GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sabunçuda milyonların dövr etdiyi “torpaq biznesi”

Sabunçuda milyonların dövr etdiyi “torpaq biznesi”

Tarix: 1-04-2015, 16:56 Bölmə :Manşet Baxış: 0
Sabunçuda milyonların dövr etdiyi “torpaq biznesi”

İcra başçısı Adil Vəliyevin zamanında rayonda boş torpaq sahəsi qalmayıb

Ölkədə məsuliyyətsiz məmurların qanunlara məhəl qoymadan şəxsi maraqları naminə imza atdıqları “ilklər” haqqında çox yazılıb. Dövlət vəsaitinin talanması hesabına icra başçılarının rayonlarda qurduqları “xanədan”lar isə artıq geniş narazılıq yaradır. Məmur anlayışını biznesmenliklə qarışdıranlar hər sahədən qazanmaq, monopoliya yaratmaq yolu ilə bütün gəlirli sahələrə nəzarət etmək naminə qanunsuzluqlara meydan açırlar.

Bu sahədə Sabunçu xüsusilə “sayılıb-seçilən” rayonlardan biridir. Sabunçu rayonu istər əhalisinin üzləşməli olduğu müxtəlif məişət problemlərinin çoxluğu, istər küçə və yolların bərbad vəziyyəti, istərsə də qanunsuz fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin bolluğu ilə şəhərin digər rayonları arasında xüsusilə seçilir. Elə mətbuat səhifələrində yer almış müxtəlif yazıların da mövzusu əsasən bu problemlər olmuşdur.

Sabunçuda “yaşıl terror”

Rayonda icra başçısının mövcud olan yaşıllıq zolaqlarına qənim kəsilməsi də yeni mövzu deyil. Rayon ərazisində uzun illər mövcud olan yaşıllıq zonaları insafsızcasına məhv olunub, ayrı-ayrı sahibkarlara satılıb. Bakıxanov qəsəbəsində yaşıllıqların məhv edilməsi prosesi isə tam sürətilə davam edir. Qəsəbədəki əksər parkların ərazisi satılıb, yerində tikinti gedir. Səməd bəy Mehmandarov prospektindəki uşaq meydançaları da eyni aqibət yaşayıb.

İcra başçısı Bakıxanov dəmiryol stansiyasında yerləşən və vaxtilə «Şərq şirniyyatı» kimi tanınan obyekti sökdürərək yerində daha görkəmli obyekt inşa etdirdi. Lakin obyektin inşasının tamamlanmasına az qalmış onun ətrafında olan və uzun illər öncədən əkilmiş uca küknar ağacları ya gecə ikən, ya da istirahət və bayram günlərinə salınaraq dibindən kəsilib. Təbii ki, bu işlər dəmir lövhələrin arxasında mümkün qədər gizlin şəkildə həyata keçirilib. Vaxtilə yaşıllıqları ilə göz oxşayan və Abbasqulu Ağa Bakıxanov parkı ilə üzbəüz yerləşən «Şərq şirniyatı» dükanının ətrafındakı yaşıllıqlar artıq yoxdur. Verilən məlumata görə, yaşıllığın məhvinə səbəb o olub ki, guya «Şərq şirniyyatı»nın binası kənardan yaxşı görünmürmüş. Elə buna görə də, illər öncə əkilmiş uca küknar ağacları məhv edilib.

Bu gün rayon ərazisində bir metr belə boş torpaq sahəsi tapa bilməzsiniz. Vəziyyət o həddə çatıb ki, başçının əmri ilə vaxtı ilə mərhum prezidentimiz Heydər Əliyevin sərəncamı ilə salınan yaşıllıqlar da məhv edilərək yeri ayrı-ayrı biznesmenlərə satılıb. Qeyd edək ki, daxil olan məlumatlarda Adil Vəliyevin abadlıq işləri adı altında rayonda gördüyü işlər də birmənalı qiymətləndirilmir.

“Ay alan, məmləkəti Rey satıram”

Ümumiyyətlə, torpaq satışı Sabunçu rayonunda ən gəlirli sahələrdən hesab olunur. Rayon ərazisində torpaq satışından qazanılan milyonlar isə təbii ki, icra başçısını bu sahəni daima “diqqətdə” saxlamağa vadar edir.

Verilən məlumatlara görə, Pirşağı icra nümayəndəsi Ramil Əliyev rayon icra başçısı Adil Vəliyevin tapşırığı ilə kəndin ortasında torpaq alveri ilə məşğuldur. Sakinlər bildirirlər ki, icra nümayəndəsi Sumqayıt-Aeropart yolunu birləşdirəcək olan və hazırda tikilməkdə olan dairəvi yolun yaxınlığında olan torpaqları hasarlatdıraraq satır. Həmin ərazi əvvəllər taxılçılığa aid ərazi olub. Lakin Sabunçu rayon icra başçısı Adil Vəliyev biznesini genişləndirmək və daha çox pul qazanmaq üçün həmin ərazini qeyri-qanuni olaraq satmaq qərarına gəlib. Sumqayıt-Aeropart yolunu birləşdirəcək dairəvi yolun çəkilməsi isə həmin ərazidə torpağın qiymətinin qalmasına səbəb olub. İcra başçısı isə fürsəti əldən vermək istəməyərək Ramil Əliyevə həmin ərazidəki torpaqları satmaq tapşırığı verdiyi iddia olunur. Ramil Əliyev isə artıq 6 aya yaxındır ki, həmin əraziləri qanunsuz olaraq satmaqla məşğuldur. Pirşağı sakinlərinin bildirdiyinə görə, ərazinin bir hissəsi vətəndaşlara məxsus olsa da, Adil Vəliyevin 25 yaşlı ərazi nümayəndəsi Ramil Əliyev sakinlərin əlində olan topraq sənədlərinin qanunsuz olduğunu iddia edərək, torpaqları yeni şəxslərə satır.

Sakinlər bildirir ki, Pirşağı icra nümayəndəsi Sabunçunun icra başçısı Adil Vəliyevə o qədər arxayın olub ki, sakinlərə və pay torpaq sahiblərinə meydan oxumaqdan belə çəkinmir. İcra nümayəndəsi saxta torpaq alverini açıq aşkar şəkildə Pirşağıda fəaliyyət göstərən “Ləvəngi” restoranında həyata keçirir. Adil Vəliyevə arxayın olan icra nümayəndəsi satdığı bütün torpaqlaır birbaşa başçısının göstərişi ilə etdiyini deyir. Əllərində sənədi olan bəzi vətəndaşlar Vuqar Əliyevə narazlıqlarını bildirsələr də, icra nümayəndəsi açıq aşkar belə deyir: “Mən kiməm ki, gedin şikayətinizi Sabunçu rayon icra başçısı Adil Vəliyevə edin, çünki bu ərazilərin satılması göstərişini o verib”.

Ötən il rayonda baş verən qalmaqal isə yəqin ki, hələ də çoxlarının xatirindədir. Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı Bakı Dairəvi Yolunun altına düşən və Kürdəxanı bələdiyyəsinin ərazisi olan torpaqların sahiblərindən satın alınması zamanı külli miqdarda büdcə vəsaitinin ələ keçirildiyi aşkar olunmuşdu. Verilən məlumatlara görə, mənimsənilən vəsaitin miqdarı 6 milyon manat civarında idi. Maraqlıdır ki, yer almış korrupsiya faktına görə əslində məsuliyyət daşımalı olan şəxslərin diqqətdən yayındırılması məqsədilə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin rəhbərliyi ilə iclas da keçirilmişdi. İclasdan sonra Kürdəxanı bələdiyyəsinin sədri Sabir Əliyev tutduğu vəzifədən uzaqlaşdırılmışdı. Təbii ki, göstərilən məbləğdə dövlət vəsaitinin mənimsənilməsinə sadəcə bir bələdiyyə rəisinin rəvac verdiyi qətiyyən inandırıcı səslənə bilməz.

Rayonda aparılan abadlıq işlərinin görülməsi üçün dövlət büdcəsindən yetərincə vəsait ayrılır. Lakin, Sabunçu rayonunda görülən işlərin əsas ağırlığı iş adamlarının və büdcə təşkilatlarının üzərindədir. Rayonda nəyin bahasına olursa olsun boş torpaq sahələri tapılaraq satılır.

Söhbət rayon ərazisində yerləşən ticarət obyektlərinin yenidənqurma abadlıq işləri bəhanəsi ilə sökdürülməsindən gedir. Bunun nəticəsində boş qalan torpaq sahələri

«auksion» üsulu ilə hərraca qoyularaq daha imkanlı və «səxavətli» iş adamlarına satılır. Rayonda yerləşən iri və orta sahibkarlıq subyektlərinin sahibləri icra aparatının rəsmi sifarişi ilə aparılan abadlıq işlərinin maddi yükünü də çəkmək məcburiyyəti qarşısında qalıblar. Halbuki sözügedən işlərə dövlət büdcəsindən kifayət qədər maddi vəsait ayrılıb.

İldən-ilə artan sosial problemlər

Son illər paytaxtın bəzi rayonlarının kanalizasiya sisteminin yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsində Bakının bir sıra qəsəbələrində kanalizasiya ilə bağlı olan problemlər öz həllini tapıb.

Amma buna baxmayaraq, şəhər mərkəzindən bir qədər aralıda yerləşən qəsəbə və kəndlərdə bu problem hələ də öz aktuallığını qoruyub saxlayır. Məsələn, götürək elə Sabunçu rayonunu. Daha dəqiq desək, Sabunçu vağzalının yerləşdiyi ərazini. Mətləbə keçməmişdən öncə rəsmi qurumların şəhərimizin kanalizasiya sisteminin mükəmməl səviyyəyə çatdırılması barədə bəzi məlumatlarını diqqətinizə çatdırmaq istəyirik. Belə ki, açıqlamalara əsasən hazırda Bakı şəhərində ayrılmış kanalizasiya sistemi mövcuddur. Kanalizasiya şəbəkəsi çox az keramik, beton, asbestsement, çuqun, dəmir-beton borulardan və tunel şəkilli kollektorlardan ibarətdir. Təsərrüfat-məişət kanalizasiya xətlərinin ümumi uzunluğu 1300 kilometrdir. Həyət və məhəllədaxili kanalizasiya xətlərinin diametri 150- 200 mm, küçə xətləri və kollektorlarının diametrləri 400 mm-dən 4000 mm-ə qədər dəyişir. Bundan başqa, hazırda Bakı şəhərində ümumi uzunluğu 130 kilometr olan yağış kanalizasiya xətləri mövcuddur. Magistral yağış kanalizasiya xətlərinin diametri 400 millimetrdən 1200 millimetrə qədər dəyişir. Ümumilikdə gün ərzində kanalizasiya xətlərindən axıdılan tullantı suların həcmi 1 mln. kubmetrdən çoxdur. Bakı şəhərində mövcud olan 25 kanalizasiya nasos stansiyasının sutkalıq məhsuldarlığı 2 mln. kubmetrə yaxındır. Lakin qış aylarında yağan qar Sabunçu rayonunun kanalizasiya sisteminin normal işləmədiyini, ümumiyyətlə, bu ərazidə kanalizasiya xəttinin olmadığını üzə çıxardı. Sosial şəbəkələrdə paylaşılan şəkillərdən açıq-aşkar görürük ki, qarın əriməsi Sabunçu vağzalının qarşısısında böyük göl əmələ gətirib. Hansı ki, hər dəfə güclü yağış və qar yağanda vağzalın qarşısında eyni mənzərə yaranır. Nəticədə, ərazidən keçən nəqliyyat vasitələri, eləcə də piyadalar çətinliklə üzləşməli olurlar. Çox maraqlıdır ki, bir müddət əvvəl də Sabunçu vağzalının qarşısında bu cür vəziyyət yaranmış və aidiyyəti qurumlar, daha dəqiq desək, Rayon İcra Hakimiyyətinin və “Azərsu” ASC-nin rəhbərliyi problemin tezliklə həllini tapacağını açıqlamışdılar. Aradan bir neçə ay keçsə də, rəsmi qurumların nümayəndələri hələ də sözlərini tutmayıblar. Yəni hər dəfə yağış yağanda Sabunçu vağzalının qarşısında xoşagəlməyən vəziyyət yaranır. Rayonun bərbad durumda olan kanalizasiya sistemi isə hələ ki, icra hakimiyyətini diqqətini çəkə bilməyib. Çünki, qeyd etdiyimiz üçün onlar “daha vacib” işlərlə məşğuldurlar.

Sabunçu rayonunda fəaliyyəti dövründə çox ciddi problemlər yaradan Adil Vəliyev karyera yüksəlişinin növbəti mərhələsi barədə düşünür. Bu xüsusda yayımlanan yeni məlumatlarda bildirilir ki, bu gün Adil Vəliyev artıq Bakı Şəhər İcra

Hakimiyyətinin başçısı vəzifəsi uğrunda mübarizəyə də qoşulub. Paytaxt meriyasına yiyələnmək üçün o bütün vasitələrini işə salıb. Lakin verilən xəbərlərə görə, onun keçmiş fəaliyyəti haqqında kifayət qədər məlumatlı olan yuxarılar bu istəyi heç də sıcaq qarşılamayıblar. Hətta, rayondan artan narazılıqlar Adil Vəliyevin vəzifəsi ilə vidalaşmasına da səbəb ola bilər.

Maqsud
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sabunçuda yanan mazutlu sahə evləri də yandırdı

    Sabunçuda yanan mazutlu sahə evləri də yandırdı ...

    19-08-2016, 00:26

  • 
  • SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + Fotolar

    SABUNÇUDA EKOLOJİ TERROR – Dəhşətli mənzərə + ...

    27-03-2017, 00:19

  • 
  • Sabunçu rayonun icra başçısı Şeyxin qardaşına qarşı

    Sabunçu rayonun icra başçısı Şeyxin qardaşına ...

    19-08-2014, 18:06

  • 
  • İcra başçısının oğlunu işdən çıxarıldı

    İcra başçısının oğlunu işdən çıxarıldı ...

    19-11-2018, 15:12

  • 
  • Lənkəranda “yaşıl terror”

    Lənkəranda “yaşıl terror” ...

    13-04-2015, 21:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu