GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Azərsu”da 550 milyonluq fırıldaq və ya kompromat savaşı....

“Azərsu”da 550 milyonluq fırıldaq və ya kompromat savaşı....

Tarix: 16-03-2015, 01:19 Bölmə :Manşet Baxış: 0
“Azərsu”da 550 milyonluq fırıldaq və ya kompromat savaşı....

Qorxmaz Hüseynovun rəqibləri ayaqda; ASC sədri beynəlxalq qalmaqala sürüklənir, rəqib qruplar təftişləri gücləndiriblər

«Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynovla bağlı ciddi araşdırmaya start verilib. Maraqlı burasıdır ki, bu araşdırma rəsmi deyil. Prosesi yönəldən Qorxmaz Hüseynovun və onun mənsub olduğu qrupun hakimiyyətdaxili rəqibləridir. Onlar gizli araşdırma və təftişlə ASC sədrini fakt qarşısında qoymaqla, «Azərsu»ya qeyri-rəsmi nəzarəti ələ keçirmək istəyirlər. Buradakı əsas məqsəd qurumdakı milyonlara şərik çıxmaq və yaxud da onu «devrilməsi» istisna deyil.

Bu sözləri «Gündəm Xəbər»ə «Azərsu» ASC-nin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib. Onun sözlərinə görə, Qorxmaz Hüseynov ASC sədri təyin olunduğu gündən quruma kənar təsirləri minimuma endirməklə bərabər, il ərzində yarımmilyard manata yaxın vəsaitin öz ətrafından kənara çıxmasının qarşısını sərt qərarlarla alıb:

ASC sədrinin fəaliyyəti nədən gizli təftiş olunur?

«Əvvəllər «Azərsu»da hakimiyyətdaxili qruplara bağlı olan bir çox vəzifə sahibləri işləyirdi. Bu isə şirkətdə dövr edən vəsaitlərdən hər bir qrupun pay almasını təmin edirdi. Qorxmaz Hüseynov sədr təyin olunduqdan sonra müxtəlif qruplara bağlı olan vəzifəli şəxslərin əksəriyyətini işdən çıxardı, bəzilərini isə aşağı vəzifələrə keçirməklə, milyonlar üzərindəki nəzarətlərini itirmələrinə səbəb oldu. Bu isə bir çox qruplaşmaların narazılığını şiddətləndirdi. Onlar və Qorxmaz Hüseynovun bağlı olduğu qrupa əks mövqedə olan qruplaşmalar bu səbəbdən birləşdilər. Qrup maraqları isə Qorxmaz Hüseynovun fəaliyyətinin gizli təftiş edilməsinə və onun milyonları təyinatı üzrə xərcləyib-xərcləmədiyi yönündə kompromat axtarışına rəvac verdi».

Müsahibimiz deyir ki, son aylar «Azərsu» ASC-nin tender layihələrinin və işlədiyi şirkətlərlə bağlı mətbu orqanlarında silsilə xarakteri olan kompromat tipli yazıların çoxalması da təsadüfi deyil: «Bu tip xəbər və yazılarda yer alan faktlara diqqət etdikdə, açıq görünür ki, bunlar daxildən sızma məlumatlardır. Hiss olunur ki, Qorxmaz Hüseynovun əleyhinə işləyən qruplar daxildə kimlərisə öz tərəflərinə çəkərək, sirli məqamları daha təfərrüatlı öyrənə bilirlər».

“Qorxmaz Hüseynovu siyasi hakimiyyətlə üz-üzə qoymaq istəyirlər”

Qorxmaz Hüseynovun barəsində yayılan kompromat tipli xəbərlərdə həqiqət yükünün çox olduğunu da etiraf edən müsahibimiz deyir ki, dövlət şirkətinin keçirdiyi tenderlərdə xoşagəlməz halların və ayrılan vəsaitlərdə yeyintilərin olması istisna deyil:

«Bu yeyintilərin əsasən su və kanalzasiya xətlərinin çəkilişləri ilə bağlı olduğunu da demək mümkündür. Diqqət edirsinizsə, bu sahələr üzrə əsas gündəmə gətirilən faktlar beynəlxalq donor təşkilatlarından ayrılan vəsaitlərlə bağlı olur. Bu isə Qorxmaz Hüseynovu beynəlxalq qalmaqala cəlb etmək və bununla da siyasi hakimiyyətin daha radikal addım atmasını təmin etmək məqsədi güdülür. Etiraf edilməlidir ki, «Azərsu» sədri də rəqiblərinin bu kampaniyasına bilərəkdən və ya bilməyərəkdən impuls verir. Yəni o, bir sıra beynəlxalq donor təşkilatlarından, o cümlədən Asiya İnkişaf Bankından ayrılmış vəsaitləri əsasən özünə və qardaşlarına yaxın şirkətlərin sərəncamına verməklə, buna rəqiblərinin əsaslı hücumlarına zəmin yaradır. Elə Asiya İnkişaf Bankının ayırdığı milyonların hara və necə xərclənməsi ilə bağlı kompromat tipli xəbərlərin intensivləşməsi də dediklərimə aydınlıq gətirə bilər».

Milyonluq layihələrdə qaranlıq məqamlar....

Mənbə bir neçə il əvvəl Asiya İnkişaf Bankı ilə bağlanan müqaviləyə əsasən, ayrılan 300 milyon manatın bir hissəsinin mənimsənilməsi ilə bağlı kompromatların daha ciddi araşdırılma tələb etdiyini deyir:

«Həmin vəsait ümumilikdə 300 milyon dolardır. “Su təchizatı və kanalizasiya investisiya layihəsi - 2” çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən güzəştli şərtlərlə ayrılan bu 300 milyon dolların rəsmi sənədlərlə 130 milyon dolları Naxçıvan şəhərində, 170 milyon dolları isə Göyçay, Ağdaş və Beyləqan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına xərclənməlidir. Bu iş və vəsaitlər həqiqətən də Qorxmaz Hüseynova yaxın şirkətlər arasında bölünüb. Yəni ASC sədrinə yaxın şirkətlər tenderlərdə qalib elan olunaraq, işlər onların sərəncamına verilib. Maraqlı burasıdır ki, bu layihədə Qorxmaz Hüseynovu daha çox Azərbaycan və Almaniya birgə müəssisəsi “ T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG ” şirkətinin «fəaliyyəti» ilə «vururlar». Çünki bu MMC-nin Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 3400 smart-kart tipli sayğacın quraşdırılması prosesində ayrılmış 50 milyon manata yaxın vəsaitə rəğmən, keyfiyyətsiz işlər görməsi iddia olunur. Məsələn, həmin şirkət su və kanalzasiya xətlərinin çəkilişi zamanı istifadə olunan materialların keyfiyyətsizliyi, qum-çınqılın əvəzinə eroziya uğramış torpaqlardan istifadə edilməsi, beton tələb olunan sahələrdə bundan istifadə edilməməsi və sair faktlar daha çox qabardılaraq, burada iri məbləğdə yeyintiyə diqqət çəkilir. Üstəlik, həmin MMC-nin sahibi Xəyal Aslanzadənin Qorxmaz Hüseynov və onun qardaşına bağlı olduğu xəbərlərin bir çox dövrü mətbuatda tez-tez hallanması və orada qeyd edilən faktlar da bu «xəmirin hələ çox su» aparacağını göstərir».

Qardaş və bacıoğlu ASC sədrini fakt qarşısında qoyub?

Mənbənin sözlərinə görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova yaxın şirkətlərin milyonlarla «davranışları» ilə bağlı toplanan kompromatlar da, onun qardaşı və bacısı oğlunun da adı çox hallandırılır: «Deyə bilərəm ki, artıq sadalanan faktlarla yanaşı, Qorxmaz Hüseynovun bacısı oğlunun Hacıqabulda su və kanalizasiya sisteminin tikintisinə ayrılmış 250 milyon manatın bir hissəsini hansı «variantlar»dan istfadə edərək mənimsəməsi və qardaşı Məhəmməd Hüseynovun sahibi olduğu “Sənaye Tikinti-M” MMC vasitəsiylə hansı maliyyə fırıldaqlarına yol verməsi xəbərləri də ASC sədrinə çox ciddi problemlər yaradıb. Düşünürəm ki, bu tip maliyyə fırıldaqları yaxın gələcəkdə Qorxmaz Hüseynova daha çox zərbələr gətirəcək. Yəni onun bu vəziyyətdən çətin çıxacağını düşünənlər də az deyil…».

Qorxmaz Hüseynovun siyasi hakimiyyətdə güc sahibi olan qrupa qarşı “ağıllı manevri”...

Müsahibimiz Qorxmaz Hüseynovun haqqında çox ciddi siyasi skandallar yaradacaq bir neçə məqamı da bölüşüb. Onun sözlərinə görə, Qorxmaz Hüseynov daha çox təzyiq gördüyü qrupun hədəfindən yayınmaq üçün bir neçə «ağıllı manevr» də edib. O, hətta həmin qrupun «hədəfi»ində olan başqa nüfuzlu bir şəxslə yaxınlıq qurmağa başlayıb: «Prosesləri diqqətlə izləyən şəxs kimi görürəm ki, bu fakt Qorxmaz Hüseynovun rəqiblərinin xəbəri yoxdur. Olsaydı, əminəm ki, bunu çoxdan dövriyyəyə buraxmaqla, Qorxmaz Hüseynova daha böyük zərbə vurardılar».

Bu və ya digər məlumatların isə ciddi araşdırmaya ehtiyacı var. Növbəti sayımızda bu yöndə dəqiqləşdirmə aparmağa çalışacağıq.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları

    Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları ...

    30-01-2013, 10:35

  • 
  • Qorxmaz Hüseynovun klan korrupsiyası

    Qorxmaz Hüseynovun klan korrupsiyası ...

    16-04-2015, 12:29

  • 
  • “AZƏRSU” ASC-də itbata salınan milyonlar

    “AZƏRSU” ASC-də itbata salınan milyonlar ...

    22-04-2016, 21:39

  • 
  • “Azərsu”da maaş böhranı yarandı

    “Azərsu”da maaş böhranı yarandı ...

    2-05-2014, 09:54

  • 
  • “Azərsu” ASC-nin sədri işdən çıxarıldı - SƏRƏNCAM

    “Azərsu” ASC-nin sədri işdən çıxarıldı - SƏRƏNCAM ...

    4-05-2021, 20:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu