GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hərbi Prokurorluq Arzu Rəhimovun fəaliyyətini araşdıracaq

Hərbi Prokurorluq Arzu Rəhimovun fəaliyyətini araşdıracaq

Tarix: 7-02-2013, 10:42 Bölmə :Manşet Baxış: 3 756
Hərbi Prokurorluq Arzu Rəhimovun fəaliyyətini araşdıracaq

Məhz bundan sonra SHXÇDX rəisi qanuna
müvafiq formada cəzalandırıla bilər


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov bu günədək sərgilədiyi fəaliyyətilə yuxarıların ona olan etimadını doğrultmadı. Bunu sübuta yetirmək o qədər də çətin məsələ deyil. Sadəcə olaraq, son bir il ərzində müxtəlif xəstəliklər üzündən dünyasını dəyişmiş gənc əsgərlərin statistikasına, onların ölüm səbəblərinə nəzər yetirmək kifayətdir ki, A.Rəhimovun yarıtmaz kadr olduğu qənaətinə gələsən.
General-leytenantın SHXÇDX-yə, eləcə də qurumun rayon şöbələrinə özünə yaxın olan şəxsləri əsasən rəhbər vəzifələrə yerləşdirdiyini deyən məlumatlı şəxs iddia edir ki, hazırda SHXÇDX-də A.Rəhimova müxalif mövqedə dayanan, onun həyata keçirməyə çalışdığı "islahat"ların o qədər effektli olmadığını düşünən kifayət qədər ciddi qüvvələr var: "Artıq general-leytenantın özünün də bu barədə məlumatı var və elə buna görə də o, həmin qüvvələri neytarllaşdırmağa, onları bir-bir sıradan çıxarmağa çalışır. Arzu Rəhimov həmin şəxslərin hərbi xidmətə çağırış sistemində kifayət qədər təcrübəli olduqlarını nəzərə almadan, müxtəlif yollardan və himayədarlarının yardımlarından istifadə edərək onları uzaqlaşdırıb əvəzinə öz kadrlarını yerləşdirməyi planlaşdırır. Artıq ordu ilə bu və digər formada əlaqəsi olan şəxslərə məlumdur ki, Arzu Rəhimov hələ bir müddət öncə ciddi cəhdlə SHXÇDX-ni özününküləşdirməyə, onun maraqlarına cavab verməyən kadrları kənarlaşdırmağa start verib. İllərini bu sahəyə vermiş, həqiqi hərbi xidmətə çağırış sistemində kifayət qədər təcrübə toplamış bəzi şəxslərin yerinə Arzu Rəhimovun adamlarının təyin olunması bu barədə deyilənləri bir daha təsdiqləyir". SHXÇDX-ni "yağlı tikə" adlandıran məlumatlı şəxs hazırda bu qurumda mövcud olan qeyri-şəffaf mexanizmlərin rahat rüşvət yığımına yol açdığını iddia edir: "Son proseslər, eləcə də əsgər ölümünün gün keçdikcə bir qədər də artması bir daha onu təsdiqləyir ki, SHXÇDX-in ayrı-ayrı rayon şöbələri əldə etdikləri maddi marağın müqabilində xəstəliyi olan gəncləri ordu sıralarına cəlb edir, sağlam və imkanlı çağırışçıların isə müxtəlif bəhanələrlə "neqodnıy" kimi qeydiyyata düşməsinə şərait yaradırlar. Bildiyiniz kimi, SHXÇDX ötən ilin fevral ayında yaradılıb və bu günədək qurum tərəfindən düz 4 çağırış həyata keçirilib. Məhz həmin çağırışlar zamanı həqiqi hərbi xidmətə yüzlərlə vərəm və başqa yoluxucu xəstələr, psixi problemi olan şəxslər, eplepsiyadan tutmuş şizofereniyalı çağrışçılara qədər orduya göndərilirib. Üzərindən qısa müddət keçdikdən sonra ciddi xəstəliyi olan bəzi əsgərlər ya dərhal geri qaytarılıb, ya da təxris edilib". A.Rəhimovun SHXÇDX-nin rəisi vəzifəsinə gətirilməsini uğursuz addım kimi dəyərləndirən mənbənin sözlərinə görə, hazırda qurumun bir çox rayon şöbələrində ciddi nöqsanlar, rüşvət və korrupsiya faktları mövcuddur. SHXÇDX-in Suraxanı rayon şöbəsində də eyni vəziyyətin hökm sürdüyünü qeyd edən mənbə iddia edir ki, son bir il ərzində adıçəkilən qurum onlarla gənc əgsərin ölümünə səbəb olub: "Xidmətin Suraxanı rayon şöbəsində hərbi-həkim komissiyasından keçən gənc çağırışçılar xəstəlikləri olduqları halda, sağlam kimi qeydiyyatdan keçiriliblər. Hərbi xidmətə yollanandan sonra isə xəstəlikləri özünü büruzə verib. Nəticədə bir müddət sonra həmin gənc əsgərlər xidmət zamanı məhz xəstəlikdən dünyalarını dəyişiblər. Heç şübhəsiz ki, əsgər ölümünə görə, Arzu Rəhimov və onun tabeçiliyində çalışan şəxslər məsuliyyət daşıyırlar. Bunun üçün kifayət qədər əsas var. Məsələn, SHXÇDX-in Suraxanı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş Quliyev Fərid Seymur oğlu düzgün çağırılmayıb. Odur ki, bu və digər önəmli məsələlərə aydınlıq gətirilməlidir".
Artıq general-leytenant haqqında yuxarı dairələrə lazımi məlumatın verildiyini qeyd edən mənbə bildirir ki, yaxın günlərdə Respublika Hərbi Prokurorluğu tərəfindən SHXÇDX-in özündə və onun rayon şöbələrində geniş yoxlamalara başlanılacaq: "Bu ilin yanvar ayının sonlarına yaxın hərbi prokuror Xanlar Vəliyev Arzu Rəhimovun rəhbərlik etdiyi xidmətinin idarə, şöbə və bölmələrində aparılmış yoxlamaların nəticəsini açıqlamışdı. O bildirmişdi ki, yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri onlara hərbi-həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Bakının Binəqədi, Sumqayıt, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları, Lənkəran şəhər və digər rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələrilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin işlər üzrə ittiham hökmü çıxarılıb. Odur ki, qəti əminliklə demək olar ki, baş tutacaq yeni araşdırmalar zamanı da Hərbi Prokurorluq SHXDÇX-də daha bir sıra qanunsuzluqları da aşkarlayacaq. Böyük ehtimalla, məhz bundan sonra Arzu Rəhimovun layiqli şəkildə cəzalandırılması baş tuta bilər".
Malik
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arzu Rəhimovun adına şok iddia

    Arzu Rəhimovun adına şok iddia ...

    2-05-2013, 02:55

  • 
  • Arzu Rəhimov karyerasında əsgər ölümləri

    Arzu Rəhimov karyerasında əsgər ölümləri ...

    19-12-2012, 12:26

  • 
  • Səfərbərlik xidmətində daxili savaş

    Səfərbərlik xidmətində daxili savaş ...

    6-11-2013, 13:48

  • 
  • Arzu Rəhimov istefaya göndərilə bilər

    Arzu Rəhimov istefaya göndərilə bilər ...

    27-01-2013, 11:59

  • 
  • Arzu Rəhimovun yola salınması üçün qərar hazırdır

    Arzu Rəhimovun yola salınması üçün qərar hazırdır ...

    11-04-2014, 10:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu