GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Bu, antiazərbaycan təbliğatının bir hissəsidir”

“Bu, antiazərbaycan təbliğatının bir hissəsidir”

Tarix: 14-04-2015, 21:38 Bölmə :Manşet Baxış: 0
“Bu, antiazərbaycan təbliğatının bir hissəsidir”

“Amerikadakı problemlərə diqqət yetirmədən on min kilometrlərlə uzaqda olan ölkə ilə bağlı müraciət etmək heç də səmimi görünmür”
"ABŞ-ın hüquq müdafiəçiləri, keçmiş məmurları və politoloqları yaxşı olardı ki, əvvəlcə öz ölkələrindəki problemləri qabardıb, həllinə nail olsunlar. Çünki belə olduqda başqalarına da irad tutmağa mənəvi haqq qazanacaqlar".
Bunun APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-ın bir qrup keçmiş məmurunun və diaspor üzvünün ABŞ dövlət katibi Con Kerriyə müraciətinə cavab olaraq deyib.
Q. Həsənquliyev bildirib ki, ABŞ-ın daxilində insan haqları ilə bağlı ciddi problemlərin mövcud olduğu bütün dünyaya məlumdur: "İllərdir ki, beynəlxalq ictimaiyyətin təkidlərinə baxmayaraq, ABŞ Quantanoma həbsxanasını qapatmır. Bu həbsxananın Amerikadan kənarda olduğunu bəhanə edərək, onun ABŞ qanunları ilə idarə olunmadığı bildirilir. Amma fakt budur ki, həmin həbsxanada insanlar Amerika hökuməti tərəfindən saxlanılır, onlara ağır işgəncələr verilir və hətta bəzilərinin də illərlə orda günahsız yerə cəza çəkdiyi məlum olur. Onu da qeyd edim ki, Amerikanın insan haqları ilə bağlı ən sərt tənqid etdiyi ölkələrdə belə insanlar illərlə istintaqsız və məhkəməsiz həbsdə saxlanılmır, Quantanoma bu məsələdə də istisnadır".
Millət vəkili ABŞ-ın hüquq müdafiəçilərinə və politoloqlarına, ölkələrində olan irqi ayrı-seçkiliyə də diqqət yetirməyi tövsiyyə edib: "Bu ölkədə az qala hər gün irqi ayrı-seçkiliyin qurbanlarının görüntüləri yayılır. Polis qaradərili amerikalını güllələyir, itlərə parçalatdırır. Amerikada etiraf olunan statistikalara görə, işsizlik, təhsilsizlik faizi qaradərililər arasında çox yüksəkdir, həbsxanalar qaradərililərlə doludur. Bu problemlərə diqqət cəlb edilmədən Amerikadan on min kilometrlərlə uzaqda olan ölkə ilə bağlı müraciət etmək heç də səmimi görünmür".
Millət vəkili onu da qeyd edib ki, insan haqları məsələsi bütün ölkələrdə əsas diqqət yetirilməli amildir: "Mən hesab edirəm ki, bizim ölkəmizdə də insan haqları məsələsi diqqətdə olmalı, bu sahədəki problemlər kimin tənqid edib-etməməsindən asılı olmayaraq həllini tapmalıdır. Bizə olan tənqidlər arasında xoşniyyətlisi də, kampaniya xarakteri daşıyanı, ölkəni gözdən salmaq üçün ediləni də var. Mən hesab edirəm ki, haqqında danışdığımız müraciət məhz I Avropa Oyunları ərəfəsində ölkənin gözdən salınmasına yönəlmiş, antiazərbaycan təbliğatının bir hissəsidir. Bu, erməni lobbisinin təsirində olan antiislamçıların apardığı kampaniyanın tərkib hissədir".
Q. Həsənquliyev müraciəti imzalayan azərbaycanlıların həmin dairələrin təsirindəki "beşinci kalon"un nümayəndələri olduğunu deyib: "Azərbaycanda ABŞ-ın qeyri hökumət təşkilatları vasitəsilə maliyyəşdirdiyi şəxslərin olduğu heç kimə sirr deyil. Çox təəssüf ki, həmin şəxslər prinsipial məqamlarda Azərbaycana qarşı istifadə olunurlar".
Partiya sədri hesab edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan və ABŞ-ın rəsmi dairələri arasında əməkdaşlıq və dialoq mühiti davam etməlidir: "Lakin siyasətçilər, ekspertlər, QHT təmsilçiləri bu iddialara mütləq cavab verməli, Azərbaycana qarşı kampaniyaları ifşa etməlidirlər".
Qeyd edək ki, bir qrup amerikalı ekspert, siyasətçi və Azərbaycan diasporunun nümayəndələri ABŞ dövlət katibi Con Kerriyə açıq məktub göndəriblər. Məktubda ABŞ Dövlət Departamenti Azərbaycana qarşı addımlar atmağa çağırılıb
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Bu layihəni Milli Məclisə mən təqdim etmişəm"

    "Bu layihəni Milli Məclisə mən təqdim ...

    20-05-2013, 22:31

  • 
  • “İndi birlikdə və güclü olmanın zamanıdır”

    “İndi birlikdə və güclü olmanın zamanıdır” ...

    14-03-2016, 22:43

  • 
  • BAXCP seçkilərdə iştirakla bağlı qərar qəbul etdi

    BAXCP seçkilərdə iştirakla bağlı qərar qəbul etdi ...

    31-08-2015, 20:29

  • 
  • Qüdrət Həsənquliyev də QHT-lər ilə bağlı yaranan problemə münasibət bildirdi

    Qüdrət Həsənquliyev də QHT-lər ilə bağlı yaranan ...

    28-04-2017, 10:12

  • 
  • Qüdrət Həsənquliyevdən prezidentə müraciət

    Qüdrət Həsənquliyevdən prezidentə müraciət ...

    11-04-2013, 10:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu