Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və ataları İsif Azayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Proses fevralın 13-də davam edəcək.
Qeyd edək ki, Fərid Azayev bir qrup şəxslə 2014-cü il dekabrın 22-də Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunub.
Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin (CM) 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Azayev qardaşlarının atası İsif Azayev də həbs edilib. O və oğulları CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, Fərid Azayev müğənni rəqsanənin keçmiş sevgilsidir./ölkə.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?