Nədənsə şəxsi məqsədləri naminə hansı sahə uğur qazansa belə gözügötürməmək bu millətin psixolgiyasına aiddir. Belə halda əlinə qələm alan cızmaqaraçılar istər-istəməz yaxşı qələm sahiblərini də gözdən salmalı olurlar. Toxunacağım mövzu isə Azərbaycan Müəllimlər İnstitutunun Qazax Filialında sabiq direktor, alim adına ləkə gətirən, korrupsioner İsa Veyisov vəzifıəsindən uzaqlaşdırıldıqdan sonra orada olan müsbət dəyişiliklərdir. Gərək göz yaxşı görə ki, görülənlər danışıla. İsa Veysov işdən rüsvayçılıqla kənarlaşdırıldıqdan sonra dosent Afaq Qasımovanın gəlişi filialda müsbət irəliləyişlər yaratdı. Müəllimlər İnstitutunun Gəncə filialında müəllimləkdən tutmuş tədris hissə müdirliyinə qədər yüksələn Afaq Qasımova tədris müəssisəsində yüksək səviyyədə abu-hava yaratmışdır. Tələbələr biliyə əsas meyar kimi baxırlar. Bir nəfər də olsun “saxta” tələbənin quruca adına belə təsadüf etmək mümkün deyildir. Tutduğu vəzifəsində öz ciddiliyi, tələbkarlığı və yüksək iş bacarığı ilə seçilən Afaq Qasımova az bir müddətdə nəinki filialda tələbə və müəllim kollektivinin, eyni zamanda Qazax rayon ictimaiyyətinin də böyük etimadını qazanıb. Hazırda filial imtahan sessiyası dövrünü yaşayır. Öz bilik və bacarıqlarına güvənən tələbələr maneəsiz və yalnız ciddi hazırlaşmaları ilıə biliklərinə söykənərək imtahanlarını verə bilirlər. Bundan ötrü ali tədris ocağında tələbələrin şikayət edəcəyi komissiyada fəaliyyət göstərir. Bunula kifayətlənməyən Afaq Qasımova daim imtahanların gedişini izləməklə tələbə -müəllim münasibətlərinin hansı tərzdə formalaşmasına da diqqət yetirir. Bu gün Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialındakı müsbət irəliləyişləri görmədən, hansısa naqisin sözü ilə hörmətsiz yanaşaraq cizmaqara yazmaq, yalnız özünə də “duzsuz” yanaşanların işi kimi qiymətləndirilməlidir!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?