GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Vergilər naziri səhmdarların əmlakının talan edilməsinə şərait yaradır

Vergilər naziri səhmdarların əmlakının talan edilməsinə şərait yaradır

Tarix: 1-05-2015, 11:01 Bölmə :Manşet Baxış: 0
Vergilər naziri səhmdarların əmlakının talan edilməsinə şərait yaradır

Vergilər Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi majoritar səhmdarlara "ayrılma" adı altında minoritar səhmdarların əmlaklarını talamağa şərait yaradır. Bu barədə istiqlal.az-a səhmdar Şahin Əlizadə məlumat verib.

Onun sözlərinə görə, son zamanlarda Mülki Məcəllədə hüquqi şəxslərin ləğv olunması qaydalarına dəyişiklik ediləndən sonra artıq səhmdar cəmiyyətlərin major səhmdarları üçün cəmiyyətin ləğvi adı altında minor səhmdarların əmlaklarını mənimsəmələri xeyli çətinləşdiyindən bəzi özlərini hamıdan ağıllı sayan şəxslər minor səhmdarların əmlaklarını talamaq üçün ayrılma prossedurlarına müraciət etməyə başlayıblar. Mülki Məcəlləyə əsasən səhmdar cəmiyyətdən ayrılan yeni yaradılan hüquqi şəxs olmalıdır və ayrılan cəmiyyətə təslim verilməli əmlak məhz həmin yenidən yaradılan hüquqi şəxsə verilməlidir. Konstitusiya məhkəməsinin qərarını nəzərə alsaq belə hadisə yəni ayrılma baş verdikdə minoritar səhmdarlar öz istəyindən asılı olaraq ya iştirak paylarına uyğun yeni cəmiyyətdə təmsil olunmalıdır, ya da onlara bazar qiymətlərinə uyğyn kompensasiya ödəyərək onların cəmiyyəti tərk etmələrinə şərait yaradılmalıdır.

Səhmdar deyir ki, reallıqda isə tam başqa prosseslər baş verir: "Major səhmdarın tələbi ilə əmlak ona təqdim edilir və bu prossesə "ayrılma" adı verilir. Deyirlər ki, səhmdar cəmiyyətdən ayrılmaq istəyir və Mülki Məcəllənin 55-58-ci maddələrində ayrılma prosseduru əks olunduğundan biz bu qaydalardan istifadə edirik. Səhmdar cəmiyyətlərin qeydiyyatına cavabdeh dövlət orqanları Vergilər nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət komitəsi bu rüzvayçılığı qeydə alaraq faktiki olaraq prossesi öz himayələrinə götürürlər. Səhmdarın yalnız cəmiyyət ləğv edildiyi halda cəmiyyətdən əmlak payı almağa hüququn olması bu orqanları heç narahat etmir. Sumqayıtda yerləşən "Sumqayıt Soyuducu Baza"ASC-də ayrılma prossesi baş tutduğu zaman cəmiyyətin majoritar səhmdarı cəmiyyətin balansında olan 6149,4 kv.m. tikilidən 6104,2 kv.m. özünə götürərək digər səhmdarlara 45,2 kv.m. saxlayıb. Cəmiyyətin istifadəsində olan 23503,4 kv.m. torpaq sahəsindən 22 923 kv.m. özünə götürüb. Yəni daşınmaz əmlakın 99%-ni, istifadə olan torpaq səhəsinin 98%-ni major özünə götürüb. Halbuki həmin majoritara yalnız cəmiyyətin 82% səhmləri məxsus idi. 82 % səhmlərin yiyəsi ayrılma adı altında cəmiyyətin 99 % artıq daşınmaz əmlakını mənimsəyib və dövlət orqanları bu qanunsuzluğa şərait yaradıblar".


Onun sözlərinə görə, Avropa İttifaqının Şurasının 17 dekabr 1982-ci il tarixli 82/891/EEC nömrəli altıncı direktivinin 2-ci, 21-ci maddələrində göstərilib ki, yenidən təşkil olunan hüquqi şəxsin iştirakçılarına əmlakların və öhdəliklərin verildiyi şirkətlərdə səhmlər verilməlidir. İttifaqın üzvü olan bütün ölkələrin qanunvericiliyində bu norma öz əksini tapıb. Belə norma hətta Rusiya Federasiyasının qanunlarında da öz əksini tapıb. 2006-cı il 14 noyabr tarixində qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı"na əsasən qanunvericiliyin uyğunlaşdırılması planın 9.5-ci maddəsinə görə Avropa İttifaqının Şurasının altıncı direktivə uyğun olaraq bölünmə (ayrılma) zamanı müstəqil mütəxəssislərin iştirakı və səhmdarların hüquqlarının müdafiəsi ilə bağlı normaların AR qanunvericiliyində əks etdirilməsi nəzərdə tutulub. Dəyişikliyin edilməsinin icrası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Vergilər Nazirliyinə tapşırılıb. Həmin qurumlar da artıq altıncı direktivə uyğun dəyişikliyi qanun layihəsi şəkilində hazırlayıb prezident administrasiyasına təqdim ediblər. Lakin özləri həm hazırladığl layihəyə, həm Avropa qanunvericiliyinə, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə zidd hərəkətlərə yol verməklə majoritar səhmdarlara özgələrin əmlaklarını mənimsəməyə şərait yaradırlar.

Səhmdarın sözlərinə görə,problemlə bağlı Prezident Administrasiyasında, Milli Məclisdə qəbulda olublar: "Həmin dovlət qurumlarında bizə bildirilib ki, sənədlər Ədliyyə Nazirliyinin müvafiq qurumuna göndəriləcək və nəticə barədə bizə məlumat veriləcək. Bir neçə ay sonra Ədliyyə Nazirliyindən cavab gəldi ki, "Sumqayıt Soyuducu Baza"ASC-nin səhmdarlarının ümumi yığıncağının 10.10.2014-cü il tarixli qərarı ilə təsdiq olunmuş təhvil-təslim aktında və bölünmə balansında aktivlərin və passivlərin müvafiq hissələrinin yeni yaranan hüquqi şəxsə deyil, səhmdara keçməsi Mülki Məcəllənin tələblərinə uyğun deyil. Buna baxmayaraq Vergilər Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu istiqamətdə öz "fəaliyyətini" davam etdirir. Məsələ ilə bağlı dəfələrlə Vergilər Naziri Fazil Məmmədovun və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının qəbullarına düşməyə cəhd etməyimizə baxmayaraq bu mümkün olmayıb. Baxmayaraq ki, həmin dövrdə prezident İlham Əliyev cənabları bir neçə dəfə məmurlara vətəndaşların qəbul edilməsinə dair göstərişlər verib. Birinci şəxslərin qəbuluna düşə bilmədiyimiz üçün bu günə bu problemə dair nə nazirliyin nə də komitənin yekun son mövqeyini öyrənə bilmirik. Ortada oan fakt ondan ibarətdir minor səhmdarların əmlakları talan edilir, bu prosses tam qanunvericiliyə ziddir, bəzi dövlət orqanları bu prossesi dəstəkləyir və qeydiyyat orqanlarının birinci şəxsləri vətəndaşları qəbul etmirlər. Biz bundan sonra da qəbula düşməyə cəhdlərimizi davam etdirəcəyik və Prezident Administrasiyana bu özbaşnalığa son qoyulması təkrar müraciətlər edəcəyik."

İstiqlal.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qazaxda  səhmdarların  etirazi

    Qazaxda səhmdarların etirazi ...

    29-12-2012, 10:48

  • 
  • Vergilər naziri Kərəm Həsənovun "bazarını" bağlaya biləcəkmi? - 10 MİLYONLAR TALANIR

    Vergilər naziri Kərəm Həsənovun ...

    22-05-2018, 21:30

  • 
  • Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir?

    Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir? ...

    27-02-2014, 16:32

  • 
  • Tağı Əhmədov işdən çıxarıldı

    Tağı Əhmədov işdən çıxarıldı ...

    27-02-2014, 14:43

  • 
  • Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları - Şok faktlar

    Kərəm Həsənovun özəlləşdirmə və ASC ...

    26-05-2016, 22:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu