GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Deputata qarşı 4 maddə ilə iş qaldırıldı, rektor məhkəməyə verildi

Deputata qarşı 4 maddə ilə iş qaldırıldı, rektor məhkəməyə verildi

Tarix: 4-02-2015, 23:47 Bölmə :Manşet Baxış: 0
Deputata qarşı 4 maddə ilə iş qaldırıldı, rektor məhkəməyə verildi

İqtisad Universitetindəki qalmaqal yeni frazaya keçdı, professor başqa tələblər irəli sürdü

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Dövlət İqtisad Universitetinin sabiq rektoru, hazırda həmin universitetdə kafedra müdiri olan Şəmsəddin Hacıyevə qarşı şok iddia qaldırılıb.
Bu barədə «Gündəmxəbər»ə verilən məlumata görə, deputat Ş.Hacıyev Cinayət Məcəlləsinin dörd maddəsi ilə - 294.2.9 (Sübutların saxtalaşdırılması), 308-ci maddə ( Vəzifə səlahiyyətlərindən sui-istifadə,) 309-cu maddə ( Vəzifə səlahiyyətlərini aşma) və 310-cu maddənin (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) müvafiq bəndləri ilə təqsirləndirilərək, xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Bu barədə qəzetimizə açıqlama verən İqtisad Universitetinin professoru, iqtiisad elmləri doktoru Bədirxan Musayev deyir ki, deputatın bu maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi üçün, yetərincə ciddi təkzibolunmaz əsasları var:
«Yəqin məlumatınız var ki, Şəmsəddin Hacıyev hələ 2011-ci ildə məni rektorun müşaviri və 40 il rəhbərlik etdiyi kafedra müdiri vəzifələrindən saxta və qanunsuz əmrlərlə azad etdi. O, bu əmrləri verərkən, saxta sənədlərə əsaslanıb. Bundan əlavə, professorluğumla bağlı əmr olmadığı halda, universitetə buraxılmağıma da qadağa qoyuldu. Bununla bağlı keçirilən məhkəmələrə saxta sənədlər təqdim olundu. Bu azmış kimi, elə sənədlər var ki, o, vəzifə səlahiyyətlərindən sui-istfadə edərək, bunları da məhkəməyə və mənə təqdim etməkdən yayınıb».
İqtisad elmləri doktoru bildirir ki, o, kafedra müdiri kimi hələ 22 mart 1972-ci ildən kafedranın professoru seçilib: «Ərizəm əsasında kafedra müdiri, dekan və prorektor vəzifələrindən çıxan zaman, təlimata əsasən, professor vəzifəsini həmişə özümdə saxlamışam. Təlimatların dəyişilməsi ilə əlaqədar, 02/XII-2008-ci ildən 11/XI-2011-ci ilə kimi professor vəzifəsini aşağıdakı inkarolunmaz faktlara əsasən yerinə yetirmişəm:
1) Rektorun 28.02.2006-cı il tarixli 20/3 nömrəli əmrinə əsasən 6-cı dəfə 5 il müddətinə kafedra müdiri və kafedranın professoru seçilmişəm.
2) Kafedra tərəfindən 5 il müddətinə hər il üçün 700-800 saat tədris yükü ayrılmış və rektorat tərəfindən təsdiq edilmişdir. (tədris yükü ilə bağlı sənədləri təqdim edə bilərəm).
3) İllər üzrə tədris yükünü yerinə yetirmək haqda, hesabatım rektorat tərəfindən təstiq edilmişdir,
4) Hər ay mühasibatlıq tərəfindən professor maaşı hesablanmış və həmin maaş aylar üzrə 1400-1500 manat məbləğində 2009, 2010 və 2011-ci illər üzrə almışam .
5) Rektorat tərəfindən maaşım haqda verilən hər iki arayışla, saxta olduğundan həqiqəti təmin etmək məqsədilə, bankdan arayış alıb təqdim etmişəm.
Sadaladığım bu faktların hər birini təsdiq edəcək sənədləri sizə təqdim edirəm. Baxın və özünüz qiymət verin. Bəli, professor vəzifəsindən azad olmaq haqda əmr olmadan, əmr əmək kitabçamda qeyd edilmədən, əmrin surətini rektorat tərəfindən mənə imza etdirib təhvil vermədən, yuxarıda göstərilən şərtlər daxilində, mən professor vəzifəsini özümdə saxlamışam. Çünki təlimata əsasən, işdən çıxmaq, başqa işə keçmək və onun səbəbləri əmək kitabçasında əks olunmalıdır. Əmr əmək kitabçamda öz əksini tapmayıb. Ortada olan təkzibolunmaz sənədlərə rəğmən, bu gün də Şəmsəddin Hacıyevin qanunsuz əməlləri səbəbindən, mən haqqımı bərpa edə bilmirəm. Və nəhayət, bunların aradan qaldırılması üçün, onun barəsində 4 maddə ilə məsuliyyətə cəlb edilməsini tələb etmişəm».
Bədirxan Musayev bildirir ki, artıq onun şikayəti Nəsimi rayon Məhkəməsinə təqdim olunub: «Yəqin ki, yaxın günlərdə məhkəmə prosesi başlayacaq».
Professor «Gündəmxəbər»ə deyib ki, o, Şəmsəddin Hacıyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə də, xüsusi ittiham qaydasında şikayət verib: «O, «Qafqazinfo» saytına «Mən Bədirxan Musayevə «Vətən xaini» damğası vuraraq işdən qovmuşam» başlığı adı altında açıqlama verib. Həmin açıqlama bir neçə qəzetdə də yayılıb. Orada mənə qarşı cinayət xarakterli ittihamlar yönəldib. Üstəlik o, dövlətin və onun ali rəhbərliyinin səlahiyyətini mənimsəyərək, haqqımda «Vətən xaini» ifadəsini işlədib. Buna görən Şəmsəddin Hacıyevi məhkəməyə verdim. Hakimləri pulunun və mandatının gücü ilə təsirdə saxlayan bu adam, şikayətimin icraata qəbul edilməsinə aylarla mane olsa da, nəhayət ki, Nəsimi rayon Məhkəməsində işə baxıldı. Orada onun vəkili Şəmsəddinin belə söz demədiyini və sayt və «Yeni Müsavat» qəzetinin guya xəbəri olmadan, onun adından yalan yazdığını iddia etdi. Məndə hakimə «əgər elədirsə, niyə indiyədək həmin media orqanlarına çıxıb, təkzib tələb etməyib?” deyə sual etdim. Lakin təbii ki, hakim deputata qarşı çıxa bilməzdi və bu səbəbdən suçu medianın üzərinə ataraq, özünü və deputatı təmizə çıxarmağa çalışdı. Yəni, bu adam dara düşəndə onun açıqlamasını yayan jurnalistləri də satmaqdan utanmayıb. Hazırda rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermişəm. Sonadək bu məsələnin üzərində dayanıb, onu buna görə də cəzalandırmağa nail olacağam».
Sonda professor bildirib ki, o, Şəmsəddin Hacıyevlə birgə universitetin yeni rektoru Ədalət Muradovu da məhkəməyə verib: «Bəli, mən, üzləşdiyim haqsız vəziyyətlərlə bağlı məcbur qalıb, universitetə və onun hazırkı rektoru, hörmətli Ədalət Muradova qarşı da mülki iddia qaldırıb, 60 il işlədiyim universitetə daxil olmağımı və professor kimi fəaliyyətimi davam etdirməyimin təmin olunmasını xahiş etmişəm. Bununla bağlı Səbail rayon Məhkəməsində iddia da qaldırmışam. Yəqin ki, bununla bağlı yaxın günlərdə məhkəmə prosesi başlayacaq».
Yazıda adları hallanan tərəflərin də mövqeyinin dərcinə hazırıq.

Cəfər Mərdanoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Professor deputat məhkəməyə verib

    Professor deputat məhkəməyə verib ...

    17-03-2015, 00:24

  • 
  • Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal

    Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal ...

    5-09-2014, 23:29

  • 
  • Hakim deputata qarşı işdən imtina etdi!

    Hakim deputata qarşı işdən imtina etdi! ...

    26-07-2014, 14:54

  • 
  • Vəzifə səlahiyyətlərindən sui-istifadə etdi, iş məhkəməyə getdi

    Vəzifə səlahiyyətlərindən sui-istifadə etdi, iş ...

    25-12-2014, 23:18

  • 
  • Şəmsəddin Hacıyevə şok ittiham

    Şəmsəddin Hacıyevə şok ittiham ...

    19-08-2013, 22:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu