GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətdən icra başçılarına şok xəbərdarlıq

Hakimiyyətdən icra başçılarına şok xəbərdarlıq

Tarix: 15-03-2013, 10:31 Bölmə :Manşet Baxış: 1 205
Hakimiyyətdən icra başçılarına şok xəbərdarlıq

Müxalifətçisi çox olan rayonun icra başçısı işdən qovulacaq

Prezident seçkilərinə hələ bir neçə ay qalsa da, ali siyasi hakimiyyətin qarşıdakı seçkilərə ciddi şəkildə hazırlaşdığı şübhəsizdir. Hakimiyyətin nəzarətində olan KİV və xüsusilə də televiziyaların gecə-gündüz ölkədəki analoqsuz iqtisadi inkişafdan bəhs etməsi və bütün bu uğurları ölkə başçısının siyasi kursu ilə əlaqələndirməsi, şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlər, sosial baxımdan zəif təmin olunan ailələrə bağlı dövlətin “humanist siyasətinin” alqışlanması mövcud rejimin mümkün qədər ictimaiyyətdə özünə qarşı rəğbət yaratmaq niyyətində olduğunu göstərir. Lakin bununla belə, əvvəlki seçkilərin acı təcrübəsini nəzərə alaraq bu il seçkilərdə müxalif namizədlərin mümkün qədər az səs almasını təmin etməyə çalışan hakimiyyət yetkililəri, bunun üçün yerlərdəki icra başçılarının imkanlarından maksimum yararlanmaq niyyətindədir. Qarşıdakı seçkilərdə iqtidar təmsilçisinin qələbəsini təmin etmək üçün icra başçılarına ayrılan seçki yükünün ciddiliyi də rejimin qələbə arzusundan irəli gəlir.

Müxalifətçisi çox olan icra başçıları “yanacaq”

Bununla bağlı redaksiyamızı bilgiləndirən məbənin sözlərinə görə, artıq bununla bağlı mövcud rejim ciddi layihələrə start verməkdədir. Bu layhələrdən biri icra başçılarını yerlərdəki müxalif şəxs və qruplarla aktiv mübarizəyə sövq etmək, inzibati amirlik üsullarından istifadə edərək bu insanları neytrallaşdırmaqdan ibarətdir: “Qarşıdakı prezident seçkilərində hakimiyyətin icra başçılarına ayırdığı rol olduqca böyükdür. Belə ki, artıq indidən icra başçılarına bildirilib ki, cari seçkilərdə hansı rayondan müxalif namizdlər daha çox səs alsa, o zaman həmin rayonun icra başçısı işdən azad ediləcək. Bunun üçün də icra başçılarına artıq indidən işə başlamaq, rayon və şəhərdəki müxalifətçiləri müəyyənləşdirmək, onları bütün üsullardan istifadə etmək yolu ilə neytrallaşdırmaq və həmin rayonda iqtidar təmsilçisinin qələbəsi üçün zəmin yaratmaq tapşırılıb. Siyasi hakimiyyət bununla icra başçılarının prezident seçkilərində mümkün qədər yaxından iştirakına nail olmağa çalışır. Prezident Administrasiyasındakı ideoloqlar yaxşı başa düşür ki, xalqın sərvəti hesabına harınlayan və öz zövq-səfasına düşgün olan məmurları yalnız qorxu altında hərəkətə gətirmək mümkün ola bilər ki, məlum layihə də buna xidmət edir”.

“Müxalif fikirli vətəndaşlara basqılar artacaq”

Bilgili qaynağın sözlərinə görə, proseslərin bu şəkildə inkişafı yaxın gələcəkdə rayon və şəhərlərdəki müxalif fikirli vətəndaşlara dövlət basqısının daha da artmasına səbəb olacaq: “Məsələnin bu cür qoyuluşu artıq əksər rayonlarda icra başçılarını qəti olaraq hərəkətə gəlməyə vadar edib. Rayondakı güc orqanlarının vasitəsi ilə müxalif fikirli şəxslərə qarşı kampaniyaya start verən icra başçıları bununla müxalifətçiləri neytrallaşdırmaqdan daha çox, digər vətəndaşları qorxutmağa cəhd edir. İcra başçıları hesab edir ki, əgər üzdə olan müxalifətçilərdən fərqli olaraq, digər rayon və şəhər sakinləri “düz yolla” getsə, iqtidar təmsilçisinə səs versə, o zaman onlar dda Prezident Administrasiyası tərəfindən qoyulan sınaqdan üzüağ çıxarlar. Məhz bu səbəbdən də müxalifətçilərə qarşı basqı siyasətini gücləndirən icra başçıları buna paralel şəkildə təbliğat kampaniyası da aparır, digər vətəndaşları “gözü çıxmış qardaşdan” dərs almağa səsləyir. Lakin ən çox narahatlıq doğuran məqmlardan biri seçki ərəfəsində bu təzyiqlərin daha da arta biləcəyi təhlükəsi ilə bağlıdır. Bu gün baş verənləri nəzərə alaraq əminliklə söyləmək olar ki, seçkilərə qısa müddət qalmış rayon və şəhərlərdə müxalifətçilərin sözün həqiqi mənasında qəti cinayətkarlar kimi təqib edilməsi baş verəcək ki, bu da vətəndaş qarşıdurması və ölkədəki gərginliyi bir qədər də artıtracaqdır”.

“Vəziyyət ümidsizdir”

Mənbənin sözlərinə görə, Prezident Administrasiyasının “xeyir-duası” və icra başçılarının vəzifələrini itirmək qorxusu ilə başladılan “müxalifətçi ovu”nun yaxın gələcəkdə bir qədər də güclənəcəyi gözlənilən olsa da, demokratik düşərgənin baş verənlərə ciddi müqavimət göstərə biləcəyi o qədər də inandırıcı görünmür: “Vəziyyət həqiqətən də ümidsizdir. Çünki müxalif fikirli vətəndaşçların üzləşdiyi təzyiq fonunda demokratik düşərgənin ortaya qoyduğu müqavimət əsla adekvat deyil. Məhz bu səbəbdən də gələcəkdə vəziyyətin müxalifətin maraqları baxımından daha arzuedilməz məcrada inkişaf edəcəyini təxmin etmək olar. Çox güman ki, dövləti rıçaqlardan və inzibati amillərdən istifadə edərək müxalif düşüncəli vətəndaşları kütləvi təzyiq və repressiyalara məruz qoyan hakimiyyət öz arzusuna nail olacaq, demkratik düşərgəyə bu seçkilərdə də heç bir şans tanımayacaqdır. Demokratik qüvvə və müxalif siyasi partiyaların baş verənlərə yalnız bəyanat səviyyəsində reaksiya verməsi mümkündür ki, bu da öz növbəsində heç nəyi dəyişməyəcək”.

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət köçkünlərə seçki “hədiyyəsi” hazırlayır

    Hakimiyyət köçkünlərə seçki “hədiyyəsi” hazırlayır ...

    8-12-2012, 11:17

  • 
  • Azərbaycanda prezidenti kim seçir: Qərb, Rusiya, yoxsa Azərbaycan xalqı?

    Azərbaycanda prezidenti kim seçir: Qərb, Rusiya, ...

    8-04-2013, 10:04

  • 
  • İCRA BAŞÇISI QAÇMAĞA HAZIRLAŞIR - ŞOK TƏFƏRRÜATLAR

    İCRA BAŞÇISI QAÇMAĞA HAZIRLAŞIR - ŞOK TƏFƏRRÜATLAR ...

    16-08-2015, 00:24

  • 
  • Eldar Namazovdan şok xəbərdarlıq

    Eldar Namazovdan şok xəbərdarlıq ...

    10-02-2013, 11:39

  • 
  • Prezident Administrasiyasından icra başçılarına qadağa

    Prezident Administrasiyasından icra başçılarına ...

    7-01-2014, 18:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu