GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakı Mədəniyyət və Turizm İdarəsində büdcə vəsaitləri mənimsənilir

Bakı Mədəniyyət və Turizm İdarəsində büdcə vəsaitləri mənimsənilir

Tarix: 31-01-2014, 13:33 Bölmə :Ölkə Baxış: 2 036
Bakı Mədəniyyət və Turizm İdarəsində büdcə vəsaitləri mənimsənilir

Əlikram Əliyevin rəhbərlik etdiyi qurumda dözülməz vəziyyət hökm sürür

Mehmanxana və turizm təşkilatlarının rəhbərliyi ayda bir dəfə BŞMTİ-yə «hesabat» verirlər

Son zamanlar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ), həmçinin onun rəhbəri Əlikram Əliyevin adı nədənsə bir sıra xoşagəlməz məqamlarda hallandırılır. Belə ki, sözügedən qurumun rəisini plagiatlıqda ittiham edən məlumatlı şəxs iddia edir ki, Əlikram Əliyev təxminən, 2 il bundan əvvəl başqasının məqaləsini öz adına çıxıraq onu rəsmi qəzetlərdən birində çap etdirməyə müvəffəq olub.
Lakin bu məsələnin üstünün bir müddət sonra açıldığını deyən mənbə bildirir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisinin özününküləşdirməyə çalışdığı həmin məqalə «Mədəniyyətlərarası dialoq Azərbaycanın mədəniyyət siyasətində prioritet istiqamət təşkil edir» adı ilə çap olunub. Əlikram Əliyevin 2008-ci ilin iyun ayından Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində çalışdığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, həmin vaxtdan bu günə kimi adıçəkilən qurumda dözülməz vəziyyət hökm sürür: «Hər dəfə hansısa bayram və ya tədbirlər ərəfəsində idarə rəisi rəhbərlik etdiyi qurumun tabeçiyliyində olan bir sıra müəssisələrə zorla bilet satdırır. Həmin biletin pulu isə öncədən işçilərin əməkhaqlarından tutulur. Bundan başqa, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin işçilərindən az qala hər ay müxtəlif bəhanələrlə pul yığılır. Məhz elə bu səbəbdən də Əlikram Əliyevin rəhbərlik etdiyi qurumda tətbiq edilən bir sıra «qayda»lar artıq işçiləri təngə gətirib. Çünki cəmi 150-200 manat əməkhaqqı alan işçilərdən hər ay müxtəlif bəhanə ilə pul tələb olunur ki, bu da mədəniyyət işçilərinin canını boğazına yığıb. Əlikram Əliyevə gəlincə, o, ümumiyyətlə, işçilərlə hesablaşmır, onları saymır. Bu isə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşlarının haqlı narazılığına səbəb olur. İdarənin əməkdaşları məsələ ilə bağlı bir neçə dəfə Mədədiyyət və Turizm Nazirliyinə müraciət etsələr də, hələ ki, Əlikram Əliyev barəsində heç bir tədbir görülməyib».
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisinin dövlət vəsaitindən düzgün, səmərəli istifadə etmədiyini bildirən mənbə iddia edir ki, hələ bir neçə il öncə istifadəyə verilən qurumun rəsmi veb saytı kitabxana direktorlarından toplanılmış vəsaitlər hesabına formalaşdırılıb: «Hələ bu, harasıdır. Hansısa bir rəsmi tədbir keçirilərkən Əlikram Əliyev sərf olunan məbləğin az qala 5-10 misli qədərini büdcədən silinməsinə nail olur. O, bu işləri Dövlət Qulluğundan imtahan verməmiş təsadüfi adamlar vasitəsilə həyata keçirir. Onlardan bəziləri imtahandan kəsiliblər. Lakin idarə rəisi qanunazidd addım ataraq onları Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə işə qəbul edib». Mədəniyyət evləri və kitabxanalarda fəaliyyət göstərən kurs, eləcə də dərnəklərdən toplanan vəsaitlərin də mənimsənildiyini deyən məlumatlı şəxsin sözlərinə görə, rayonlar üzrə mədəniyyət müəssisələrə dövlət tərəfindən ayrılan pullar da həzrabedən keçirilir: «Bununla yanaşı, hazırda paytaxt Bakıda fəaliyyət göstərən mehmanxanaların, həmçinin turizm təşkilatlarının əksəriyyəti Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tənqid hədəfinə çevrilməmək üçün Əlikram Əliyevlə «yola getmək» məcburiyyətindədirlər. Odur ki, «Sherlok’s Beach Camping», «Sərin», «Rigs Home», «Respublika lüks», «Respublika», «Red Roof», «Radışon Sas Plaza», «Park İNN», «Old City İNN», «Oazis», «Nur», «Novıy Dom», «Neapol», «Musado», «Monteneqro İN», «Metropol», «Meridian», «Lodc», «Xəzər Qolden Biç», « Karat İNN», «İrşad», «Park Həyat Baku», «Horizon», «Hillsayd», «Botik Palas Baku», «Austin» və «Af hotel» mehmanxanasının, o cümlədən «Krea», «Shabran D», «Royal Travels», «Miraj Travel», «Karvan D», «Travel İN Club LTD», «Konsul», «Private Person», «Muhajır», «Sevgun», «Oasıs Travel LTD», «Tour», «Magic Travel», «Vahid-S», «Skylife LTD», «Orkhan-MX», «Universal Travel», «Millennium Company LTD», «Jet Travel LTD», «Khazar Tour Travel», «Ulduz Tour», «Kanan-1» və «Advent Tur» turizm təşkilatının rəhbərliyi demək olar ki, ayda bir dəfə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə «hesabat» verirlər. Elə buna görə də onların fəaliyyətinə heç bir maneçilik törədən, müdaxilə edən olmur...»
Ötən gün mövzu ilə bağlı ətraflı məlumat almaq, məsələyə aydınlıq gətirmək məqsədilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 492-60-47 nömrəli telefonuna zəng etsək də, dəstəyi qaldıran olmadı. Odur ki, idarə rəhbərliyi istənilən vaxt qarşı tərəf olaraq mövqeyini bildirə bilər.
«Gündəlik Bakı»
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Mədəniyyət və Turizm İdarəsində maaş böhranı

    Bakı Mədəniyyət və Turizm İdarəsində maaş böhranı ...

    25-11-2013, 17:40

  • 
  • Mədəniyyət və Turizm İdarəsində yeni təyinat

    Mədəniyyət və Turizm İdarəsində yeni təyinat ...

    27-01-2016, 13:35

  • 
  • Plagiat idarə rəisi

    Plagiat idarə rəisi ...

    16-01-2013, 10:14

  • 
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04

  • 
  • Nazirliyin idarəsində şübhəli maliyyə fırıldaqları

    Nazirliyin idarəsində şübhəli maliyyə fırıldaqları ...

    19-02-2015, 23:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu