“ANS-in sifəti pornoqrafiya deyil, Qarabağdır. ANS olmasaydı, inanın, bəlkə də Qarabağ yaddan çıxmışdı”. gundemxeber.az xəbər verir ki, bunu özünün facebook səhifəsində ANS telekanalının əməkdaşı Ləman Ələşrəfqızı MTRŞ sədrinin “ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan kanaldır” ifadəsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, MTRŞ-nın prezidenti bu ifadə ilə ANS-in bütün kollektivini təhqir edib: “Şəxsən mən, iki uşaq anası, Əməkdar jurnalist, vaxtını evindən çox işdə keçirən, son 5 ayda 5 tarixi sənədli film hazırlayan müxbir olaraq bu sözü özüm üçün təhqir sayıram”.
L.Ələşrəfqızı vuğulayıb ki, N.Məhərrəmlinin ANS barədə fikirləri düşmənə qarşı səsləndirdiyi fikilərə bənzəyir: “Nuşirəvan Məhərrəmli sanki müharibə şinelindən çıxan bir kanaldan yox, düşməndən danışır. Bir məmur ki, məsələlərə şəxsi prizmasından baxır, hər cümlə başı "Bu ANS-in sifətidir" - deyir, inanın o məmur yaxşı məmur deyil”.
Xatırladaq ki, Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində telekanalın ünvanına ciddi ittihamlar səsləndirib: “ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu, onun sifətidir".
Sorğu
Yeni dizaynımız necədir?