GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milli Təhlükəzilik Nazirliyinin 96 illiyinə ittihaf olunan kitab…

Milli Təhlükəzilik Nazirliyinin 96 illiyinə ittihaf olunan kitab…

Tarix: 14-04-2015, 21:51 Bölmə :Manşet Baxış: 0
Milli Təhlükəzilik Nazirliyinin 96 illiyinə ittihaf olunan kitab…

Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədovun bu günlərdə Milli Təhlükəzilik nazirliyimizin 96 illiyinə ittihaf olunan və 60 ilin mübahisəsinə

son qoyan olduqca gərəkli bir elmi və tarixi araşdırmanın müəllifidir.

Bir kitabın və bir tarixi araşdırmanın necə 60 ilin mübahisəsinə son qoya bilməsi məsələsi ilə bağlı “Gündəm xəbər”ə politoloq özü münasibət bildirdi: “Çoxsaylı oxucularımın bildiyinə görə, mən uzun illərdir ki, L.P.Beriyanın və M.C.Bağırovun həyat yollarını araşdırıram. Onlar yaxın dost olaraq həmişə bir-birilərinə kömək etmişdilər. Beriya və Bağırova qarşı qurulan tələsik, qeyri-obyektiv aparılan istintaq, o vaxtların ölçüləri ilə götürsək, şübhəsiz ki, sifarişli və olduqca siyasi idi.

Ona görə ki, bu ittihamçılar və onların sifarişçilərinin böyük əksəriyyəti özləri müxtəlif cinayətlər törədərək, günahsız insanları güllələnməyə məhkum etmişdilər. Sanki onlar bu cinayətlərin şahidi olmuş Bağırovu və Beriyanı fiziki cəhətdən məhv etməklə, törətdikləri cinayət əməllərini və niyyətlərini güllələnmiş insanların məzarlarında gizlətmək istəyirdilər. İki qəhrəmanımızın həyat tarixçəsinin bir çox məqamları «yeddi möhürün» arxasında hələ də gizlədilir. Stalinin dövrünə aid siyasi repressiya haqqında arxiv sənədlərini əldə etmək son dərəcədə çox çətindir. Kreml hökmdarlarının hələ açılmamış böyük miqyasda cinayətləri hələ də tarixi informasiya kimi arxivlərdə saxlanılır. Çünki, bu arxivlər açıldıqca onların böyük miqyasda törətdikləri iyrənc işlər adamı heyrətə gətirir… Lakin tarix göstərdi ki, onlar istəsələr və çalışsalar da, bu sirlərini gizli saxlaya bilmədilər. Belə ki, 1953-cü ildə L. P. Beriyanın həbsindən sonra onun şəxsi arxivindən tapılan sənədlərdə, gənc Lavrentinin Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarındakı fəaliyyəti barədə də məlumat var idi. Beriyanın istintaqı zamanı bu sənədlər barədə ondan soruşulanda “Bağırov verib” deyərək cavab vermişdi. Həqiqətən də bu sənədlər M.C.Bağırovun göstərişi ilə Azərbaycan SSR arxivlərindən götürülmüş və Beriyaya göndərilmişdi. Ancaq məsələ burasındadır ki, Beriya 1923-cü ildə yazdığı tərcümeyi-

halında Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarına, sol yönümlü “Hümmət” siyasi təşkilatının görkəmli nümayəndələrindən biri olan Mirzə Balanın təqdimatı ilə işə götürüldüyünü qeyd edirdi. Bununla da, bu hadisə ilə bağlı əlavə heç bir məlumat verilmirdi. Uzun illər Beriyanın həyatının bu qaranlıq tərəfini araşdıran çoxsaylı rus və amerika yazarları Beriyanın Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarındakı fəaliyyəti barədə dəqiq məlumat vermirdilər.

Məsələn, A.A. Ovsienko “Beriya” kitabında Beriyanın Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarından bolşevik sıralarına salınmış bir agent kimi, digər məhşur rus tarixçisi və yazarı B.Sokolov isə müəllifi olduğu “Beriya” kitabında əks iddianı irəli sürür. Ancaq əsl həqiqət Azərbaycan tədqiqatçısı, tarixçi-alim Məmməd Cəfərlinin müəllifi olduğu və tamamilə arxiv sənədlərinə söykənən “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları” kitabında göstərilir. Bununla da Beriya həyat və fəaliyyətinin öyrənən təqiqatçılar arasında 60 ilin mübahisəsinə son qoyulur. Bu barədə Azərbaycanın xüsusi xidmət orqanlarının görkəmli tədqiqatçılarından biri olan Məmməd Cəfərlinin 1997-ci ildə işıq üzü görmüş “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları” kitabında geniş bəhs edilir. Məhz bu bu kitab vasitəsi ilə ADR hökumətinin Hərbi Nazirliyin kəşfiyyat və əks-kəşfiyyat bölməsinin, habelə Əksinqilabla Mübarizə Təşkilatının yaranması və təşəkkülü sahəsində fəaliyyətini əks etdirən məxfilik qrifi götürülmüş arxiv materialları və sənədləri ilk dəfə olaraq elmi dövriyyəyə gətirilir.

Belə ki, Məmməd Cəfərlinin “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları” kitabından bizə aydın olur ki, Azərbaycan Demokratik Respublikasının vaxtında yaradılan xüsusi xidmət orqanı – «Əksinqilabla Mübarizə

Təşkilatı» paritet əsaslarla formalaşdırılırdı. Yəni Azərbaycan parlamentində olan hər partiya bu kəşfiyyat strukturunda öz nümayəndələri ilə təmsil olunurdular. Bu tədqiqat əsərinə görə bizə məlum olur ki, Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində Milli Ordunun təşkili prosesində və həmçinin dövlətin təhlükəsizliyi baxımından general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar.

Belə ki, 1919-cu il mart ayının 28-də Hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü. Lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı (Məmməd Cəfərli “Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları”, Bakı – 1997): «Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz…».

Beləliklə, 1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Azərbaycan Demokratik Respublikasının parlamentinin qərarı ilə iyun ayının 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan – Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də

Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı – «Əksinqilabla Mübarizə Təşkilatı»nı yaratdı. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı. Yeni yaradılan bu strukturun rəhbəri Məmmədbağır Şeyxzamanov olur. Ancaq çox keçmir ki, paritet əsaslarla formalaşan «Əksinqilabla Mübarizə Təşkilatı» işləməz hala gəldi. «Əksinqilabla Mübarizə Təşkilatı»nda təmsil olunmuş hər partiyanın nümayəndələri səmərəli işləmək əvəzinə daha çox bir-birilərini pusur və pozuçuluqla məşğul olurdular. Bu da kəşfiyyat və əks kəşfiyyat işini iflic hala salmışdı. Ona görə də bu paritet əsaslı struktur formalaşmasına etiraz edən Məmmədbağır Şeyxzamanov istefa verir. Məhz Məmmədbağır Şeyxzamaovun bu addımından sonra paritet əsaslı struktur formalaşmadan imtina edilir. «Əksinqilabla Mübarizə Təşkilatı»-nın yeni rəhbəri Nağı Şeyxzamanov isə çox ciddi kadr islahatları həyata keçirərək əsasən sədaqətli və peşakarlardan ibarət komanda formalaşdırır.

Bu zaman Beriyanın sədaqətinə tam inanan Nağı bəy ona daha məsul vəzifəni tapşırır. O, «Əksinqilabla Mübarizə Təşkilatı»nın məktubların yoxlanılması şöbəsinin rəisi təyin edilir. Əslində Beriyaya çox ciddi strateji bir sahə tapşırılmışdı. Ona görə ki, o dövrdə məktublar rabitənin ən birinci növü idi. Beriyanın bu təyinatı gələcəkdə onu ittiham atəşinə tutanların ən əsas arqumentinə çevriləcəkdi. Məntiqlə “Hümmət”in «Əksinqilabla Mübarizə Təşkilatı»ndakı nümayəndəsi paritet prinsiplərə son qoyulandan sonra istefa verməli idi, lakin Beriya nəinki bu strukturda öz vəzifəsini qorudu və hətta daha məsul vəzifəyə irəli çəkildi”.

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Londonda C.Həsənlinin AXC-nin 100 illiyinə həsr olunmuş kitabı yenidən nəşr olunub

    Londonda C.Həsənlinin AXC-nin 100 illiyinə həsr ...

    20-11-2018, 15:39

  • 
  • Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq - Zakir Həsənov

    Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə ...

    21-06-2018, 12:25

  • 
  • "Həmin birliyi pozmaq Müsavatın çox böyük və tarixi səhvi idi"

    "Həmin birliyi pozmaq Müsavatın çox böyük və ...

    5-08-2016, 00:51

  • 
  • Mir Cəfər Bağırovun xatirəsinin əbədiləşdirilməsi təklif olundu

    Mir Cəfər Bağırovun xatirəsinin əbədiləşdirilməsi ...

    7-01-2014, 14:14

  • 
  • "26 Bakı komissarı"nın əsl tarixi araşdırıldı

    "26 Bakı komissarı"nın əsl tarixi ...

    26-05-2013, 17:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu