Gülən camaatının prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı məğlub etmək üçün polislərə Əkmələddin İhsanoğluna səs vermələri üçün təzyiq göstərdikləri üzə çıxıb.
Avropa.info xəbər verir ki, Türkiyədə Gülən camaatına qarşı başladılan əməliyyatlar çərçivəsində həbs olunan polis əməkdaşları “paralel dövlət”-in xalqın iradəsinə neçə müdaxilə etdiyindən danışıblar.
Şanlıurfa vilayətində işdən çıxarılan polislərdən ifadə alındığı zaman prezident seçkilərinə dair şok təfərrüatlar ortaya çıxıb.
Məlum olub ki, gülən camaatına bağlı polis rəisləri və polis strukturlarında yüksək vəzifəyə sahib şəxslər tabeçilikləri altında olan polis əməkdaşlarını digər namizədlərə səs verməyə məcbur edib.
İstintaq zamanı ifadə verən polislərdən biri bildirib ki, camaata bağlı vəzifəli polis əməkdaşları onun yanına gələrək bələdiyyə seçkilərində BDP-yə, prezident seçkilərində isə İhsanoğluna səs verməyini tələb ediblər.
“Turgay P. məndən bələdiyyə seçkilərində BDP-yə səs verməyimi istədi. Yoxsa ölkənin İranın nəzarətində olan şəxslərin əlinə keçəcəyini bildirdi. Mən isə “Əmimin oğlu PKK terrorçuları tərəfindən vurulub, mənim gözümdə BDP-yə səs vermək vətənə xəyanətdir” dedim. Bundan sonra Özcan G. yanıma gələrək “Qızın kürd birini sevsə sən də onu ona ərə verməyə məcbur olacaqsan” deyə axmaq bir misal verdi”.
Xatırladaq ki, Türkiyənin bəzi KİV-lərində seçkilər zamanı “paralel dövlət”-in camaat üzvlərindən səsverməyə gedərək qabaqcadan müəyyən olunmuş şəxsə səs verib daha sonra seçki bülleteninin telefonla şəklini çəkib gətirməyi tələb etdikləri haqda xəbərlər yayılmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?