GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan qazandığı milyonlar

İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan qazandığı milyonlar

Tarix: 21-02-2015, 11:27 Bölmə :Manşet Baxış: 0
İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan qazandığı milyonlar

Gədəbəy və gədəbəyliləri «boğan» Ramiz Yediyarovun şəhər icra nümayəndəsi ilə gizlinlərinə dair, daha bir şok iddia yayıldı

Gədəbəy rayon icra hakimiyyəti başçısı Ramiz Yediyarovun özbaşınalıqları haqda «Gündəm Xəbər»in ötən saylarında məqalələr dərc etmişdik. Bu məqalələrdən sonra, redaksiyamıza silsilə şikayətlər daxil olur.

Rayon sakinlərinin verdiyi budəfəki xəbərə görə, Gədəbəydən şikayətlərin sayı çoxaldıqca, icra başçısı Ramiz Yediyarov da qanunsuz əməllərini həndəsi silsilə ilə artırır:

«O, öz qanunsuz əməllərinə davam elətdirir. Hələ də bu məmura “dur” deyən tapılmır. Təyin edildiyi 3 il müddətində Gədəbəyi xarabaya çevirən bu məmur, indi də qədim tariximizə aid olan irsimizi dağıdıb, talan etməklə məşğuldur. Belə ki, qədim dövrlərə aid Gədəbəy rayon Mədəniyyət Şöbəsinin qarşısında qoyulan “Qoc” heykəlləri müəmmalı şəkildə, bu məmurun sifarışı ilə oradan götürülüb. Həmin abidələrin talyeini isə, rayonda 3-5 məmurdan savayı bir kimsə bilmir. Bu məsələlərə aydınlıq gətirmək əvəzinə o, özbaşına, özü də prezidentin səlahiyyətlərinə aid olan məsələlərə qarışır, qeyri-qanuni olaraq Gədəbəyin 3500 ilini qeyd etdirir. Təbii bu yaxşı işdir. Ancaq Ramiz Yediyarov belə xəbərsiz yubileyləri keçirtməklə, ondan da hansısa gəlir mənbəyi əldə etməyə çalışır. Yubiley keçirilən ərəfədə elə bir idarə və müəssisə yox idi ki, o, həmin idarələrdən ən azından 500 manat rüşvət almamış olsun. Və Gədəbəyi rüşvət mənbəyinə çevirən icra başçısı söküntü işlərini başa vurduqdan sonra, ordan heç bir gəlir götürə bilmədiyini fikirləşib, dərhal maxinasiyalarını dəyişdirdi. Əslində yaxşı olardı ki, başçı təyin edildikdən sonra Gədəbəyin təhsilinin, mədəniyyətinin, səhiyyəsinin inkişaf etməsi üçün, hansısa addımları atardı. Ramiz Yediyarov dövlətin əsas stunlarından sayılan sahələri iflic vəziyyətinə gətirərək, rüşvət mənbəyinə çevirib. Gədəbəy əhalisnin təhsilini, mədəniyyətini və səhiyyəsini demək olar ki, tamimilə məhv etdirib. Əgər belə olmasaydı o, 124 min manat rüşvətin müqabilində, təhsili xarabaya qoyan bir şəxsi yenidən mədəniyyətin başına gətirməzdi».

Şikayətçilər bildirirlər ki, Ramiz Yediyarovun və tabeçiliyində olan işçilərin qanunsuz torpaq satmaları, yeyinti və korrupsiya faktları pik nöqtəyə çatıb:

«Baş verənləri normal məntiqlə izah etmək çox çətindir. Bircə onu bilirik ki, Ramiz Yediyarovun atdığı addımlar, onun gədəbəylilərə olan qərəzindən baş verir.

Qeyd edək ki, Gədəbəy Şəhər İcra nümayəndəliyinin tabeçiliyində 4 məktəb, 2 uşaq bağçası, 1 kənd klubu və digər sahələrə ayrılmış təsərrüfat xərcləri, Ramiz Yediyarovun gözləri qarşısında, şəhər icra nümayndəsi vəzifəsini daşıyan Şahbaz Bayramov tərəfindən mənimsənilir. Pulların təyinatı üzrə xərclənməsinə aid olan sənədlərdəki imzalara nəzər salsaq, ekspertsiz - filansız hər kəsə aydın olar ki, bütün imzalar aidiyyatı vətəndaşlara yox, Şahbaz Bayramova və onun yaxınlarına aiddir. Belə ki, rayonda fəaliyyət göstərən 2 uşaq bağçasına hər ay 2600 manat pul ayrılır. Bağça rəhbərlərinə cəmi 600 manat pul verilir. Pulun mənimsənilən hissəsindən bağça rəhbərlərinin xəbəri olmur. Ona görə yoxdur ki, bu əməliyyatlar gizli aparılır. Hər il şəhər icra nümayəndəliyi tərəfindən uçaq bağçalarına 7-8 min manat yanacaq pulu ayrılır. Bu pulun müqabilində isə, cəmi hər bağçaya 8-10 kb odun verilir. Verilən 10 kb odunun bugünkü bazar qiyməti təqribən 200-300 manatdır. Beləliklə, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov, rayonda olan 43 inzibati ərazi vahidliyindən təkcə biri ilə, yəni şəhər icra nümayəndəsi ilə əlaqəyə girərək, mənimsədiyi pulların həcmi milyonları ötür. Hələ bu azmış kimi, Ramiz Yedoyarov Gədəbəy məktəblərini də böyük rüşvət mənbəyinə şevirməkdə davam edir. Belə ki, hər məktəb direktorundan ən azından ay ərzində 500-600 manat rüşvət alır.

Onu da bildirək ki, İlham Əliyev adına şəhər orta məktəbində baş verən qanunsuzluqlara və etirazlara baxmayaraq, məktəbin direktoru Sevda Musayeva Ramiz Yediyarov tərəfindən dəstəklənməkdədir. 2015-ci il “Kənd Təsərrüfatı İli” olduğunu nəzərə alsaq, soruşmaq istəyirik ki, “hörmətli” Ramiz Yediyarov axı siz əkinə yararlı olan sahələri sahibkarların əllərindən zorla alıb, fərdi adamlara ev tikmək üçün satmısınız. Deyə bilərsinizmi ki, gələcəkdə fermerlər hansı torpaqlardan istifadə edəcəklər? Yəqin ki, deyə bilməyəcəksiniz. Prezidentin son müşavirədəki çıxışında işlətdiyi “yarıtmaz məmurlar” sözü deyəsən birbaşa sizə ünvanlanır. Nəticə çıxartmağa çalışın. Bir fikirləşin ki, 3 ildir siz Gədəbəyə nə kimi divanlar tutmusunuz?. Yəqin ki, etdiklərinizin cəzasını alacaqsınız. Hələ ki, hökmranlıq edirsiniz. Əgər belə olmasaydı, siz və sizin qoçu dəstələriniz vətəndaşlara qarşı haqsızlıqları durmadan artırmazdı. Əgər belə olmasaydı, büdcəni talamaq siyasəti ədədi silsilə xətti üzrə yüksəlməzdi. Ramiz Yediyarovun əməlləri haqqında açıqlamalarımız hələ bundan sonra da davam edəcəkdir. Bizi maraqlandıran odur ki, Ramiz Yediyarova bu məmləkətdə «dur» deyən tapılacaqdırmı?

Əgər Ramiz Yediyarova “dur” deyilməsə, o halda Gədəbəy daha da acınacaqlı durumda qalacaq».

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • Ramiz Yediyarovun heykəl dəyişmə “maxinasiyası”

    Ramiz Yediyarovun heykəl dəyişmə “maxinasiyası” ...

    2-12-2014, 23:49

  • 
  • Prezident Gədəbəyin icra başçısını vəzifəsindən azad etdi

    Prezident Gədəbəyin icra başçısını vəzifəsindən ...

    1-06-2018, 15:40

  • 
  • Gədəbəyin keçmiş başçısının ölkədən çıxışına qadağa qoyulub?

    Gədəbəyin keçmiş başçısının ölkədən çıxışına ...

    13-09-2018, 12:33

  • 
  • Ramiz Yediyarovun  qaz idarəsində Məzahir Hüseynovla pul maxinasiyaları

    Ramiz Yediyarovun qaz idarəsində Məzahir ...

    23-06-2015, 10:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu