İşçilər rayonlarla qeydiyyatda olan firmalarla rəhbərliyin gizli işbirliyindən şikayətlənirlər
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində şübhəli maliyyə mənimsəmələrinə dair məlumat var.
Bu barədə qəzetimizə idarənin əməkdaşları məlumat veriblər. Onların sözlərinə görə, idarə rəisi Əlikram Əliyev yol verdiyi korrupsiya nəticəsində böyük sərvət sahibidir: «Doğrudur, o, məmur olduğundan bunları öz adına sənədləşdirməyib. Amma onun ətrafında araşdırma aparılarsa, Əlikram Əliyevin böyük sərvət sahibi olduğu gün təki üzə çıxacaq».
İdarə əməkdaşının sözlərinə görə, Ə.Əliyev idarəyə ayrılan dövlət vəsaiti şəffaf şəkildə xərclənir: «O, ayrılan vəsaitləri əsasən idarənin kağız üzərində
keçirdiyi tenderlərin qalibi olan MMC-lərin vasitəsilə təyinatından ustalıqla yayındırır. Burada maraqlı məqamlardan biri də, həmin MMC-lərin böyük əksəriyyətinin eyni ünvanda, özü də daha çox Zaqatala, Balakən, Şirvan rayonlarında qeydiyyatda olmasıdır. Bununla yanaşı, Əlikram Əliyev tenderlərdə qanunun digər bir tələbini də pozur. Qanuna görə, tenderlərdə ən azı həmin sahə üzrə 5 il fəaliyyətdə olan ixttisaslaşmış MMC-lər iştirak edə və qalib elan oluna bilərlər. Ancaq Əlikram Əliyev buna da əhəmiyyət vermir. Onun idarənin 1 ili belə tamamlamayan MMC-lə yüz min manatlarla satınalma əməliyyatları həyata keçirdiyi faktdır».
Bu və ya digər məsələlərdə bağlı idarə rəisinin mövqeyini öyrənmək mümkün olmayıb. Onu da dinləməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?