GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan elmini rüsvay duruma qoyan icra başçısı haqda şok iddialar

Azərbaycan elmini rüsvay duruma qoyan icra başçısı haqda şok iddialar

Tarix: 17-04-2015, 11:31 Bölmə :Manşet Baxış: 0
Azərbaycan elmini rüsvay duruma qoyan icra başçısı haqda şok iddialar

Mirdamət Sadıqovun Aqrar Universitetdəki hoqqaları üzə çıxır; Arif Qaraşovun oğlunun elmi işi ortaya ciddi şübhələr çıxarıb

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşovun Aqrar Universitetdə iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi alması haqda yayılan xəbərlər diqqəti bu sahəyə yönəldib.

«Gündəm xəbər» qəzeti xəbər verir ki, Arif Qaraşovun oğlunun sürətlə elmi ad almasında akademik Ziyad Səmədzadədən daha çox, İsmayıllının icra başçısı olan Mirdamət Sadıqovun böyük rol oynadığı inkar oluna bilməyəcək faktdır:

«Burada əsas məsələ Mirdamət Sadıqovun icra başçısı və ya Arif Qaraşovun oğlu Fərhad Qaraşovun elmi rəhbəri olması deyil. Bildiyiniz kimi, Mirdamət Sadıqov 2013-cü ilin fevralınadək, yəni icra başçısı təyin olunan zamana qədər Gəncədə yerləşən Aqrar Universitetin rektoru olub. O, hazırda da akademik Ziyad Səmədzadənin rəhbəri olduğu və Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında əsas fiqurlardan biri olaraq qalır. Yəni bu şuranın Gəncəyə, 2013-dək rektoru olduğu universitetə gətirilməsində, onun fəaliyyətində icra başçısının müstəsna rolu var. Bu səbəbdən də 2 ildir icra başçısı olmasına baxmayaraq, o, bu şurada indi də ciddi təsirə, sözə sahibdir. Onun rektorluğu dövründə şura ilə bağlı olan kadrlarının bu gün də orda əsas adamlardan olması da, deyilənlərə bir az da aydınlıq gətirə bilər».

Müsahibimiz həmin şura, orada yaşanan rüşvət və digər çirkin olaylardan da bəhs edib və hesab edir ki, bunlar hələ bir neçə il bundan əvvəl Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqalə yazaraq etdiyi xəbərdarlıqlara əhəmiyyət verilməməsi deməkdir:

«Bəli, bu şurada müdafiə edənlərin ümumi siyahısını çıxarsanız, görəcəksiniz ki, daha çox məmurlar, onların övladları, bankirlər və sair imkanlı təbəqəyə sahib olanların müdafiələrinə qanundan kənar şəraitlər yaradılıb. Onların bəziləri hətta plagiat işlərlə elmi ad alıblar. Bu məsələdə Mirdamət Sadıqovun yerlisi və yaxın adamı olan, hazırda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinə rəhbərlik edən Rasim Balayevin də «əməyi» az olmayıb. Yəni bir sıra məmur və imkanlı adamların elmi işlərini Rasim Balayev yazıb, Mirdamət Sadıqov müdafiəsini təşkil etdirib. Onun yazdığı elmi işlər isə ciddi araşdırılmadan, müzakirə olunmadan vaxtından əvvəl müdafiəyə buraxılıb. Dediyim kimi, gedin son illər orada müdafiə olunan işlərin siyahısını çıxarın, görəcəksiniz ki, Azərbaycan elmini rüsvay duruma necə qoyublar, hansı çirkin yollara əl ataraq, kimləri hansı vəziyyətə salıblar».

Məlumatlı şəxs deyir ki, bir neçə gün əvvəl saytlarda Arif Qaraşovun oğlu Fərhad Qaraşovun elmi ad alması ilə bağlı yayılan xəbərlər də faktdır:

«Bəli, martın 29-u, saat 14.00-da baş tutan müdafiədə Arif Qaraşovun oğlu Fərhad Qaraşov iqtisad üzrə fəlsəfə doktoru adını alıb. Bu, o Fərhad Qaraşovdur ki, 2012-ci ilin payızında həmin vaxtı Mirdamət Sadıqovun rektoru olduğu Aqrar Universitetinə sənəd verib, amma dissertanturaya 2013-cü ilin yanvar ayından başlayıb. Mirdamət Sadıqov həmin vaxtı Fərhad

Qaraşovun elmi rəhbəri vəzifəsini də öz üzərinə götürüb. Qaraşovun qəbulundan 2 ay sonra isə Mirdamət Sadıqov İsmayıllıya icra başçısı təyin olunub. Gərgin bir rejimində işləməsinə baxmayaraq, icra başçısı Mirdamət Sadıqov Fərhad Qaraşovun elmi rəhbəri olmaqdan imtina etməyib. Və faktdan, yəni martın 29-da FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında baş tutan müzakirədən aydın olur ki, icra başçısı Fərhad Qaraşovun elmi işində öz üzərinə düşən missiyanı sona çatdıra bilib ”.

Müsahibimiz deyir ki, dissertantura təhsili 4 illikdir, lakin Fərhad Qaraşov 4 ilə deyil, çox qısa müddətə həm elmi işini, həm də elmi məqalələrini yazaraq, çap etdirib:

"Görünür, Fərhad Qaraşovun inadkarlığı, elmi rəhbəri Mirdamət Sadıqovun isə İsmayıllıya icra başçısı göndərilməsi vəziyyəti dəyişib. Sizə Fərhad Qaraşovun avtoreferatını təqdim edirəm. Baxın, müdafiə üçün tələb olunan elmi məqalələrinin 6-nı 2013-də yazıb. İki məqaləsi isə 2014-də çap olunub. Ancaq qeyd etdiyim kimi, 2015-in mart ayının 29-da müdafiə eləyib. Yəni o, təxminən 2 ilə iqtisad üzrə fəlsəfə elmlər doktoru oldu”.

«Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslərin müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verməli olduğunu da deyən müsahibimiz deyir ki, Fərhad Qaraşovun bu fənlərdən imtahanları necə verdiyindən xəbərdar deyil: «Saytlarda yazılıb ki, Fərhad Qaraşov guya bütün imtahanları uğurla verib. Mən bunun əksini iddia etmək niyyətində deyiləm. Hər şeyi Sizin və rəsmi dairələrin üzərinə buraxıram. Xahiş edirəm, gedin bu faktı da dəqiqləşdirin, görün Fərhad

Qaraşovdan əvvəl neçə yetim-yesir müdafiə üçün növbədə olub? Bəs Fərhad Qaraşovun adı nə zaman növbəyə salınıb? Onun müdafiədən əvvəlki seminarı hansı şəraitdə və necə baş tutub? Bunları araşdırsanız, bütün qaranlıq sualların, hətta Mirdamət Sadıqovun ən yaxın adamlarından birinin seminarlarda hansı hoqqalardan çıxdığını nə qədər “haqq” aldığını da görəcəksiniz».

«Gündəm xəbər» qəzetinə daxil olan bəzi fakt və iddialarla bağlı araşdırmalarımız davam edəcək. Növbəti saylarımızda kimlərin hansı yollarla elmi ad almaları faktlarla təqdim olunacaq.

Yazıda adı çəkilənlərin mövqeyini də dərc etməyə hazırıq.

Cəfər MƏRDANOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakı meri postu uğrunda SAVAŞIRDI.... - Hazırki mövqeyini də itirə bilər...

    Bakı meri postu uğrunda SAVAŞIRDI.... - Hazırki ...

    10-07-2018, 13:27

  • 
  • Taleh Qaraşovun səhhətində yaranan problem, vəzifəzindən getməsinə səbəb ola bilər

    Taleh Qaraşovun səhhətində yaranan problem, ...

    8-08-2019, 11:00

  • 
  • İsmayıllı sakini Mirdamət Sadıqovu ifşa etdi - - ŞOK FAKTLAR (VİDEO)

    İsmayıllı sakini Mirdamət Sadıqovu ifşa etdi - - ...

    15-09-2015, 16:19

  • 
  • İcra başçısı və polis rəisi olan oğlu, kimlərin “nişangah”ına gəlib?

    İcra başçısı və polis rəisi olan oğlu, kimlərin ...

    5-02-2015, 00:12

  • 
  • Mirdamət Sadıqovun sözçüsü mövqe nümayiş etdirdi

    Mirdamət Sadıqovun sözçüsü mövqe nümayiş etdirdi ...

    6-09-2015, 18:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu