Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Azərenerji»nin rəhbəri Etibar Pirverdiyevə bağlı olan ASC-nin cərimləməsi tərəflər arasındakı mübahisələri gücləndirib. “gundemxeber.az” xəbər verir ki, bu barədə Mia.az-a daxil olan məlumata görə, Səlim Müslümovun rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Pirverdiyevə məxsus olduğu şübhə doğurmayan "Azenco” ASC-yə qarşı çıxarılan qərar qarşı tərəfin hədsiz narazılığına səbəb olub: «İş o yerə çatıb ki, artıq tərəflər hüquqi zəmində də mübarizəyə başlayıblar. Belə ki, Pirverdiyevə məxsus olan və mərkəzi ofisi Xətai rayonu ərazisində yerləşən "Azenco” ASC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 mart 2014-cü il tarixli qərarının ləğv edilməsi məqsədiylə məhkəməyə də müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin 15 aprel 2014-cü il tarixli qərarı mübahisənin daha da qızışdırıb». Saytın məlumatına görə, Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib: «Hazırda bu şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılır. Hakim mayın 8-nə təyin etdiyi iclası mayın 14-nə keçirsə də, həmin günü də şikayət üzrə qərarını açıqlamayıb. Yəqin ki, yaxın günlərdə tərəflərin münasibətinə aydınlıq gətiriləcək».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?