Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Əlikram Əliyevin «Xalq» qəzetindəki məqalə başqasının imiş
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Əlikram Əliyevin «Xalq» qəzetində (http://xalqqazeti.com/az/news/culture/28776 dərc olunmuş məqaləsinin plagiat olduğu üzə çıxıb. Bununla bağlı təsadüfən aparılan araşdırma zamanı aydın olub ki, həmin məqalə əslində bir il əvvəl müxtəlif sayt və qəzetlərdə dərc olunubmuş. Ə.Əliyev isə onu olduğu kimi götürərək, «Xalq» qəzetində öz adından verib. Belə ki, idarə müdirinin yazdığı məqalələr http://www.anl.az/down/meqale/palitra/2011/aprel/167830.htm və http://www.fhn.gov.az/newspaper/?type=view_news&news_id=2795 linklərində yer alıbmış. O da məlum olub ki, hər iki məqalə 2011-ci ildə yayımlanıb. Üstəlik, anl.az saytında yayımlanmış yazı «Palitra» qəzetində çap olunubmuş. Müəllifi isə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev olub. Yazıda istifadə olunmuş cümlələrin bəziləri isə fhn.gov.az saytının məhsuludur ki, orda da yerləşdirilmiş məqalə AzerTAC-ındır. Əlikram Əliyevin yazdığı məqaləyə gəldikdə isə orada aydın görünür ki, bu məqalə tamamilə köçürülüb. Sadəcə, nitq hissələri dəyişdirilib. P.S. Həqiqətənmi, bir idarə müdiri, xüsusən də paytaxtın mədəniyyət sahəsinə nəzarət edən birinin hər hansı bir məqalə yazması mümkünsüz işdir? Yoxsa, bu rahatlıq əlaməti və ya savadsızlığın göstəricisidir? Hər halda plagiatlıq ayıb bir işdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?