İş adamına oxunacaq hökmdən sonra qalan əmlakı da müsadirə olunacaq; sahibkarın biznes səltənətinin süquta uğramasının müdhiş nüansları...
Vaxtilə müxalifətçilərin döyülməsində birbaşa iştirak edən “AMAY Abdulla” indi cəzalandırılır. İş adamının bütün varidatı müsadirə olunub, əmlaklarına həbs qoyulub. Məhkum həyatı yaşayan sahibkarın etdiyi çıxışlar isə pafosdan və blefdən ibarətdir.
Reallıq biznesmenin görəcəyi iş üçün ayrılan pulları mənimsədiyini diktə edir. Hazırda məhkəməsi davam edən Abdulla Abdullayevi böyük ehtimalla ağır hökm gözləyir. Ancaq hökmə qədər “AMAY Abdulla”nın əlindəki biznes rıçaqları tamamilə itirilib.
Mənbənin “Gündəm-xəbər”ə verdiyi məlumata görə, onun bundan sonra lüt-üryan edilməsi nəzərdə tutulub. Belə ki, A.Abdullayev etdiyi xətaların cəzasını çəkir. Ona ayrılan vəsaitləri mənimsəməkdə bir qəpik də təyinatı üzrə xərcləmədiyi iddia olunur.
Qaynağımız bildirir ki, sahibkarın əlində heç nəyi qalmayıb. Hökmdən sonra həbs qoyulan ən böyük əmlakı olan “AMAY” ticarət mərkəzi də dövlətin balansına keçiriləcək. Bununla da “günahsız Abdulla” epopeyası sona yetəcək. Onun biznes imperiyası süquta uğrayacaq.
Martın 11-də Babək prospektində yerləşən “Dədəmin” avtoservisində güclü yanğın baş verməsi də təsadüfi deyil. “Dədəmin” avtoservisi “AMAY Abdulla” kimi tanınan iş adamı, hazırda həbsdə olan Abdulla Abdullayevin qardaşına məxsusdur.
Obyektin hələ də Abdullayev qardaşlarının sərəncamında qaldığı bildirilir. Yanğının səbəbinə gəlincə isə onlar deyir ki, səbəb qısaqapanmadır. Belə ki, yanğın obyektin mühafizəçisinin köşkündən başlayıb.
O, öz otağını elektrik plitəsi ilə qızdırırmış.
“AMAY Abdulla” ötən ilin aprelində həbs olunub və Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Hazırda naxçıvanlı keçmiş oliqarxın məhkəmə prosesi gedir və A.Abdullayev prosesdə səs-küylü bəyanatlarla çıxış edir.
Yanğın nəticəsində ümumi sahəsi 250 kv.m olan “Dədəmin” avtoservisinin yanar konstruksiyaları, orada təmirə dayanan və sahibi hələlik məlum olmayan “Nissan” markalı minik avtomobilinin yanar hissələri, “Range Rover” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri, həmçinin mağazada olan 2 ədəd “Suzuki” markalı və 3 ədəd “Harley Davidson” markalı motosikletlər yanıb.
Təmirə dayanmış “Range Rover” markalı avtomobilin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?