Azərbaycanın ən böyük şirkətlərindən biri olan “Azərsu”nun gəlhagəlidir. İndiyə qədər doğru-düzgün iş görməyən, amma əvəzində milyonlarla manatı göyə sovuran bu şirkət üçün daha bir “yağlı tikə” hazırlanır. Belə ki, şirkət qarşıdakı 2014-2015-ci illərdə su xətlərinin, kanalizasiya və digər işlərin görülməsi üçün daha 6 milyard manat vəsait alacaq. Bu pulların təyinatı üzrə xərclənib, xərclənməyəcəyi isə məlum deyil. Ona görə ki, “Azərsu” rəhbərliyi indiyə qədər ayrılmış pulların heç də böyük qismini təyinatına uyğun xərcləməyib. Amma görülən işlərdə keyfiyyətinin aşağı olması və bir çox hallarda yarımçıq görülməsi pulların mənimsənildiyindən xəbər verir. Qeyd edək ki, “Azərsu”nun rəhbərliyi büdcədən ayrılmış pulların böyük qismini heç də kənar adamlarla yemir. Məsələn, o, qaynına yaratdığı şirkətə ASC-nin həyata keçirdiyi bütün tenderləri verib. Bacısı oğluna isə 40 milyonluq bir layihə həvalə edib ki, Hacıqabul və Şirvan camaatı hələ də su gözləyir. Ehtimal ki, büdcədən ayrılacaq növbəti 6 milyardı da bu şəkildə sil-süpür etmək üçün Qorxmaz Hüseynovun xüsusi planları var. Yəqin ki, həmin pullar da qaynı ilə bacısı oğlunun arasında bölüşdürələcək ki, ortaya da Naftalanda və digər rayonlardakı, habelə Bakı kəndlərindəki acınacaqlı vəziyyət ortaya çıxacaq.
Sorğu
Yeni dizaynımız necədir?