PA rəhbəri görəvdən alınır, bu posta Kəmaləddin Heydərovun namizədliyi var
Hakimiyyət daxilində yeni siyasi balanlaşdırma prosses başlayır. Bu barədə pia.az-a daxil olan məlumatda bildirilir. Daxil olan məlumatda bildirilir ki, hələ ötən ilin sentyabr ayının sonunda yəni seçkiyə tam bir il qalmış Avropadakı siyasi inistitutlar tərəfindən təlimatlandırılmış Elşad Abdullayevin ««Gülərqeyd» əməliyyatı» başlayarkən dünya dövlətlərinin üst düzəni və BP daxil olmaqla transmilli korparasiyalar Azərbaycanı Rusiyanın təsirindən çıxarmaq üçün əməli işə keçdilər və Moskvanın bir nömrəli adamı Ramiz Mehdiyevin istefaya göndərilməsi üçün iradələrini ortaya qoydular. Sözsüz ki, bundan Rusiya da duyuq düşdü və əks hücuma keçdi. Daha dəqiqi Rusiya da «Milyarderlər İttifaqı» məsələsi ilə Azərbaycanın üzərinə yeriməyə başladı. Bununla da rəsmi Bakı odla su arasında qaldı. Bir tərəfdə Qərbin sürəkli basqısı və hökumətin antikorrupsiya komissiyasının başında duran Ramiz Mehdiyevin hədəfə çevrilməsi, eyni zamanda ölkə ictimai-siyasi fikrinin oyanışı, digər tərəfdən də Rusiyanın «Milyarderlər İttifaqı» ilə bağlı təzyiqi və hakimiyyətin bütün ranqlarına səpələnmiş Ramiz Mehdiyev tandemi hökuməti çıxılmaz vəziyyətdə qoydu. Bundan sonra Azərbaycan hakimiyyəti Ramiz Mehdiyevi qorumaq xətti seçdi və bu addım qismən Rusiya və «Milyarderlər İttifaqı»nın təzyiqlərini səngitdi. Mənbə bildirir ki, bundan sonra görürıünüz kimi, «Milyarderlər İttifaqı» əvvəlki kimi sərt mövqe sərgiləmir və təzyiqlər azalıb. Amma təhlükə tam sovuşmadığından qılınclar qınına qoyulmur ara-sıra biz də varıq deyilir. Avropa tərəf isə əksinə təzyiqləri artırır və formatı dəyişdirir. Yəni artıq Elşad Abdullayevin video bombardımanlarının ardınca piyadalar meydana buraxılır. Daha dəqiqi xalqı ayıldan Avpora və Qərb institutlarının cızdığı xətt üzrə ölkəni kütləvi aksiyalar meydanına çevriblər. Mənbənin sözlərinə görə, «Ramiz Mehdiyevin də yaranmış bu narazılıqlardan meydana çıxan aksiyalara altdan-altdan dəstək verərək əzələ nümayiş etdirmək cəhdi və rəqiblərini vurmaq niyyəti vəziyyəti daha da qəlizləşdirdi. Necə deyərlər Mehdiyev siyasət meydanının şahmat taxtasında yanlış gediş etdi. Dəqiqliyi ilə desək Mehdiyevin bilmədən düşmənin əlinə oynaması onu pat vəziyyətinə saldı. Digər tərəfdən Müdafiə Nazirliyinin Ali baş komandanı dəstəkləyən bəyanatına Ramiz Mehdiev və onun tərəfdarlarının sərt münasibəti vəziyyəti daha da sərtləşdirdi. Ramiz Mehdiyev nədənsə isə bu bəyanatdan cırnadı və özünə yaxın şəxslər və mətbuat vasitələri tərəfindən ordunun üzərinə yeridi. Bu artıq Mehdiyevin son akkordu oldu. Həmçinin Ramiz Mehdiyevin Zeynal Nağdəliyev və MTN-nin əleyhinə gizli işlər çevirməsinin də üstü açılıb. Bir yandan da Avropa Elşad Abdullayevin dilindən daha kəskin faktların ortaya qoyulacağı barədə hakimiyyəti təhdid edir. İndi hakimiyyət vaxtında Ramiz Mehdiyevi yola salmamasından çox peşiman olub və ziyanın yarısından qayıtmaq da xeyirdir prinsipini işə salıb». Daha sonra mənbə davam edir: «Dəqiqliyi şübhə doğurmayan məlumata görə gələn həftə Ramiz Mehdiyev «səhhətindəki problemlərlə bağlı» istefa verəcək. Onun yerinə isə gələcək şəxs də artıq məlumdur. 2013-cü ilin seçkilərini keçirmək və həm də hakimiyyətin böyük əksəriyyətini təşkil edən Naxçıvan klanını başsız buraxmamaq üçün Mehdiyevin yerinə Kamaləddin Heydərov gətiriləcək. Ola bilsin ki, bu məlumat mətbuatda dərc olunması pla.az-ın ziyanına işləsin. Amma inandırıcı deyil ki, hakimiyyət qəbul etdiyi bu qərardan dönsün. Əks təqdirdə hakimiyyətin öz taleyi sual altına düşə bilər»
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?