GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “AMAY”-ın sahibi Zakir Qaralovu ittiham etdi

“AMAY”-ın sahibi Zakir Qaralovu ittiham etdi

Tarix: 16-04-2015, 12:15 Bölmə :Manşet Baxış: 0
“AMAY”-ın sahibi Zakir Qaralovu ittiham etdi

“AMAY”-ın sahibi Zakir Qaralovu ittiham etdi

Abdulla Abdullayev: “Baş Prokurorluq 3 dəfə tikintini dayandırıb, binaya həbs qoyub”

Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Leyla Ağayeva ifadə verib. O, bildirib ki, məhkəmədə mühakimə olunan şəxslərdən heç kimi tanımır: “13 ildir “Xudafərin” MMC-nin tikdiyi binadan ev almışam. Hələ də həmin tikinti başa çatmayıb. Həmin binadan iki ev alsaq da, heç bir mənzil bizə təhvil verilməyib. Hər mənzil üçün 34 min 129 manat ödəmişik. Mənzillərdən biri mənim adıma, digəri isə oğlum Orxan Ağayevin adınadır. Hər iki mənzilin pulunu tam ödəmişik”.

Abdulla Abdullayevin vəkillərinin suallarını cavablandıran zərərçəkən qeyd edib ki, mənzillərin alınması üçün vaxtdan uzun müddət keçib: “Bu səbəbdən də müqavilənin kiminlə bağladığımı xatırlamıram. Yalnız həmin şəxsin adının İslam olduğunu xatırlayıram. Müqaviləni bağlayanda Abdulla müəllim yanımızda olmayıb. Amma onun işçiləri olub. Özümü zərərçəkən hesab edirəm. Çünki mənzillər tam təhvil verilməyib”.

Digər zərərçəkən Vüqar Səfərov bildirib ki, “Xudafərin” MMC-dən ev alıb. Onun sözlərinə görə, bina hazır olsa da, mənzillər

təmir edilməyib: “Həmin mənzili təmir etməyə imkanım yoxdur. Buna baxmayaraq şikayətçi deyiləm”.

Vüqar Səfərov qeyd edib ki, iki mənzilin alınması üçün ümumilikdə 59 min 882 manat ödəyib. Zərərçəkən Elçin Əliyevin sözlərinə görə, 2005-ci ildə “Xudafərin” MMC-dən bir mənzil alıb. O, qeyd edib ki, artıq mənzil ona verilib: “Mənzilin təmirə ehtiyacı var. Həmin təmiri özüm edəcəm. Bu səbəbdən şikayətim yoxdur. Mənzilin alınması üçün ümumilikdə 34 min 194 manat ödəmişəm. Mənzilin alınması üçün müqaviləni “Xudafərin” MMC ilə bağlamışam. Mənzili ala bilməməyim ilə bağlı prokurorluğa da şikayət etməmişəm. 2010-cu ildə mənzilimi təhvil veriblər, mənzilin də qapısını qoymuşam. Heç bir problemim yoxdur. Sonradan korrupsiya idarəsinə çağırılmışam. Orada məni müstəntiq dindirib. Ona dedim ki, mənzilimi almışam. Onlar da dəqiqləşdirmə apardıqlarını dedilər. Mənim zərərçəkmiş şəxs qismində tanımağımı bilməmişəm. Özümü zərərçəkən hesab etmirəm”.

Abdulla Dəmirovun sözlərinə görə, mənzil almaq üçün 2003-cü ildə “Xudafərin” MMC ilə müqavilə bağlayıb. O, qeyd edib ki, müqaviləyə əsasən pulunu tam ödəyib və mənzilini alıb: “Bina təhvil verilib, amma mənzil təmir edilməyib. Mənzilimin belə də verilməsi məni qane edir. Mənzilin alınması üçün 27 min 201 manat ödəmişəm”.

Zərərçəkənin sözlərinə görə, sonradan “Xudafərin” MMC ilə əlavə müqavilə bağlayıb: “Həmin müqavilənin şərtlərinə görə, 2005-ci ildə mənzil təhvil verilməli idi. Amma təhvil verilməyib. Əsas müqavilədə binanın tikilərək təhvil verilməsi barədə müddət

yoxdur. Mənzillərin vaxtında verilməməsi ilə bağlı vətəndaşlar mülki qaydada Binəqədi Rayon Məhkəməsinə müraciət ediblər. Amma mən həmin vaxt müraciət etməmişəm. Çünki təmirsiz olsa da, mənzil mənə verilib. Gələcəkdə problem yaranarsa, mülki qaydada məhkəməyə müraciət edə bilərəm”.

Başqa bir zərərçəkən Əbülfəz Abdullayev bildirib ki, mənzilin alnması üçün 34 min 264 manat ödəyib. Mənzilini aldığını deyən Əbülfəz Abdullayev qeyd edib ki, iş üzrə heç bir şikayəti yoxdur. O, bildirib ki, korrupsiya idarəsinə özü gedib. Onun sözlərinə görə, müstəntiqin yanında ərizəni yazıb: “Mənzilin alınması üçün müqaviləni “Xudafərin” MMC ilə bağlamışam. Bu səbəbdən də “Xudafərin” MMC-dən şikayətçi olmuşam. Abdulla müəllimlə hər hansı münasibətim olmayıb. Onu heç vaxt tanımamışam. Ondan da şikayətim yoxdur. Tikinti vaxtında başa çatdırılmayıb. Bu səbəbdən də zərərçəkmişəm.

Abdulla Abdullayev zərərçəkənə bildirdi ki, binanın gecikməsinə səbəb şikayətçilərin özləri və Baş Prokurorluqdur: “Vətəndaşlar 2008-ci ildə baş prokurora şikayət ediblər. Baş Prokurorluq 3 dəfə tikintini dayandırıb, binaya həbs qoyub. Gül kimi iş gedirdi, Korrupsiya İdarəsi yenə gəlib dayandırdı. İndi gedin evinizi o idarədən tələb edin, binanı tikib, təhvil versin”.

Daha sonra Vidadi Qurbanovun vəkili Yavər Hüseyn bildirib ki, vətəndaşların “Xudafərin” MMC-ni məhkəməyə verməsi ilə bağlı qətnamənin müəyyən edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə sorğu verilməlidir. Prokuror Fərid Nağdəliyev qeyd edib ki, iddiaçıların adını və ya soyadını müəyyən edəndən sonra belə bir sorğunun verilməsi mümkündür. Hakim isə bildirib ki,

cavabdeh “Xudafərin” MMC-nin adı müəyyən edilib və sorğuda da cavabdehin adı göstəriləcək. Hakim yaxın günlərdə qətnamənin əldə olunması üçün Binəqədi Rayon Məhkəməsinə sorğu veriləcək.

Məhkəmə iclası aprelin 9-da davam etdiriləcək.

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Mən cinayətkar deyiləm”

    “Mən cinayətkar deyiləm” ...

    15-04-2015, 00:03

  • 
  • “AMAY Abdulla” şikayətini geri götürüb

    “AMAY Abdulla” şikayətini geri götürüb ...

    10-03-2016, 00:17

  • 
  • Prokuror “AMAY Abdulla”ya 14 il iş istədi

    Prokuror “AMAY Abdulla”ya 14 il iş istədi ...

    18-08-2015, 18:16

  • 
  • Təcili: “AMAY Abdulla”ya hökm oxundu - 13 il

    Təcili: “AMAY Abdulla”ya hökm oxundu - 13 il ...

    7-09-2015, 13:31

  • 
  • “AMAY Abdulla”nın məhkəməsində yeni situasiya…

    “AMAY Abdulla”nın məhkəməsində yeni situasiya… ...

    20-04-2015, 22:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu