PA rəhbərinin Zeynal Natdəliyev və MTN-nin əleyhinə gizli işlər çevirməsinin də üstü açılıb; Elşad Abdullayevin daha kəskin faktları ortaya qoyacağı gözlənilir
Redaksiyamıza hakimiyyət daxilində bir sıra yenilənmələrin cərəyan edəcəyi haqda bir məqalə daxil olub. Bildirək ki, davamlı olaraq informasiyalar göndərən mənbənin fikirlərini olduğu kimi diqqətinizə təqdim etmək qərarını verdik. Beləliklə sizə də maraqlı gələ biləcək məqalədə deyilir: “Hələ ötən ilin sentyabr ayının sonunda yəni seçkiyə tam bir il qalmış Elşad Abdullayev tərəfindən “Gülərqeyt” əməliyyatı başlayarkən dünya dövlətlərinin üst düzəni və BP daxil olmaqla transmilli korparasiyalar Azərbaycanı Rusiyanın təsirindən çıxarmaq üçün əməli işə keçdilər və Moskvanın bir nömrəli adamı hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefaya göndərilməsi üçün iradələrini ortaya qoydular. Sözsüz ki, bundan Rusiya da duyuq düşdü və əks hücuma keçdi. Daha dəqiqi Rusiya da “milyarderlər ittifaqı” məsələsi ilə Azərbaycanın üzərinə yeriməyə başladı. Bununla da rəsmi Bakı odla su arasında qaldı. Bir tərəfdə Qərbin sürəkli basqısı və hökumətin antikorrupsiya komissiyasının başında duran Ramiz Mehdiyevin ifşası, eyni zamanda ölkədə ictimai-siyasi fəallığın artması, digər tərəfdən də Rusiyanın “milyarderlər ittifaqı” ilə bağlı təzyiqi və hakimiyyətin bütün şəbəkələrinə səpələnmiş Ramiz Mehdiyev tandemi hökuməti çıxılmaz vəziyyətdə qoydu. Azərbaycan hakimiyyəti Ramiz Mehdiyevi qorumaq xətti seçdi və bu addım qismən Rusiya və “milyarderlər ittifaqı”nın təzyiqlərini səngitdi. Hər kəs şahidlik etdi ki, “milyarderlər ittifaqı” əvvəlki kimi sərt mövqe sərgiləmir və təzyiqlər azalıb. Amma təhlükə tam sovuşmadığından qılınclar qınına qoyulmur, ara-sıra “biz də varıq” deyilir. Avropa tərəf isə əksinə təzyiqləri artırır və formatı dəyişdirir. Yəni artıq Elşad Abdullayevin video bombardımanlarının ardınca piyadalar meydana buraxılır. Daha dəqiqi xalqı ayıldan Avpora və Qərb institutlarının cızdığı xətt üzrə ölkəni kütləvi aksiyalar meydanına çevriblər. Bu arada Ramiz Mehdiyevin də yaranmış bu narazılıqlardan meydana çıxan aksiyalara altdan-altdan dəstək verərək əzələ nümayiş etdirmək cəhdi və rəqiblərini vurmaq niyyəti vəziyyəti daha da qəlizləşdirdi. Necə deyərlər Mehdiyev siyasət meydanının şahmat taxtasında yanlış gediş etdi. Dəqiqliyi ilə desək Mehdiyevin bilmədən düşmənin əlinə oynaması onu pat vəziyyətinə saldı. Digər tərəfdən Müdafiə Nazirliyinin Ali baş komandanı dəstəkləyən bəyanatına Ramiz Mehdiev və onun tərəfdarlarının sərt münasibəti vəziyyəti daha da gərginləşdirdi. Ramiz Mehdiyev nədənsə bu bəyanatdan cırnadı və özünə yaxın şəxslər və mətbuat vasitələri tərəfindən ordunun üzərinə yeridi. Bu, artıq Mehdiyevin son akkordu oldu. Digər tərəfdən Ramiz Mehdiyevin Zeynal Natdəliyev və MTN-nin əleyhinə gizli işlər çevirməsinin də üstü açılıb. Bir yandan da Avropa Elşad Abdullayevin dilindən daha kəskin faktların ortaya qoyulacağı barədə hakimiyyəti təhdid edir. İndi Hakimiyyət vaxtında Ramiz Mehdiyevi yola salmamasından çox peşiman olub və “ziyanın yarısından qayıtmaq da xeyirdir” prinsipini işə salıb. Dəqiqliyi şübhə doğurmayan məlumata görə, gələn həftə Ramiz Mehdiyev «səhhətindəki problemlərlə bağlı» istefa verəcək. Onun yerinə isə gələcək şəxs də artıq məlumdur. 2013-cü ilin seçkilərini keçirmək və həm də hakimiyyətin böyük əksəriyyətini təşkil edən Naxçıvan klanını başsız buraxmamaq üçün Mehdiyevin yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gətiriləcək. Ola bilsin ki, bu məlumat mətbuatda dərc olunması planın ziyanına işləsin. Amma inandırıcı deyil ki, hakimiyyət qəbul etdiyi bu qərardan dönsün. Əks təqdirdə hakimiyyətin öz taleyi sual altına düşə bilər”. Azər Talıbov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?