Ötən saylarımızın birində Pentensiar xidmətdə ciddi narazılıqlar baş qaldırması haqda yazmışdıq. Bu haqda bizi məlumatlandıran mənbənin sözlərinə görə xidmət rəhbəri Mədət Quliyevin gördüyü işlər böyük etiraz dalğasına səbəb olub. Mənbənin sözlərinə görə, Mədət Quliyev tərəfindən Penitensiar xidmət (PX) sahəsində aparılan «islahat» işləri penitensiar əməkdaşları tərəfindən qəbul olunmazdır. Buna əsas səbəb heç bir qanunvericiliyin, həmcinin nizam-intizam, etik-davranış və idarə etmə prinsiplərinə uyğun olmayan, qanunsıız. əsassız və yanlış fikirlər əsasında idarə etmə qaydaları, əməkdaşların qanunsuz olaraq ədliyyə orqanlarından işdən çıxarılması, əsassız töhmətlər, qeyri-obyektiv xidməti yoxlamalar, savadsız, lakin pullu əməkdaşlarm vəzifəyə təyin olunması, PX rəisinin sözü və əməllərinin uyğunsuzluğu (korrupsiyaya qarşı mübarizə, pulsuz vəzifəyə təyinat, çinayətkar aləmlə qanunsuz əlaqələr) və s. kimi faktlardır. Bizi məlumatlandıran mənbə onu da bildirdi ki, penitensiar xidmətin əməkdaşları arasmdakı münasibət və müəssisələrdə ümumi mühüt kritik vəziyyətdədir. PX rəhbərinə əsl mənada hörmət və inammı itirən əksər əməkdaşlar iş fəaliyyəti barədə deyil, həyacan və qorxu içində özlərini şər- böhtandan qorumaq fikiri ilə yaşayırlar. PX rəisinin göstərişi əsasında bütün xidməti yoxlamalar sifarişə uyğun həyata keçirilir. Əksər hallarda əməkdaşlar barədə sənədləşmə arxa tarixlə aparılır. Əməkdaşa və məhkuma böhtan ataraq çirkli yolla istədiyinə nail olmaq Mədət Quliyevin əsas iş prinsipidir. Fevral 2011-ci il tarixdən Penitensiar xidmət sahəsində aparılan «kadr siyasəti» respublikada insanlar tərəfindən dözülməz fakt kimi qiymətləndirilir. Məhkumlar və əməkdaşlar arasmda son 2 ildə yaranan gərginlik Penitensiar sistemində heç bir zaman olmayıb. PX rəisi və onun sevimli əməkdaşları tərəfindən məhkumlara və əməkdaşlara qarşı yönəlmiş ədalətsizlik və korrupsiya halları açıq şəkildə həyata keçirilir. Mədət Quliyev komandası ilə birgə PX sahəsində «islahat» işlərini əsil mənada bazara çevirib, nəticədə həddindən artıq yaxşı pul yığmağa nail olub və uğurla bu yolu davam etdirir. Redaksiyamıza daxil olan yeni məlumatlarada mənbəmiz M.Quliyevin gəlir mənbəyindən bəhs edir. Pentensiar xidmət rəhbərinin əlavə gəlir mənbələri aşağıdakılardan ibarətdir: Baş idarədə və müəssisələrdə mühafizə və video müşahidə avadanlıqlarının quraşdırılması, təmir işləri, hər il təzə avtonəqliyyat vasitələrinin alınması, məhkumlar üçün nəzərdə tutulmuş ərzaq məhsullarının satışının təşkili və.s.Bundan başqa əldə etdiyimiz informasiyada bildirilir ki, M.Quliyev komandası ilə birlikdə cinayətkar aləmin oğru və nüfuzlu şəxsləri ilə yaxın münasibət saxlayır. Kriminal aləmin bir sıra üzvləri ilə yaxın münasibətlərdə olan xidmət rəisi onların vaxtından əvvəl azadlığa çıxmasına da şərait yaradır. Təbii ki, havayı yox və buna görə yaxşı qonarar da əldə olunur. Bununla bağlı redaksiyamıza ötürülən bəzi faktları olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq: “2012-ci ilin 4-ci rübündə 15 saylı Cəzaçəkmə Müəssisəsindən məhkum İbrahimov Nəriman Elman oğlunun buraxılması üçün razılığa görə 25.000 AZN, Xudiyev Ülvü Məmməd oğlundan 5.000 AZN alınıb (bu pulların İ.Tağızadəyə verildiyi bildirilir-red). Məlumatda həmçinin bildirilir ki, hazırda 8 saylı CM-də cəza çəkən kriminal aləmdə kifayət qədər böyük nüfuza malik olan məhkum Nadir Səlifov (oğru Qulı) hər ay 20.000 AZN aylıq verir. Baş idarədə PX-nin rəis müavinləri, əksər idarə (Kadr İdarəsi - Zaur Əliyev, Əməliyyat-rejim idarəsinin rəis vəzifəsini icra edən İmran Tağızadə, istisna olmaqla), şöbə və bölmə rəisləri formal şəkildə fəaliyyət göstərirlər. Faktiki olaraq, qeyd olunan əməkdaşların isə Penitensiar müəssisələrdə və Baş idarədə baş verən və davam edən qanunsuz əməllərin qarşısını almaq səlahiyyətləri yoxdur. Cəzaçəkmə müəssisələrindəki bütün proseslər bilavasitə əməliyyat-rejim idarəsinin rəis vəzifəsini icra edən İmran Tağızadə tərəfindən idarə olunur.” PX rəisinin əmrinə əsasən Baş idarə əməkdaşlarının müəssisəyə baş çəkmələri məhdudlaşdırılıb. Eyni zamanda, saat 18.00 radələrindən sonra Baş idarə əməkdaşlarının müəssisəyə baş çəkməsinə qadağa qoyulub. Cəzaçəkmə müəssisələrində (Həbsxana, istintaq təcridxanaları, bağlı və açıq tipli cəzaçəkmə müəssisələrində ) özbaşınalıq hökm sürür. CM-də məhkumlar tərəfindən müəssisə rəislərinə qarşı ciddi narazılıqlar var. Belə ki, 500 - dən çox gənc əməkdaşlar (kiçik və orta rəis heyəti) ədliyyə orqanlarında tutduğu vəzifədən azad olunub, qeyri peşəkar əməkdaşlar vəzifəyə təyin olunur, Baş idarədə və cəzaçəkmə (CM və MTCM) müəssisələrində əksər əməkdaşlar formal şəkildə vəzifə tutur. Mövzunu diqqətdə saxlayacağıq. Çingiz
Sorğu
Yeni dizaynımız necədir?