Seçki gününə qədər məmurlara xüsusi rejimdə işləmək tapşırığı verilib
Son zamanlar iqtidar daxilində cərəyan edən hadisələr özünü daha çox biruzə verməkdədir. Elə bir mərhələ yetişib ki, iki məmurun davası hansısa rayonda ərşə qalxan tüstü ilə müşaiyət olunur ki, bu da münasibət pozuqluğunun kuliminasiya həddi kimi qəbul oluna bilər. Redaksiyamıza bu barədə danışan hökumət içindəki mənbə iddia edir ki, prezident seçkiləri yaxınlaşdıqca iqtidar daxilindəki gərginlik daha da artacaq: «Artıq bütün rayon icra başçılarına gözlərinə dörd açma tələbi qoyulub. Yəni vəziyyət o səviyyədədir ki, hətta ani bir qığılcım, bütün ölkəni alovlandıra bilər. Bu səbəbdən həmin qığılcıma nədən olan hər kəs barəsində - kimliyindən asılı olmayaraq çox sərt tədbirlər görüləcək». Mənbəmizin sözlərinə görə, artıq belə bir təlimatı alan icra başçıları, idarə müdirləri, şirkət rəhbərləri seçki gününə qədər fövqəladə rejim şəraitində işləmək zorunda qalacaqlar: «Hakimiyyət bir növ 20 illik fəaliyyətinin sınaq imtahanını verirmiş kimidir. Uğurla və yaxud da uğursuz çıxacaqlar, bunu zaman göstərəcək». Amma bu istiqamətdə iqtidariçi təxribatçı qüvvələrin hələ də böyük imkanları əllərində saxlamalarına işarə edən mənbəmiz onu da əlavə etdi ki, məsələnin məhz bu məqamı problemlərin hələ davamlı olacağını anons etməkdədir. “Xəbər xidməti”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?