GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları - Şok faktlar

Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları - Şok faktlar

Tarix: 26-05-2016, 22:02 Bölmə :Siyasət Baxış: 0
Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları - Şok faktlar

Minoritar səhmdarlar ASC-lərin əmlaklarının və gəlirlərinin necə talandığını açıqladılar

“Nə qədər ki, Kərəm Həsənov öz əməllərinə son qoymayıb, Azərbaycan xalqı özəlləşmədən kənarda qalacaq”

Mərhum prezident Heydər Əliyev 25 mart 1996-cı ildə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının yerinə yetirilməsini və özəlləşdirmə prosesində vətəndaşların fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədilə, 451 saylı sərəncam imzalamışdı. Əhaliyə bu məqsədlə adam başına bir ədəd özəlləşdirmə payı verilsə də, ondan necə istifadə etmək haqda maarifləndirmə çox kasad olduğundan, əhalinin əksəriyyəti öz paylarını “qara bazar”da satdı. Ötən 20 il ərzində ölkədə aparılan özəlləşdirmə prosesi özünü doğrultmadı. Respublikada gedən iki özəlləşdirmə proqramında doqquz milyon əhalinin cəmi 1%-i belə iştirak etməyib. Yəni vur-tut təxminən 10 minə yaxın adam əmək kollektivinə düşən 15%-in 1-2%-ni əldə edib.

Məmurlar ASC-lərin yerində göydələnlər inşa etdirməklə özəl sektoru məhv etdilər
Respublikada keçirilən ixtisaslaşdırılmış çek hərracları bir neçə regionda fəaliyyət göstərsə də, əsasən paytaxtda keçirilən auksion mərkəzinə üz tutan Azərbaycan vətəndaşlarına bir ədəd özəlləşdirmə payından əlavə istifadəyə qeyri-qanuni qadağalar var idi. Bununla bağlı vətəndaşlar müxtəlif dövlət orqanlarına müraciətlər etdikdən sonra bürokratik əngəlləri aşaraq, bir neçə Cəmiyyətin özəlləşməsində iştirak etməyə nail olublar.

Lakin ixtisaslaşmış çek hərraclarında bürokratik əngəllərə sinə gərərək, öz paylarından səmərəli istifadə etməyə nail olan vətəndaşların səhmləri bu günə kimi müxtəlif hiylələrlə dəyərindən qat-qat aşağı qiymətə əllərindən çıxarılıb. Bu səhmdarların çox cüzi hissəsi öz hüquqlarını bilir. Həmin səhmdarlar mülkiyyət hüquqlarının sahibkarlar tərəfindən kobudcasına pozulması, üzləşdikləri çətinliklərlə bağlı əlaqədar dövlət orqanlarına etdikləri müraciətlərə görə, ƏMDK-nin sədri Kərəm Həsənov, Qiymətli Kağızlar Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, Vergilər naziri Fazil Məmmədov və digər əlaqədar dövlət məmurlarının lap “baş ağrısına” çevriliblər.

Səhmdar cəmiyyətlərə yatırdıqları sərmayələrin gəlirindən məhrum olan minoritar səhmdarların mülkiyyət hüquqları majoritar səhmdarlar tərəfindən kobud şəkildə pozulur. Özəl cəmiyyətləri öz monopoliyasında saxlayan dövlət məmurları ASC-lərin yerində “göydələn”lər inşa etdirməklə, özəl sektoru bərbad vəziyyətə salıblar.

Beləliklə də ölkədə indi nəticəsi göz qabağında olan böyük bir işsizlər ordusu yarandı. İş yerləri qapadıldı, fabrik və zavodlar talan edildi. Özəlləşən dövlət mülkiyyətləri məmurların nəzarətinə keçdikdən sonra şəhərin mərkəzində yerləşən ASC-lərin ərazisində minoritar səhmdarlarla hesablaşmadan, yəni onlara çatası kompensasiyanı ödəmədən, yaşayış binaları inşa edildi. Majoritar səhmdarlar buna “əyri yollarla”, hüquqşünasların “əməyi nəticəsində” ləğvetmə qərarı qəbul edərək, ASC-ləri qeyri-qanuni yollarla məhv edərək nail oldular.
Hələ bu günə kimi heç bir minoritar səhmdara istər sahibkarlar, istərsə də dövlət tərəfindən səhmdar cəmiyyətlərin ərazisində inşa olunan və kvadratı 1000 azn-dən yuxarı qiymətə satılan binaların satışından gələn gəlirdən 0,1 azn belə ödənilməyib. Məsələn, “Bakı Taksopark-1”in yerində “Yeni Həyat” şirkətlər qrupu tərəfindən 10 ədəddən çox 30 mərtəbəli yaşayış binaları inşa edilib.

“Trikotaj ASC”-nin 2,5 ha ərazisində və “Dondurma kombinatı S.Babayev” ASC-yə məxsus 1 ha ərazidə “Port Baku” tikinti kompleksi və “Paşa Holding”ə məxsus bahalı yaşayış binaları inşa olunub.
“İnturist” ASC, “Səbail Mebel” ASC, “Xətai Tikinti Sənaye” ASC, “Şirniyyat” ASC-nin, “Avto-Ekspress” ASC-nin ,”Qızıl Şərq Mətbəəsi” ASC-nin,”Təchizat AZB” ASC-nin, “ANM” ASC-nin ərazilərində isə “Akkord” Şirkətlər Qrupu nəhəng yaşayış binaları inşa edib.

“Ekspress İnşaat” ASC-nin, “Azərağackağız” ASC-nin, eyni zamanda “Çörək Nəqliyyat” ASC-nin 1 ha-dan çox ərazisində nəhəng “göydələn”lər inşa olunub.

”Bakı Quşculuq” ASC-nin 45 ha ərazisində ABB-nın sabiq prezidenti Cahangir Hacıyevlə “AZAL”-ın prezidenti Cahangir Əsgərovun ortaq olduğu villalardan ibarət nəhəng yaşayış massivi salınıb.

“Bakı Süd” ASC və “Arzu” ASC-nin 3 ha-dan artıq ərazisində “Şəhər Bağları” yaşayış kompleksi, “Billur” ASC-yə məxsus (keçmiş şüşə zavodu) 3 ha yaxın ərazidə, “İnturavto” ASC-nin 0,5 ha ərazisində 18 mərtəbəli yaşayış binaları inşa olunub.

Hazırda həbsdə olan oliqarx Cahangir Hacıyevə məxsus “Bakı Dəmir-Beton-7″-nin ərazisində “Yeddi Təpə” tikinti kompleksinin inşası yarımçıq qalıb.

“Novruz” ASC-nin ərazisində “Novruz” şadlıq sarayı, ”Uşaq Sevinci” ASC-nin 1 ha-dan çox ərazisində “Nurgün Motors”-a məxsus maşın bazarı fəaliyyət göstərir

”Azərnəqliyyatyoltikinti” ASC-yə məxsus mülk, dağıdılaraq yerində istirahət mərkəzi salınıb…
Odur ki, səhmdarlar sərmayə yatırdıqları ASC-lərdən gələn xalis mənfəətdən, kredit oliqarxlarının sayəsində məhrum olublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlliylə bağlı keçirdiyi sonuncu müşavirədə ökəni ağır vəziyyətdən çıxarmaq üçün aparılacaq islahatların dərinləşəcəyini vurğuladı, məmur özbaşınalıqlarını kəskin tənqid etdi.

Ölkə başçısı beynəlxalq ekspertlərin iştirakı ilə böyük özəlləşdirmə proqramının hazırlanması, bu işə yerli və xarici investorların cəlb olunması və iqtisadiyyatın canlanması üçün biznes mühitinin yaxşılaşdırılması məqsədilə mühüm tapşırıqlar verdi.

Özəlləşdirmə hərraclarında yüzlərlə səhmdar cəmiyyətə külli miqdarda vəsait yatıran minoritar səhmdar Vəzir Rəcəbov, mojaritar səhmdarları gəlirləri gizlədərək, həm dövlətin büdcəsinə çatacaq vəsaiti, həm də minoritar səhmdarlara xalis mənfəətdən çatacaq dividenti müxtəlif maliyyə maxinasiyaları ilə gizlətməkdə suçlayır. Qanuna görə, hər bir səhmdar cəmiyyətin icra orqanı ötən ilin yekununa dair maliyyə-təsərüfat fəaliyyəti barədə ildə bir dəfə cari ilin ilk 6 ayı ərzində səhmdarların illik ümumi yığıncağını çağırmalıdır və səhmdarlara hesabat verməlidir.

Lakin başda ƏMDK-nin sədri Kərəm Həsənov olmaqla, səhmdar cəmiyyətləri öz monopoliyasında saxlayan yüksək çinli dövlət məmurları, nəzarətlərində olan ASC-lərin illik hesabatını minoritar səhmdarlardan gizlətmək üçün, 40-dan çox ASC-nin səhmdarlarının ümumi yığıncağını iyun-iyul aylarında bir gündə, eyni saatda və müxtəlif məkanlarda keçirdirlər.

Məqsəd isə eynidir: saxta protokol tərtib edərək, etdikləri maxinasiyaları ört-basdır etmək! Səhmlərinin 30%-i dövlətdə olan ASC-lərdən gələn gəlirlər isə tamamilə büdcədən və səhmdarlardan gizlədilir. Əsasən 30 %-i dövlətdə olan cəmiyyətləri ƏMDK-nin işçiləri idarə edirlər.
Məsələn, ölkə başçısının 18 yanvar müşavirəsinin səhəri günü “Ucar Tikinti Nəqliyyat” ASC-nin 44,9 % səhm paketinin sahibi, ƏMDK-nın Dövlət Əmlakının İdarə Edilməsi və Səmərəli İstifadəsinə Nəzarət Şöbəsinin müdiri İlham Abbas oğlu Pənahov və 45,8% paket sahibi Bəhruz Ağakərim oğlu Rəhimovun qəsdən gəlməmələri səbəbindən səhmdarların iclası baş tutmayıb.

Müxtəlif regionlardan Ucara yollanan minoritar səhmdarlar bu çətin vaxtda paket sahiblərinin onlara qarşı etinasızlığına görə, RİH-nin işçisi Vaqif Mehdiyev və ƏMDK-nin 10 saylı filial müdirinə müraciət etməli olublar. Lakin səhmdarların şikayəti dövlət məmurları tərəfindən cavabsız qalıb.
Səhmdar Vəzir Rəcəbovun iddiasına görə, nə qədər ki, ƏMDK-nin sədri Kərəm Həsənov öz qanunsuz, özbaşına əməllərini davam etdirir və ona dövlət orqanları tərəfindən ciddi nəzarət olunmur, bu sahədə heç bir irəliləyişdən söhbət gedə bilməz.

Dövlətin nəzarətində olan 600-dən çox ASC-nin səhmdarı olmasına baxmayaraq, bu günə kimi minoritar səhmdarlara bir qəpik də dividend ödənilmədiyini önə çəkən V.Rəcəbov qeyd etdi ki, Kərəm Həsənovun müxtəlif maxinasiyalarla hansısa çobanın və yaxud çəkməçinin, o cümlədən yaxın adamlarının adına sənədləşdirdiyi səhmdar cəmiyyətlərin fəaliyyəti Vergilər Nazirliyinin əməkdaşları tərəfindən “təmənnasız” şəffaf yoxlanılarsa, büdcəyə nə qədər ziyan vurduğu üzə çıxar.
11.11.2015-ci il tarixdə “Bakı Yüngül Konstruksiya” ASC-nin növbədənkənar iclası keçirildi. ƏMDK-nin sədr müavini Rüstəm Şahbazovun yaxın adamı sayılan Sahib adlı şəxs, iclasın qərarı olmadan, özünü İdarə Heyətinin sədri elan etdi.
Lakin səhmdarların reyestrinin köhnə tarixlə olduğunu bilən minoritar səhmdarlar iclası qeyri-qanuni hesab etdilər. ASC-nin İdarə Heyətinin sabiq sədri Ərzuman müəllim iddia edirdi ki, onu ƏMDK-nin DƏİSİN-nin şöbə müdiri İlham Pənahov əsassız olaraq işdən kənarlaşdırıb.

Özünün də bu vəzifəyə ƏMDK tərəfindən təyin edildiyini vurğulayan Ərzuman müəllim, Kərəm Həsənovun səhmdar cəmiyyətlərin gəliri və büdcədən yayınma ilə bağlı hiylələrini açıb tökdü. Onun sözlərinə görə, Kərəm Həsənov və onun işçiləri Vergilər Nazirliyinin bəzi “üzdəniraq” əməkdaşları ilə əlbir olaraq, səhmdar cəmiyyətlərin vergi ödənişlərini 5 ildən bir silməklə, büdcəyə külli miqdarda ziyan vururlar. Onun sözlərinə görə, “Bakı Yüngül Konstruksiya” ASC-nin 89.000 AZN vergi borcu da elə bu yolla silinir.
Əvəzində isə, VN-nin əməkdaşına 3-5 min arası rüşvət ödənilir. Bu yolla Kərəm Həsənov nəzarətində olan ASC-lərin ərazilərindən icarə hesabına götürdüyü gəlirləri də həm səhmdarlardan, həm də büdcədən öz əlaltıları vasitəsilə gizlədərək, mənimsəyir. Məsələn, uzun illərdir özəlləşən H.Z.Tağıyev adına “Toxucu Kombinatı” ASC-nin, təxminən 1000 nəfər səhmdarı var. Lakin ASC bir neçə hektar ərazisində icarədən götürdüyü gəlirlərdən səhmdarlara 1 qəpik belə dividend ödəmir. Uzun illər ərzində ƏMDK-nin əməkdaşı Elmin cəmi bir dəfə – 2014-cü ilin dekabrında səhmdarların ümumi yığıncağını keçirib. Bu iclasda isə səhmdarlara ASC-nin söküləcəyi və yerində binalar inşa ediləcəyi barədə məlumat verib. 15 ilə yaxındır özəlləşən ASC-ni ƏMDK-nin əməkdaşları Elçin və Vüqar adlı şəxslər idarə edir.

Çinar Soyuducuları ASC-nin bir neçə hektar ərazisi və anbarları, sexləri müxtəlif sahələr üzrə icarədədir. Səhmdarların dediyinə görə, təkcə Çinar Soyuducuları ASC-dən Kərəm Həsənov ayda 120 MİN MANAT vəsait götürür və bu vəsait büdcədən və səhmdarlardan gizlədilir!

Bütün bunlar göstərir ki, K.Həsənov nəzarətində olan ASC-lərin mülkiyyətini, ərazisini yüksək qiymətə icarəyə verib, çox cüzi qiymətə sənədləşdirməklə, həm büdcəyə, həm də minoritar səhmdarlara külli miqdarda ziyan vurmaqla məşğuldur!

Bu barədə geniş məlumata malik olan V.Rəcəbov qeyd edir ki, dəfələrlə Kərəm Həsənov və onun əlaltılarının ASC-ləri talan etməsilə bağlı dövlət orqanlarına şikayət etsə də, heç bir nəticə olmayıb. “Kərəm Həsənovun hansı hiylələrini deyim sizə? Məsələn, ASC-ləri özəlləşdirərkən, cəmiyyətləri süni şəkildə 3 dəfə hərraca çıxarmaqla, nizamnamə kapitalını dəyərindən qat-qat aşağı qiymətə sənədləşdirərək dövlətə külli miqdarda ziyan vurub. Lakin çox cüzi qiymətə sənədləşdirdiyi ASC-ləri sahibkarlara çox yüksək bazar qiymətinə satmaqla, işıq sürətilə hədsiz dərəcədə varlanıb.
K.Həsənovun nəzarətində olan ASC-lərin əksəriyyətinin hüquqi ünvanlarında ya “göydələn”lər tikilib, ya da müxtəlif məqsədlərə görə sökülüb. Hansı ki, Mülkü Məcəlləyə görə, ASC-lərdə səhmdarların razılığı olmadan heç bir söküntü olmamalıdır. Sökülən səhmdar cəmiyyətlərdən mənimsədiyi külli miqdarda vəsaitdən minoritar səhmdarlara heç bir kompensasiya ödəmir. Odur ki, ölkə başçısının yanvarın 18-də elan etdiyi böyük özəlləşmə prosesinə başlanılacağı haqqında məlumatı eşitdikdə, məndə ilk təəssürat belə oldu ki, nə qədər ki, Kərəm Həsənov Əmlak Komitəsinin başındadır və öz qanusuz əməllərinə son qoymayıb, Azərbaycan xalqı bu özəlləşmədən də kənarda qalacaq”.


AzPolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun “kərə qulaq" etdiyi dövlət əmlakları - İLGİNC GƏLİŞMƏ

    Kərəm Həsənovun “kərə qulaq" etdiyi dövlət ...

    1-08-2019, 18:42

  • 
  • Kərəm Həsənovun yeni özəlləşdirmə maxinasiyaları

    Kərəm Həsənovun yeni özəlləşdirmə maxinasiyaları ...

    27-12-2012, 08:50

  • 
  • Kərəm Həsənovun yalanları

    Kərəm Həsənovun yalanları ...

    26-12-2012, 13:07

  • 
  • Özəlləşdirmə qanununda dəyişiklik edildi

    Özəlləşdirmə qanununda dəyişiklik edildi ...

    28-11-2013, 21:29

  • 
  • İlham Əliyev Kərəm Həsənovun səlahiyyətini əlindən aldı - rəsmi

    İlham Əliyev Kərəm Həsənovun səlahiyyətini ...

    20-05-2016, 01:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu