GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Binəqədinin icra başçısından şok faktlar

Binəqədinin icra başçısından şok faktlar

Tarix: 12-03-2015, 09:52 Bölmə :Manşet Baxış: 0
Binəqədinin icra başçısından şok faktlar

Xaləddin İsgəndərovun qeyri-rəsmi dəstəsi rayon camaatına qarşı amansız davranır; Rayonda rüşvət və korrpupsiya “fontan” vurur

Binəqədinin icra başçısı Xaləddin İsgəndərov rayonun tikinti və digər sahələr üzrə məsul olan məmurlarını səlahiyyətlərindən rəsmən təcrid edib.

Bu sözləri «Gündəm Xəbər”ə rayon məmurlarından biri deyib. Onun sözlərinə görə, icra başçısı hətta təsərrüfat şöbəsinin (memar) müdiri başda olmaqla, İcra Hakimiyyətinin bütün məsul vəzifə sahiblərinə hələ təyinatının ilk həftəsində xəbərdarlıq edib: «İcra başçısı toplantı keçirərək, tabeliyindəki hər kəsə «Hamı rəsmi öz işi ilə məşğul olsun. Və onu da bilin ki, əvvəlki kimi heç kim tikinti işlərinə müdaxilə edə bilməyəcək. Bu haqda 1-ci müavinim və təsərrüfat şöbəsinin müdirinə lazımı tapşırıq verilib. Əgər kiminsə tikinti işlərinə müdaxilə etməsi, kiminləsə sövdələşməsi xəbəri ortaya çıxarsa, o, vəzifəsini itirəcək. Və ən maraqlı proseslərdə bundan sonra başlayıb. Hər şeyi bir neçə ay əvvəl vəzifəsindən müəmmalı şəkildə qovulan 1-ci müavin Qəzənfər Novruzova həvalə edən icra başçısı sonradan yanıldığını fərq etdi. Hakimiyyətdə müəyyən nüfuz sahibi olanlara bağlı olan Qəzənfər Novruzov isə Xaləddin İsgəndərov və rayonda tikinti işlərini kurasiya edən dəstənin təzyiqlərindən çəkinərək, şifahi və rəsmi xəbərdarlıq etmədən vəzifəsini icrasından yayınaraq bir müddət yoxa çıxdı».

Bizi məlumatlandıran mənbə deyir ki, icra başçısı təxminən 15 gün 1-cü müavinin axtarışı ilə məşğul olmaqla yanaşı, ona həvalə etdiyi işləri təftiş etdirib. Bu zaman özünü sığortalamaq üçün icra başçısı Qəzənfər Novruzovun rayonda aparılan təmir və abadlıq işlərindən 2 (iki milyon) manatdan çox vəsaiti mənimsəməsi iddiasını irəli sürdü. Hətta o, bir ara Qəzənfər Novruzovu tutdurmağa da cəhd etdi. Ancaq bunu bacarmadı».

Müsahibimizin sözlərinə görə, Qəzənfər Novruzovdan sonra təmir-tikinti, abadlıq işlərinə nəzarəti gücləndirən icra başçısı icranın vəzifəli şəxslərini, Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəhbərliyini, bələdiyyə və ərazi icra nümayəndələrinə qədər hamını prosesdən təcrid edib: «Xaləddin İsgəndərov rəsmi qurumlar və onların rəhbərlərini rayonda zonalar üzrə qeyri-rəsmi hegemon statusu yiyələnmiş dəstəyə tabe olmağa məcbur elədi. Təsəvvür edin ki, bununla da rayonda qəsəbə və küçələrdən ibarət zonalar üzrə qeyri-rəsmi statuslu həmin adamların razılığı olmadan rayonun rəsmi şəxsləri daşı-daş üstə qoymaq və qoydurmaq səlahiyyətindən məhrum ediliblər. Baxın, bunu dəqiqləşdirmək çox sadədir. Siz Binəqədidə əgər ev tikmək istəyirsinizsə, bunu dəqiqləşdirməniz çox asan olacaq. Belə ki, rəsmi vəzifə sahiblərinə tikinti üçün müraciət edildikdə, onlar sizi birbaşa həmin qeyri-rəsmi adamlara yönəldilməyə başlayacaq. İş o yerə çatıb ki, rəsmi şəxslər ancaq ancaq söküntü işlərinə indeksləşdirilib. Yəni hər hansı bir söküntü ilə bağlı qərar verilərsə, rəsmilər orada peyda olur. Özü də qeyri-rəsmi dəstə başçısının tapşırığı ilə».

Tikinti işlərinə gəldikdə isə Rayon İcra Hakimiyyəti, qəsəbə icra nümayəndəliyi və bələdiyyə sədrləri vətəndaşı birbaşa rayonda qeyri-rəsmi fəaliyyət göstərən və cəmiyyət üçün hələ də kimlikləri qapalı saxlanılan şəxslərin üzərinə yönəldirlər: «Həmin qeyri-rəsmi şəxslər isə «salfetka»lara istədiyi «qiymət» yazaraq, iş aparanlara təqdim edirlər. Rüşvəti verməyən isə daşı daş üstə qoya bilməz. Hətta torpaq sahəsinin şəhadətnaməsi, tikintinin layihəsi olsa belə, həmin qeyri-rəsmi şəxslərin razılığı olmadan tikinti aparıla bilməz. Elə bir müddət əvvəl Binəqədidə bir generalın başına açılan oyun da bunu təsdiqləyir».

Müsahibimiz deyir ki, yaşanan xoşagəlməz hadisələrlə bağlı Xaləddin İsgəndərovun özü də açıq şəkildə çarəsiz olduğunu gizlətmir: «Görünür, qeyri-rəsmi statusda olan həmin şəxslərin topladığı «xərac»dan icra başçısına aylıq hesab verilir. Və bu səbəbdən də o, tikinti proseslərinə müdaxilə etmək

səlahiyyətindən məhrum edilib. Sanki icra başçısı daxil, məmurlar həmin dəstənin girovudurlar. Təsəvvür edin ki, indi Binəqədi rayonunda ərazidən asılı olaraq birmərtəbəli evlər üçün 5-10, ikimərtəbəli evlər üçün isə 10-20 min manat arası rüşvət tələb olunur. Bu «süzgəc»dən keçə bilməyən isə tikinti apara bilməz».

Sonda mənbə onu da deyib ki, Xaləddin İsgəndərovun tabeliyində olan məmurların digər işi isə rayonun hər hansı bir ərazisində tikinti işlərinin aparılmasından dərhal xəbər tutmaq üçün «Agentura şəbəkəsi» formalaşdırmaqdan ibarətdir: «Məmurlar bu şəbəkə vasitəsilə rayonun hər bir qarışındakı tikinti prosesini yaxından izləyir və «haqqı verilməyən» tikinti haqda dərhal məlumatlandırılır. Həmin məlumat qeyri-rəsmi dəstəyə çatdırılır. Və verilən qərara əsasən, gün ərzində qəti tədbirlər həyata keçirilir».

Müsahibimiz deyir ki, məhəllələr üzrə bir-birindən xəbərsiz bir neçə «agent» saxlayan Xaləddin İsgəndərov və ona bağlı olan qeyri-rəsmi dəstə hər bir qanunsuz tikinti zənginə pul verirlər: «Həmin şəbəkəyə daxil olanlar qanunsuz tikinti haqda məmurları məlumatlandırdığı halda, 20 manat pul alır. Yəni hər bir «vızıv»ın qiyməti 20 manatdır. Bəli, Xaləddin İsgəndərov rayon camaatını belə çirkin vasitəyə də alət edib. Ona görə də məmurlar qorxularından kimlərəsə himayədarlıq edib, özbaşına tikinti apara bilmirlər».

Müsahibimiz onu da deyir ki, X.İsgəndərov rayonda idmançı dəstələr də saxlayır: “Onun idmançı dəstələri rayonda aparılan qanuni və qanunsuz tiklilər zamanı “hesab yığan” adamlarının cangüdənləri kimi çıxış edirlər. Eyni zamanda, həmin idmançılar bəzən tikinti aparan şəxsləri döyməyə məsul edilirlər: “Onların döydükləri elə ailələr olub ki, qorxularından səslərini çıxara bilmirlər. Çünki bu adamlar döyməklə yetinmirlər, eyni zamanda, döydüklərini polisə verərək, guya qanunsuz tikili aparmaqla cinayətə yol verdikləri ilə qorxudurlar. Savadsız insanlar da döyülmə ilə aldıqları xəsarətlərə rəğmən, faktla bağlı şikayət etməkdən çəkinirlər. Bu isə həmin qoçuların daha da qudurğan hərəkətlər etməsinə rəvac verir...”.

Binəqədidə baş verən şok olaylarla bağlı növbəti saylarımızda araşdırmalarımız olacaq...

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Binəqədinin icra başçısı kimin «girovu»du? – rayondakı qeyri-rəsmi dəstə haqda şok iddia

    Binəqədinin icra başçısı kimin «girovu»du? – ...

    15-09-2014, 14:13

  • 
  • Binəqədinin icra başçısı Xaləddin İsgəndərov rayon prokuroru ilə qarşı-qarşıya gəldi

    Binəqədinin icra başçısı Xaləddin İsgəndərov ...

    18-12-2017, 15:33

  • 
  • Binəqədinin icra başçısı 1-ci müavinini işdən çıxardı

    Binəqədinin icra başçısı 1-ci müavinini işdən ...

    2-12-2013, 12:54

  • 
  • Binəqədinin icra başçısı işdən çıxarıldı - XALƏDDİN İSGƏNDƏROV KOLLEKTİVLƏ VİDALAŞDI

    Binəqədinin icra başçısı işdən çıxarıldı - ...

    17-05-2018, 16:33

  • 
  • Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun adamlarından təmizlənir - 2 məmur qovuldu

    Binəqədi icra hakimiyyəti Xaləddin İsgəndərovun ...

    3-08-2018, 14:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu