GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » AMİ-nin Qazax Filialında nələr baş verir.

AMİ-nin Qazax Filialında nələr baş verir.

Tarix: 5-02-2015, 00:33 Bölmə :Manşet Baxış: 0
AMİ-nin Qazax Filialında nələr baş verir.

Jurnalist məhkəməsi, yoxsa məmur harınlığı.


Son zamanlar ölkədə dəbə düşən proseslərdən biri də harınlamış bəzi məmurlar tənqidinə dözmədiyi qələm əhlini məhkəməyə sürükləməsidir. Təbii ki, “haqq nazilsə də, üzülən deyil”. Məsələ burasıdır ki, bu hərəkət ilə məmur özünün oğurluğunu, rüşvətxorluğunu və iş bacarıqsızlığını ortaya qoyur. Mətbuat işçisinin isə yalnız vaxtını alır.
Məmura isə özünü hüquq nümayəndəsi kimi göstərən əyalət hüquqşünasları “yardımçı” olurlar. Məlumdur ki, yeyib-dağıtdığını ört-basdır etmək üçün mətbuat işçisinə şər-böhtan atmaqla məhkəməyə yollanan məmurun elə qabiliyyəti olsaydı bu addımı atmazdı. İkincisi də, ona nümayəndəlik edəni kökündən yaxşı tanıyardı.
Demokratiyanın başlıca atributu söz və mətbuat azadlığıdır. Azad sözə və mətbuta basqın demokratiyanı boğmaq, müstəqilliyi məhv etməkdir. Hansısa məmur tutduğu vəzifədə min hoqqalardan çıxacaq, jurnalist isə susacaq? Əsla, bu yol verilməzdir.
Qeyd edək ki, yuxarıda söyləninlərlə səsləşənlərdən bir də Azərbaycan Müəllimlər İnstitutunun Qazax Filialının direktoru Afaq Qasımovadır. Xeyli müəllim kollektivi və 477 nəfər tələbəsi olan filial birbaşa direktorun monopoliyasındadır. “Burda mənəm, Bağdadda kor xəlifə”.
Afaq Qasımova bu vəzifəyə AMİ-nin Gəncə Filialından gətirilib. Adətən bir müəssisəyə, idarəyə və ya təhsil ocağına rəhbər hansısa uğurları ilə yadda qalan təşkilatlardan gətirilir. Bu sovet dönəmindən bu cür olub. İndi isə tərsinədir. Afaq Qasımova filialda tədris işləri üzrə direktor müavini işləyirmiş. Ötən il Gəncə Filialı saxta diplomlar verdiyinə, tədrisin aşağı olmasına görə haqlı olaraq bağlanıldı. Bəs onda Afaq Qasımova niyə irəli çəkilib? Xanım nec ola bilərdi ki, Gəncə filialının direktoru işləmiş Ramiz Məmmədovun saxta diplom əməliyyatından xəbəri olmayıb? Olmayıbsa gülüncdür.
Verilən məlumata görə, Afaq Qasımova Gəncə filialında “öyrəndiklərini” Qazax filialında ikiqat həyata keçirir. Kimini “asır”, kimini “kəsir”. Gələn kimi filialda işini ixtisarla quran Qasımova, yaxşı bilirdi ki, onda bunu daha yaxşı sayacaqlar. Bir parça çörəyə möhtac olanlar işini itirməməyin xətrinə xanımı əzizləyəcəklər... Doğurdan da, onu əzizləyənlər yerində qaldılar, əzizləməyənlər, haqqı deyənlər isə direktorun qəzəbinə tuş gəldilər. Bununla da məhkəmə çəkişmələri başladı. Udan isə xanımın hüquq müdafiəçisi oldu.

Xanım yol ölçür

Salamat adam bir dəfə Qazaxdan Gəncəyə gedib - gələndə istər-istəməz yorğun düşür, ya da bəzən başı ağrıyır. Fikir verin, Gəncədən hər gün filiala gəlib qayıdan Afaq Qasımova görün hə qədər enerjilidir ki, buna dözür. Bu bir yana. Üstəlik, xanın gediş-gəlişinə gün ərzində ən azından 30 manat xərcləyir. Bunu da 20 günə vursaq 600 manat edər. Bəli, ayda 300-350 manat əməkhaqqı alan müəllimə bu pulu da yola verəndə nə yeyir, nə içir? Elə buradaca “xoruz”un quyruğu görünür. Demək, redaksiyamıza verilən məlumatlar belə təsdiqini tapır ki, xanım institutda korrupsiya və rüşvətxorluqla məşğuldur.

Pulla yola verilən sessiya və ya “təsdiqlənməyən” rüşvət.

Qəribə bir tendensiya yaranıb. Rüşvət 2 nəfər şəxs arasında aparılan haldır. Fakt bilirsən ki, düzələn işə çox vaxt əmma qoyulyr. Bir də eşidirsən düzəldi. Həmin işin əmması rüşvətlə aradan götürüldü. İş orqana gedəndə 1-ci sual bu olur: bu barədə faktın varmı, ya da isbat elə? Məsələn, AMİ-nin Qazax filialında qış imtahan sessiyasında direktor qrup nümayəndələrinin əli ilə hər tələbədən ən azından 300 manatdan yığdığı açıq-aşkar danışıldı. Bunu hamı da bilir. Di gəl Afaq Qasımovaya heç nə deyən olmadı. Belə çıxır ki, xanım bu işə havadarlıq edənlərlə “dostlaşıb”. İndi sən gəl bunu bilə-bilə, eşidə-eşidə antikorrupsiyadan danış.
O da bildirilir ki, direktor qrupda yaxşı oxuyan və özbaşına imtahan verən tələbələrin qəti əleyhinədir. Biliyin yeganə meyar olaması Qasımovaya sərf eləmir. Hətta, bir dəfə belə hal olub. Elə olub ki, qrupda oxuyan tələbələrin yarısından çoxu öz biliyinə imtahan verib. Bu işdən qəzəblənən Qasımova müəllimlərə deyib ki, bu nədir? Yəni tələbə çoxmu bilir ki, öz biliyinə qiymət alır?. Bir də belə olsa, məcburam imtahanda müəllimləri Gəncədən gətirəm. Qoyun qrupda öz biliyinə cəmi 2-3 tələbə qiymət alsın. Qalanları ilə işiniz olmasın...

Ulu öndərə sadiqlik yaxşı işlə, əməllə ölçülməlidir.

Elə bir idarə, müəssisə və təşkilat müdiri olmaz ki, başının üstündə mərhum ulu
öndər Heydər Əliyevin şəkili olmasın. O cümlədən, Afaq Qasımovanın. İndi bu Allaha da xoş getməz ki, başının üstündə ulu öndərin şəkili, altında isə rüşvət məcarası. Hansısa valideynlərin halal zəhməti ilə qazandığı pulların göz yaşları ilə filial direktoruna verilməsi. Baxmayaraq ki, tələbə valideynlərinin acınacaqlı dolanışığını nəzərə alıb, yaxşı oxumuşdur ki, öz biliyinə imtahan verəcək.
Təəssüflər olsun ki, filiala qazanc mənbəyi kimi baxan Qasımova buna imkan vermir. Bundan böyük nə dərd ola bilər? Bu bir valideynin, gələcəyə nikbin gözlə baxmaq istəyən tələbənin dərdi deyil, bütün millətin dərdidir. Bu dərdi də görənlərin susmasının özü də bir dərddir.

Təkbaşına müzakirə.

Filialda baş verən eybəcərliklər haqqında ictimailəşdirilən mövzular Qasımova Afaqın daxilində böyük istirablar törətsə də, guya büruzə vermir. Təhsil ocağındakı saxtakarlıqlar haqqında yazılanlar geniş kollektivdə müzakirə edilmək əvəzinə, bir neçə nəfər arasında yalandan protokollaşdırılır.
Filialda bacarıqlı kadrlardan olan, adının çəkilməsini məsləhət bilmədiyimiz, hansı ki, Qasımovanın sirr yoldaşı olan bir nəfər müəllimənin dediyinə görə, ali məktəbdən yazılan tənqidi məqalələri xanım özü özlüyündə müzakirə edir. Direktorun şəxsi fikirləri kompüter mərkəzində işləyən İlkin xanımın vasitəsi ilə lazımi ünvanlara göndərilir. Həmin ünvanlara da İlkin xanım formal surətdə kompüter mərkəzini “mətbuat xidməti” adlandıraraq göndərdiyi məlumatın (022 29 5 22 94 nömrəli telefonla) oxunulmasını xahiş edir. Təbii ki, bu da Afaq Qasımovanın növbəti oyunudur. Ancaq, bu məsələdə direktor da qınanılası deyil. Müəllimləri rüşvətə təhrik edən bir adam haqlı tənqidə qarşı nə deyə bilər? Yəqin ki, bunun gülünc doğuracağından ehtiyatlanaraq təkbaşına müzakirəyə keçib.

P.S. Yazı capa hazırlanarkən AMİ-nin Qazax Filialı ilə əlaqədar müvafiq orqanlara göndərilmiş şikayət dolu ərizələrlərə, təhsil nazirliyinin məsul işçisi Gültəkin xanımdan cavab məktubu aldıq. Məktubda filialın 2001-ci ildən hazırkı dövrə kimi işi yoxlanılmasından, orada bir sıra nöqsanların aşkarlandığını və bu barədə hazırlanmış arayışın Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə göndəriləcəyi bildirilir.

Mövzuya qayıdacağıq

İlham Hacalı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • AMİ-nin Qazax filialında anarxiya, yoxsa dirçəliş?

    AMİ-nin Qazax filialında anarxiya, yoxsa dirçəliş? ...

    11-01-2014, 23:29

  • 
  • “ANS-in sifəti pornoqrafiya deyil…” - Əməkdar jurnalist

    “ANS-in sifəti pornoqrafiya deyil…” - Əməkdar ...

    7-10-2015, 21:44

  • 
  • Şirvan icra başçısının müavini Elmira Ağayeva Azərbaycanda demokratiyanı inkar edir!

    Şirvan icra başçısının müavini Elmira Ağayeva ...

    17-04-2015, 15:27

  • 
  • “Məni mövqeyimdən çəkindirmək üçün təzyiq vasitələrindən istifadə edirlər” -Jurnalist

    “Məni mövqeyimdən çəkindirmək üçün təzyiq ...

    16-10-2019, 19:54

  • 
  • Bakı hava limanında məmur harınlığı -Gizli  video

    Bakı hava limanında məmur harınlığı -Gizli video ...

    20-06-2013, 13:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu