GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Dörd dostun meşədə törətdiyi cinayət

Dörd dostun meşədə törətdiyi cinayət

Tarix: 22-05-2015, 13:49 Bölmə :Manşet Baxış: 0
Dörd dostun meşədə törətdiyi cinayət


Quldurluqda təqsirli bilinən dostlara ağır cəzalar verildi

Sumqayıt Apellyasiya Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Yaşar Ərzimov, Alxas Şixmətov, Albert Ağabəyov və Feruz Daşdəmirovun apelyasiya şikayətlərinə baxılıb.

İttihama görə, təqsirləndirilən şəxslər Səlahəddin Əmrullayevin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə onun 75 manatını götürüblər. Yaşar Ərzimanov 9 may 2013-cü il tarixdə, saat 15.00-da Qusar şəhər avtovağzalında rastlaşdığı rayonunun Əniğ kənd sakini Səlahəddin Əmrullayevin mobil telefon almaq məqsədi ilə pul olduğunu bilib. O, zərərçəkmişi digər təqsirləndirilənlər - Alxas Şixmətov və Albert Ağabəyova təqdim edib. O, Səlahəddinin telefon almaq istədiyini və bu məqsədlə pulunun olduğunu bildirib.

Alxas Şixmətov və Albert Ağabəyov Səlahəddin Əmrullayevi telefon satacaqları adı ilə aldadaraq, onu Qusar şəhər avtovağzalından Qusar-Xudat yolunun sol tərəfində yerləşən Yeni Yaşayış Massivinin yaxınlığındakı meşənin kənarına piyada aparıblat. Onlar orada Səlahəddin Əmrullayevin qolunu buraraq onu yumruqla bir dəfə vurublər. Dəstə üzvləri üzərlərində gəzdirdikləri bıçaqla hədələyərək, onun cibində olan 75 manat pulunu götürüblər və birlikdə Feruz Daşdəmirovun idarə etdiyi VAZ-21074 markalı avtomobilə hadisə yerindən uzaqlaşıblar.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci (quldurluq) maddələri ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan

Yaşar Ərzimovun vəkili apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.

“Məndən 10 manat borc pul istədi”

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Yaşar Ərzimanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, mayın 9-da dostu Namiklə Qusar şəhər avtovağzalında çayxanada çay içərkən “Nokia N73” markalı mobil telefonunu satmaq istədiyini bildirib: “Həmin vaxt çayxananın yanından keçən tanışım Səlahəddini gördüm. Ona yaxınlaşaraq, Qusar şəhərinə nə məqsədlə gəldiyini soruşdum. Səlahəddin mobil telefon almaq istədiyini dedi. Mən də “Nokia-N73” markalı mobil telefonunum olduğunu, həmin telefonu 30 manata satmaq istədiyini dedim. Sonra isə 25 manata da satmağa razılaşacağımı bildirdim. Bu zaman Səlahəddin satmaq istədiyim mobil telefonun ucuz qiymətə təklif olunmasını əsas gətirərək, həmin telefonun oğurluq olmasından şübhələndi və buna görə də telefonu almadı. Bundan sonra Səlahəddinlə birlikdə Namikin yanına qayıtdım. Həmin vaxt tanışlarım Alxas və Albert ora gəldi. Alxas məndən 10 manat borc pul istədi. Ona pulumun olmadığını dedim. Buna görə də Alxas Namikdən pul istədi. Lakin Namik də pulunun olmadığını bildirdi. Bundan sonra Alxas və Albertə, Səlahəddini təqdim edərək, onun telefon almaq istədiyini və bu məqsədlə pulunun da olduğunu dedim. Alxas və Albert evlərində bir neçə mobil telefon olduğunu bildirdi və Sələhəddin də onlar qoşularaq getdi. Bundan sonra hadisələrdən xəbəri olmayıb. Sonradan isə Səlahəddinlə polis işçisi gələrək məni polis şöbəsinə apardılar”.

“Baş verən hadisələrdən xəbərim olmayıb”

Yaşar Ərzimanov daha sonra deyib ki, tanışları Alxas və Albert idman yarışından qayıdırdılar: “Onların evlərinə qayıtmağa yol pulları olmadığından məndən pul istədilər. Mənim də pulumun olmadığını və əvəzində mobil telefonumu sataraq onlara pul verə biləcəyimi dedim. Zərərçəkmiş şəxslə dağda bir yerdə işləmişik, zərərçəkmiş şəxs mənə avtovağzalda yaxınlaşaraq mobil telefon almaq istədiyini bildirdi. Alxas və Alberti də zərərçəkmiş şəxslə tanış etdim. Alxas və Albert zərərçəkmiş şəxsə onlarda satılıq bir neçə telefon olduğunu bildirdilər və zərərçəkmiş şəxs də onlara getdi. Sonra baş verən hadisələrdən xəbərim olmayıb. Zərərçəkmiş şəxsi sonradan polis şöbəsində görmüşəm. Həmin vaxt zərərçəkmiş şəxsin üzərində hər hansı bir zorakılıq əlamətinin olmasını görməmişəm. İzahatım alındıqdan sonra zərərçəkmiş şəxslə birlikdə polis şöbəsindən buraxdıq”.

“10 manat borc istədim”

Digər təqsirləndirilən Alxas Şixmətov bildirib ki, may ayının 9-da Qusar şəhər avtovağzalında Albertlə görüşüb və bazarın qarşısındakı çayxanaların birində emək yeyərkən həmin vaxt Feruzla zəngləşiblər. Feruz da idarə etdiyi avtomobillə avtovağzalın ərazisində olduğunu bildirdi. Çayxanadan çıxaraq Feruzun olduğu yanacaqdoldurma məntəqəsinin yanına gəldik. Onun avtomaşını ilə bir az gəzdik. Saat 15.00-da yaşadığım Mucuq kəndinə gedən avtobus yola düşdüyündən və bizdə yol pulu qalmadığından avtovağzalda Yaşarla görüşdüm. Ondan 10 manat borc istədim. Yaşar pulunun olmadığını bildirdiyindən Namikə müraciət etdim. Namik də pulunun olmadığını bildirdi. Sonra Yaşar Albertə yanında dayanan Səlahəddini təqdim edərək onun telefon almaq istədiyini və pulunun da olduğunu

dedi. Alberti kənara çəkərək Səlahəddində telefon almaq üçün olduğu pulu götürərək qaçmağı təklif etdim”.

“Meşənin içi ilə qaçdıq”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu məqsədlə Səlahəddini aldadaraq avtovağzaldan kənara, heç kimin olmadığı bir yerə aparmağı məsləhət görüb: “Bundan sonra Yaşar, Namik və Səlahəddinin yanına qayıtdıq. Səlahəddini Şərifov küçəsində yerləşən telefon mağazasında telefon satacağımız adı ilə aldadaraq avtovağzalın ərazisindən Şərifov küçəsindəki dairənin yanına çıxdıq. Həmin vaxt Albert və Səlahəddinlə birlikdə piyada Qusar-Xudat avtomobil yolunun başlanğıcı olan Şərifov küçəsi ilə Xudat şəhəri istiqamətinə yollandıq. Namiklə Yaşar isə dairənin yanında qaldılar. Albert Səlahəddinlə birlikdə Qusar-Xudat yolunun sol tərəfində yerləşən Yeni Yaşayış Massivinə çataraq Səlahəddini yaxınlığındakı meşənin kənarına apardıq. Orada Albert ilə birlikdə Səlahəddinin qolunu buraraq cibində olan 54 manatını aldıq. Daha sonra meşənin içi ilə qaçaraq Qusar-Xudat yolunun sol tərəfində olan və “MM” restoranı ilə üzbəüz yolun əks tərəfində yerləşən sürücülük kursları keçirilən yerin həyətinə, oradan isə Qusar-Xudat avtomobil yoluna çıxdıq. Orada içərisində Yaşar və Namikin də olduğu Feruzun idarə etdiyi avtomobilə əyləşdik. Feruz oraya özünə məxsus olan VAZ “2107” markalı avtomobillə gəlmişdi. Hadisədən sonra Yaşar mənə zəng vurdu və Səlahəddindən pulu alıb-almadığımızı soruşdu. Ona Səlahəddindən pulu aldığımızı bildirdim. Yolda ikən Yaşar “MM” restoranın yanında Qusar şəhəri, Şərifov küçəsindəki yol dairəsinin yanında avtomobildən düşdü, Səlahəddin Əmrullayevlə özünün danışacağını, götürülən puldan 15 manatı Feyruz Daşdəmirova verməyi, qalan pulu isə

özünün götürəcəyini bildirdi. Namik isə Feruzun idarə etdiyi avtomobildən Şərifov küçəsindəki yol dairəsinin yanında düşdü”.

“Pulu bölüşmək üçün Yaşara zəng vurdum”

Alxas Şixmətov bildirib ki, onlar daha sonra birlikdə Qusar rayonunun Hil kəndinə yola düşüblər: “Yolda olanda Albert həmkəndlisi Omiklə zəngləşdi və ondan Bakı şəhərində iş olub-olmamasını soruşdu. Omik də iş olduğunu dedi. Albert də birlikdə Bakı şəhərinə getmək qərarına gəldi. Feruz da avtomobilini Albertin yaşadığı Hil kəndində evinin qarşısına sürdü. Albert isə avtomobildən düşərək evindən paltarlarını götürdü. Biz birlikdə yenidən Qusar şəhərinə qayıdaraq orada Mərkəzi Rayon Xəstəxanasının qarşısında Feruzun idarə etdiyi avtomobildən düşdük. Bu zaman pulu bölüşmək üçün Yaşara yenidən zəng vurdum. Lakin Yaşara zəng çatmadığından görüşə bilmədik. Buna görə də Yaşara pul verə bilmədim. Yaşarla aramızda olan razılığa görə, götürdüyümüz pulu Yaşara verməli, Yaşar isə həmin puldan 10 manat qaytarmalı idi. Bundan sonra Feruza bizi Qusar rayonunun Hil kəndinə aparıb-gətirdiyi üçün həmin puldan 15 manat verdik. Qalan pulu isə Albertlə birlikdə Bakı şəhərinə gedən avtobusa yol pulu kimi verdik. Qalan pulu isə siqaret və ərzağa xərcləmişik.Özümü yalnız Səlahəddin Əmrullayevdən Albertlə birlikdə 54 manat pulu almaqda təqsirli bilirəm. Hadisəni törədərkən bizdə bıçaq olmayıb. Hadisə zamanı Səlahəddin Əmrullayevi yumruqla vurmamışam”.

Hakimlər tərəflərin fikirlərini öyrənəndən sonda Yaşar Ərzimanovun apelyasiya şikayətinin təmin edilməsi barədə qərar elan ediblər. Qərara görə, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrindən həmin

məcəllənin 180.2.1, 180.2.4-cü maddələrinə tövsif edilib. Məhkəmə Yaşar Ərzimovun cəzasını 4 ilə endirib. Hökm qalan hissədə dəyişdirilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qusar sakini donvurmadan öldü

    Qusar sakini donvurmadan öldü ...

    9-12-2013, 23:59

  • 
  • Qusarda naməlum avtomobil 33 yaşlı piyadanı vuraraq qaçıb

    Qusarda naməlum avtomobil 33 yaşlı piyadanı ...

    11-11-2013, 10:31

  • 
  • Hoteldə cinayət törədənlərin apelyasiya məhkəməsi başladı

    Hoteldə cinayət törədənlərin apelyasiya məhkəməsi ...

    16-04-2015, 12:19

  • 
  • Manat, dollar, qızıl, mobil telefon, sənədlər... – Zaur Rzayev saxlanıldı

    Manat, dollar, qızıl, mobil telefon, sənədlər... ...

    1-12-2018, 17:07

  • 
  • Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

    Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli ...

    12-12-2018, 11:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu