini işə salır”.
Qaynağın verdiyi bilgiyə görə, Moskvada oliqarxlar ittifaqı yaranandan sonra məmur korpusunun Rusiya və başqa MDB ölkələrinə uçuşları səngiməyə başlayıb: “Ancaq “Ərəb baharı” və yaxud antikorrupsiya kampaniyası dönəmində bu ölkələrə uçuşlar daha intensiv idi. Yəqin ki, məlumatlı məmurlar hansı dönəmdə hara üz tutacaqlarını da yaxşı hesablayırlar. Rusiya ilə münasibətlərin kəskinləşdiyi bir vaxtda onlar Avropanı daha təhlükəsiz hesab edirlər. Eyni zamanda son aylar ölkədən pul daşınmaları da kəskin artıb. Qeyri-leqal yolla əldə edilmiş böyük vəsaitlər ölkədən çıxarılır”.
Yada salaq ki, ötən saylarımızda böyük məbləğdə pulların qanunsuz yollarla Bakı aeroportundan Bakı-Moskva aviareysi ilə kisələrə doldurulmuş vəziyyətdə, 22-25 milyon dollar arası olmaqla, nağd şəkildə xaricə daşınması ilə bağlı məlumat vermişdik. Bu fakt Moskvanın Savelyev Rayon Məhkəməsində “Ticarət-Tikinti Bankı”nın iki əməkdaşının və bir qrup Azərbaycan vətəndaşının işi üzrə məhkəmə prosesində də öz təsdiqini tapmışdı. Bu məlumatı Rusiyanın “Rosbalt” agentliyi yaymışdı.
Bakı Beynəlxalq Hava Limanındakı qaynağın bilgisinə görə, belə əməliyyatlar indi daha intensiv şəkildə davam edir: “Bu pullar öncə MDB ölkələrinə daşınır, orada ”yuyulduqdan” sonra Avropadakı hesablara köçürülür. Bu məsələni aeroportda fəaliyyət göstərən gömrük xidməti kurasiya edir. Qaydalara görə, ölkəni tərk edən vətəndaş ölkədən yalnız 10 min manata qədər vəsait çıxara bilər. 10 min manatdan artıq vəsaitlərə görə isə gömrük bəyannaməsi yazılmalı və dövlətə faiz ödənilməlidir. Ancaq gömrük işçiləri bu işi iri məbləğli “xidmət haqqı” müqabilində qeyri-leqal həyata keçirirlər”.
Mənbəmizin verdiyi bu informasiyaları xüsusi və geniş şərh etməyə ehtiyac duyulmur. Məmurların rüşvət və korrupsiya yolu ilə topladıqları sərvətin təhlükəsizliyinə qarantiya yoxdur. Ümumiyyətlə, indiki rejimdə heç iş adamlarının əmlakına da qarantiya yoxdur. Bu, Zülfüqarlı qardaşlarının işində bir daha təsdiqləndi. Ona görə də hamı (büdcə oğrusu da, iş adamı da) əmlakını təhlükəsiz yerə daşımağa səy göstərir. Siyasi hakimiyyətin qeyri-rəsmi imtiyazları hesabına sərvət sahibi olanlar isə ikiqat qorxu içindədir. Siyasi vəziyyət azcaıq dəyişən kimi onlar təkcə sərvətlərini yox, həm də azadlıqlarını itirə bilərlər. Ona görə siyasi hakimiyyətə istənilən təhlükə yaranan kimi ölkəni tərk etmək haqda düşünürlər. Bu, indiki sistemin yaratdığı eybəcərliklərdən yalnız biridir.
Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdan Parisə uçuşlar dayandırılmayıb

    Bakıdan Parisə uçuşlar dayandırılmayıb ...

    16-11-2015, 13:52

  • 
  • Rafet El Romanın xanımı ona 59 yaşlı şoumenlə xəyanət edir - FOTO

    Rafet El Romanın xanımı ona 59 yaşlı şoumenlə ...

    23-07-2016, 13:13

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Türkiyə Suriyada uçuşları dayandırdı

    Türkiyə Suriyada uçuşları dayandırdı ...

    27-11-2015, 17:05

  • 
  • Türkiyə Azərbaycana uçuşları təxirə saldı

    Türkiyə Azərbaycana uçuşları təxirə saldı ...

    30-12-2015, 13:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu