GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kəmaləddin Heydərovun uduşu

Kəmaləddin Heydərovun uduşu

Tarix: 5-02-2013, 10:30 Bölmə :Manşet Baxış: 1 497
Kəmaləddin Heydərovun uduşu

General Orucəli Hacıyevi xalqın ayağına göndərməklə Zaqatala
usyanı əngəlləndi və FHN şefi Mehdiyev qruplaşmasının seperatçılıq
fəaliyyəti və güc nümayişinə xalqla dialoq mesajı ilə cavab verdi


Bu gün özünün gizli çəkilişləri ilə Elşad Abdullayevin açıqladığı sənədlərin birində maraqlı bir nüans var idi ki, böyük əksəriyyətin diqqətini cəlb etdi. Söhbət Elşad Abdullayevlə söhbətində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası, millət vəkili Fəttah Heydərovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı sərt ifadələr işlətməsindən və hətta bu gün mətbuatda daha çox oğlunun «vurulmasının» başlıca nədəni kimi də PA şefini maraqlı tərəf kimi ittiham etməsindən gedir.
Əslində bütün bunlar əvvəlindən yerli mətbuatda yazılan məqamlar olsa da, rəsmi dillərin dolayı etiraflarında olduqca cazibədar olduğundan kifayət qədər əhəmiyyət qazanmış oldu. Yəni dünənə qədər də müxalif və müstəqil mətbuat hakimiyyət daxilində bir-birilərini çəkə bilməyən iç qruplaşmaların olması, həmçinin bu qruplaşmaların bir-birilərinə qarşı aqressiv münasibət sərgiləmələri, hətta bir-birilərinin əleyhinə açıq kampaniya aparmaları barədə məlumatları yaymaqda idi.
Apardığımız araşdırmalardan və hakimiyyətdaxilindən əldə etdiyimiz məlumatlardan aydın olur ki, Ramiz Mehdiyevin başında dayandığı qruplaşma son günlər həm bir yandan gündəmin dəyişdirilməsi məqsədilə, həm də hədəf olmadan yayına bilməsi üçün Kəmaləddin Heydərova qarşı çox güclü kampaniyaya start veriblər ki, bunun zaman-zaman daha da şiddətli xarakter alacağı gözlənilir. Əslində FHN rəhbərinə qarşı ilk hücum bir müddət öncə onun Rəsul Quliyevlə əlaqələri haqda ictimai rəy yaratmaqla başlamışdı. Mənbəmiz bildirir ki, əslində fövqəladə hallar nazirinin son zamanlar müxalifət mövqeyində dayanmış, ABŞ-da siyasi mühacir həyatı yaşyan, keçmiş spiker Rəsul Quliyevə bağlanması cəhdləri də əslində Ramiz Mehdiyevin maraq dairəsində olan bir hadisədir. Mənbəmizin iddialarına görə, Kəmaləddin Heydərov kimi hakim elitada ciddi mövqeyə və imkana malik olan birisinin Rəsul Quliyevə heç bir zaman ehtiyacı olmayıb və bundan sonra da belə bir ehtiyac yarana bilməz: «Əksinə, Kəmaləddin Heydərov bu gün köhnə eşalondan yeni prezident komandasına transfer olunma fürsəti əldə etmiş tək-tük isimlərdən biridir. Eyni zamanda Kəmaləddin Heydərovun kifayət qədər praqmatik dəst-xəttə sədaqətli olması səbəbindən onun hansısa absurd perspektiv naminə çoxdan kitabı bağlanmış Rəsul Quliyevlə hətta eyni havanı udması belə imkansızdır».
Mənbəmizin sözlərinə görə, belə bir zərurətin olmadığı şəraitdə Rəsul Quliyevlə adı qoşa çəkilən Kəmaləddin Heydərovu «vurduran» Ramiz Mehdiyev fraksiyası məhz Elşad Abdullayevlə bağlı məsələdə aldığı yaralarını sağalda bilməsi, həm də ittiham hədəfi olmadan yayına bilməsi üçün Kəmaləddin Heydərovun timsalında «daxili xain» obrazının canlandırılmasına çalışır: «Aşkar surətdə bu xətt hiss olunur. Ramiz Mehdiyev üçün bu gün çətin anlardır. Ona görə də Kəmaləddin Heydərovun üzərinə daha da şiddətli formada gedilir və şiddət günü-gündən artacaq. Doğrudur, bu gün Ramiz Mehdiyevi «xilasetmə kampaniyası» işini Kreml cani-dildən həyata keçirməkdədir və hətta ğu məqsədlə oliqarxlardan belə istifadə olunur. Amma bu məsələnin görünməyən və kifayət qədər pərdəli şəkildə oynanılan tərəfi olduğundan PA şefinə açıq müstəvidə də özünü təmizə çıxara bilməsi vacibdən də vacibdir».
Mənbəmizə görə, Ramiz Mehdiyev hətta özünə yaxın olan mətbuatla yanaşı, müxtəlif dolayı vasitələrlə Kəmaləddin Heydərovu hədəfə gətirməyə çalışır: «Bu gün Kəmaləddin Heydərov mətbuatda səslənən ən xırda ittihamlara belə reaksiya verdiyini gizlətmir. Zaqataladakı vəziyyətdən mətbuat yazır və ertəsi gün FHN şefi helikopterinə minib zəlzələ bölgəsinə gedir. Və eləcə də digər həssas məqamlara FHN şefi tərəfindən xüsusi diqqət göstərilir ki, bu da əslində Kəmaləddin Heydərovun rəqiblərinin yollarını bağlama cəhdləri kimi qəbul olunmalıdır».
Bütün bunlar isə FHN rəhbərinin siyasi ustalıq və rəqiblərinin hücumuna qarşı adekvat cavablar imkanının yüksək olmasından xəbər verir. Bizə daxil olan məlumatlara görə İsmayıllı hadisələrindən sonra Zaqataladakı etirazların da böyüdülməsi və prosesin birbaşa K.Heydərova qarşı yönləndirilməsi planı var imiş. Ancaq yenə də nazir rəqiblərini qabaqladış, usta və ağıllı, eyni zamanda çevik tərpənərək öz müavini general Orucəli Hacıyevi xalqın ayağına göndərib Zaqatala usyanının əngəllədi və onlarla görüşərək digər usyanlardan fərqli olaraq güc nümayişi yox, dialoq və əməkdaşlıq təklif etdi. Yəni R. Mehdiyev- Ə. Həsənovun seperatçılıq fəaliyyəti və güc nümayişinə Kəmaləddin Heydərov xalqla dialoq mesajı ilə cavab verdi.
«Əslində bu döyüşün hansı tərəfin qələbəsi ilə bitəcəyini təxmin etmək o qədər də çətin deyil» deyən mənbəmiz sonda onu da əlavə etdi ki, Kəmaləddin Heydərov sonuncu gülən tərəf olacaq: «FHN şefindən fərqli olaraq bu gün ən zəif bəndə çevrilən Ramiz Mehdiyevin qurtuluşu imkansızdır. Çünki o, iz azdırmağa çalışırsa, bütün arsenal ona qarşı yönəldiyindən məğlubiyyət qaçılmazdır. Sadəcə olaraq onun özü ilə yanaşı, kimlərisə bərabər aparma cəhdləri də hiss olunur ki, buna da soyuq və təmkinli reaksiya yetərlidir. Ki, boz kardinalın ənənəvi tryukları baş tutmasın».
Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəmaləddin Heydərov rəqiblərinə güc gəlir

    Kəmaləddin Heydərov rəqiblərinə güc gəlir ...

    7-12-2012, 13:28

  • 
  • Ramiz Mehdiyevdən Zaqatala etirafı

    Ramiz Mehdiyevdən Zaqatala etirafı ...

    12-02-2013, 10:01

  • 
  • Ramiz Mehdiyev Elşad Abdullayevi kimin xahişi ilə qəbul edib?

    Ramiz Mehdiyev Elşad Abdullayevi kimin xahişi ilə ...

    13-12-2012, 11:37

  • 
  • Əli Zəngilanski Mahir Abdullayevin oğurlanmasında Kəmaləddin Heydərovun adın çəkir-Video

    Əli Zəngilanski Mahir Abdullayevin oğurlanmasında ...

    14-05-2013, 00:59

  • 
  • Kəmaləddin Heydərovun qrafiki açıqlandı

    Kəmaləddin Heydərovun qrafiki açıqlandı ...

    25-11-2014, 22:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu