Bakıda 30 yaşlı qadını zorlamaqda, qanunsuz həbs etməkdə, seksual xarakterli hərəkətə məcbur eləməkdə təqsirli bilinən Tacəddin Zeynalov və Camal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Tacəddin Zeynalov 8 il, Camal Tağıyev isə 6 il müddətində azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb. 30 yaşlı Sahibə Məmmədova (ad və soyad şərti verilib) Nəsimi rayon Polis İdarəsinə təcavüzə məruz qalması ilə bağlı müraciət edib.
Bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyevlə tanış olub. Bir neçə gün sonra isə Camal Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində 61 nömrəli avtobusun sürücüsü, 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov ona qarşı qeyri-etik hərəkətlər edib.
Bu zaman Sahibə Məmmədova ona etirazını bildirib. Bundan sonra sürücülər Sahibəni zorlayıblar.
Tacəddin Zeynalov Cinayət Məcəlləsinin 145.2.4-cü (qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 149.2.4-cü (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə, 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 29.150.1-ci (seksual xarakterli hərəkət etməyə cəhd) maddələri ilə, Camal Tağıyev isə yalnız 149.2.4-cü maddəsi ilə ittiham edilib./lent.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?