GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanlılar İqdırı kürdlərə uduzur

Azərbaycanlılar İqdırı kürdlərə uduzur

Tarix: 24-05-2015, 21:02 Bölmə :Manşet Baxış: 0
Azərbaycanlılar İqdırı kürdlərə uduzur

Soydaşlarımızın çoxluq təşkil etdiyi Qars və İqdırdan son xəbərlər

Türkiyənin Ərzurum, Qars və İqdır vilayətinə səfərimiz zamanı bəzi məqamları oxucularımızla bölüşmək qənaətinə gəldik. Qədim türk torpaqlarını ziyarət edərək bu ərazilərdə ermənilərin törətdiyi vəhşiliyin bilavasitə şahidi olduq. Öncə qeyd edək ki, Ərzurum, Qars və İqdırda ermənilərin törətdiyi vəhşiliyin anoloji nümunələrini yağı düşmən Azərbaycanda da həyata keçirib. Məsələn, vaxtı ilə Bakıda, Qubada, İrəvanda, Zəngəzurda, Qarabağda ermənilər hansı vəhşilik həyata keçiribsə, Ərzurum, Qars və İqdırda da eyni ssenari üzrə insanları qətlə yetirib, məscidlərə dolduraraq yandırıb, hamilə qadınların qarnını yarıb. Ərzurum yaxınlığında olan Beyrutda ermənilərin əlindən dağlara qaçan onlarla gənc qız və gəlin ismətlərini qorumaq məqsədilə özlərini diri-diri quyuya ataraq öldürüb. Erməni vəhşiliyi bu ərazilərdə hələ də, izlərini saxlamaqdadır.

Ərzurum-Koroğlunun vətəni

Erməni vəhşiliyinə bilavasitə şahidlik edən Ərzurum bütün bu qırğınlara baxmayaraq hələ də, başını dik tutaraq saxlayır. Şəhər hər tərəfdən dağlarla əhatə edilib. Başı qarlı dağlar sanki Ərzurumun erməni zülmündən nələr çəkdiyinə işarə edir, bu səbəbdən də, başının ağardığı təəssüratını yaradır. Bununla belə şəhərdə qaynar həyat öz axarı ilə davam edir. Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən Ərzurum şəhərinin 400 mindən çox əhalisi var. Şəhər kəndləri və qəsəbələri ilə birlikdə 800 min nəfərdən ibarətdir. Əsas məşğuliyyət növü isə ticarətdir. Kəndlərdə isə daha çox maldarlıq və əkinçilik sahəsinə üstünlük verilir. Siyasi hərarətin yüksək həddə olduğu Türkiyədə ərzurumlular Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləyir. Bu səbəbdən də, seçkilərdə Ərzurumun bələdiyyə başqanı və millət vəkilləri AKP-dən seçilib. Ərzurum Türkiyənin dindar şəhərlərindən biri hesab olunur. Şəhərdə gecə klubları, barlar fəaliyyət göstərsə də, sayı çox deyil. Buradakı mağazalarda spirtli içki tapmaq, ondan açıq şəkildə

istifadə etmək elə də asan məsələ deyil. Şəhərdə gündəlik 12 qəzet nəşr edilir. Qəzetlərin əksəriyyətinin mətbəəsi var. Gündəlik qəzetlər 5-6 min tirajla rəngli çıxır və 20-30 qəpiyə satılır. Ərzurumda yüksək mərtəbəli binalar, göydələnlər yoxdur, əsasən 5 mərtəbəli binalar tikilir. Şəhər dağların qoynunda dağınıq formada uzanır. Ərzurum dövlət universitetində isə 150 mindən çox tələbə təhsil alır. Bu rəqəm ümumilkdə Azərbaycanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin sayından çoxdur. Ərzurum Azərbaycan nağıllarında Koroğlunun vətəni kimi təqdim edilir...

Ərzurumda abidə kompleksi qurulacaq

Ərzurum Böyükşəhər Bələdiyyəsinin başqanı Mehmet Sekmenlə görüşüb fikir mübadiləsi apardıq. Bizi böyük sevinclə qarşılayan bələdiyyə başqanı dedi ki, iki dövlətin dostluğu və qardaşlığı illər əvvəl başlayıb və indi də davam edir. Bakıda olduğunu deyən M. Sekmen paytaxtımızın inkişaf etdiyini vurğuladı: “Azərbaycanın Qarabağ problemi var, əraziləri işğal edilib və biz bu işğalı qınayırıq. Burada, bizə zülm edən ermənilər olub, indi isə bizə qarşı soyqrım kampaniyası aparırlar”.

Bələdiyyə başqanı rəhbərlik etdiyi qurum haqqında da danışıb. Deyib ki, bələdiyyə əsasən su, kanalizasiya, yolların təmiri, təmizlik fəaliyyəti ilə məşğul olur: “Ümumilikdə bələdiyyənin 2 minə yaxın əməkdaşı var. Bələdiyyənin illik büdcəsi 537 milyon türk lirəsi təşkil edir. Bunun 30 faizi əmək haqlarına, 60 faizi yatırımlara, 10 faizi isə digər xərclərə sərf edilir. Bələdiyyə planlaşdırır ki, Ərzurumda Xocalıda qətl edilənlərlə bağlı abidə kompleksi qursun”.

Qarsda tələbələrimizin yaşamaq problemi yaranıb

Ərzurumdan fərqli olaraq Qars bir qədər kiçik şəhərdir. Qars da dağların ətəyində yerləşir. Ərzurumla müqayisədə Qarsda çoxlu sayda azərbaycanlı yaşayır. Soydaşlarımız vaxtı ilə erməni zülmündən qaçaraq bu ərazilərdə məskunlaşıb. Azərbaycanlılar şəhərin ictimai-siyasi

həyatında xüsusi rola malikdir. Onların babaları əsasən İrəvan ətrafı kəndlərdən və Borçalıdan gələnlərdir. Hazırda Qarsın bələdiyyə başqanı azərbaycanlıdır və əslən İrəvandandır. Erməni zülmü haqqında geniş bilgilərə malikdir. Bu şəhər qış fəslində 20-30 dərəcə şaxtalar yaşayır. Amma Bakıdan fərqli olaraq, orada 30 dərəcə soyuqda belə işıqlar sönmür, qaz kəsilmir, istilik sistemi sıradan çıxmır. Qarsda fəaliyyət göstərən Qafqaz Dövlət Universitetində 15 mindən çox tələbə təhsil alır. Onların 200-dən çoxu Azərbaycandan ora gedən tələbələrdir. Ancaq araşdırmamız zamanı bəlli olur ki, tələbələrin Qarsda yaşamaq problemi var. Çünki yerli əhali tələbələrə ev kirayə vermir. Universitet rəhbərliyi də deyir ki, tələbələri saxlamaq üçün yataqxanaları yoxdur, olan yataqxanalar isə əsasən yerli tələbələr üçün nəzərdə tutulur. Buna baxmayaraq, Qafqaz Universitetinin yataqxanasında müəyyən sayda azərbaycanlılar qalır. Vəziyyətdən çıxış, tələbələrimizin rahat yaşaması üçün ən məqbul variant kimi iş adamlarımızın burada böyük yataqxana tikərək tələbələrimizə ucuz qiymətə kirayə verməsindən keçir. Ancaq hələlik irəliyə çıxaraq tələbələrimizə belə bir yataqxana tikmək istəyən biznesmen yoxdur...

Qars qapılarını Ermənistana açmayacaq

Səfər zamanı Qars bələdiyyə başqanı Murtaza Qaraçanta ilə də geniş bir görüş keçirildi. Qaraçanta azərbaycanlı kökənli olduğunu, babalarının Qərbi Azərbaycandan Qarsa köçdüyünü bildirdi. Qeyd etdi ki, bu günə qədər dəfələrlə Bakıda olub: “Bakıda, Sumqayıtda, Mingəçevirdə mənim qohumlarım yaşayır. Sovetlər zamanı onları tapmaq, görüşmək mümkün deyildi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycana gələrək bütün qohumlarımı tapdım. Ustad şair Bxtiyar Vahabzadənin doğulduğu Şəkiyə getdim. Qars əhalisinin yarıdan çoxu azərbaycan kökənli insanlardır və onların çoxu adət-ənənəni saxlayıblar. Türkiyənin harasında qarşınıza azərbaycanlı kökənli bir insan çıxarsa bilin ki, həmin şəxs Qarsdan gedib. Qars qapılarını Ermənistana açmayacaq”.

Ərzurum və Qarsda vəziyyətin nisbətən müsbət olduğunu müşahidə etsək də, İqdırda tamamilə fərqli situasiya ilə qarşılaşdıq. Qarsla

müqayisədə kiçik, 100 min əhalisi olmayan İqdır şəhərində də çoxlu sayda azərbaycanlı yaşayır. Ancaq 10 il əvvəllə müqayisədə indi azərbaycan türkləri şəhərin ictimai-siyasi həyatında aktiv iştirak edə bilmir. Səbəb də, çox sadədir. Son bələdiyyə seçkiləri zamanı İqdır bələdiyyəsi Barış də Demokrat Partiyasının (BDP) əlinə keçib. Başqa sözlə, İqdır bələdiyyə başqanı BDP üzvü, milliyətcə kürddür. İqdırda yalnız iki millət var-kürdlər və azərbaycanlılar. On il bundan öncə şəhərin rəhbərliyi, millət vəkilləri azərbaycanlılar olsa da, indi soydaşlarımız mövqeləri əldən veriblər. İqdırda bələdiyyənin inzibati binası üzərində kürd dilində “İqdır şəhər Bələdiyyəsi” yazılıb. Bundan başqa, bələdiyyəyə məxsus olan avtomobillərin üzərində də kürd dilində yazılara rast gəlmək olar. Diqqət çəkən məqamlardan biri isə İqdır-Ağrı arasında işləyən avtobusların üzərində kürd dilində yazılan ifadə oldu. Belə ki, sözügedən marşurutda İqdır-Ararat sözü yazılıb. Sanki bununla da, ermənilərin Ağrı dağına “Ararat” deməsi fikri bir qədər də gücləndirilir və buna haqq qazandırılır. Hansı ki, on il bundan əvvəl belə bir halın olacağını heç kim ağlına gətirə bilməzdir. Ancaq indi bu bir reallıqdır.

İqdırı kim qazanacaq?

Bir neçə gündən sonra Türkiyə Böyük Millət Məclisinə seçkilər keçiriləcək. Hazırda İqdırda, eləcə də Ərzurum və Qarsda ciddi seçki kampaniyası aparılır. Bir qayda olaraq əsas seçki rəqabəti MHP, AKP, CHP və BDP arasında gedir. BDP bu regionda əsas gücünü İqdıra qoyub. Şəhər bələdiyyəsinin BDP-nin əlində olması, onlarda seçkidə qalib gələcəklərinə dair əlavə stimul yaradıb. Bu seçkilərin nəticəsi olaraq İqdırın idarəçiliyi tam olaraq kürdlərin əlinə keçib. Hazırda İqdırdan seçilən iki millət vəkilindən biri BDP-dən olan kürd əsilli deputat, digəri isə MHP-dən olan azərbaycanlı əsilli şəxsdir. Ancaq BDP bu seçkilərdə İqdırdan iki deputat yeri əldə etməyi planlayır. AKP-də bu ərazidən kürd əsilli şəxsin namizədliyini irəli sürüb və bununla da, BDP-nin səsini parçalayacağına ümid edir. BDP isə burada ciddi seçki kampaniyası həyata keçirir. Hazırda BDP-nin burada əsas maneəsi MHP-dir. MHP İqdırdan iki azərbaycanlı şəxsin namizədliyini irəli sürüb. Azərbaycanlı namizəd İsa Yaşar Tezel ciddi seçki kampaniyası

aparır, ancaq Azərbaycandan ona hər hansı bir dəstək yoxdur. Buna rəğmən soydaşımız ciddi işləyir və ən azı 30 min səs toplamağı hədəf olaraq seçib. Cümhuriyyət Xalq Partiyası isə buradan zəif bir azərbaycanlı namizədi irəli sürüb. Nəticədə bu iqdırda azərbaycanlıların səsinin parçalanmasına rəvac verə bilər ki, bu zaman MHP və CHP iqdırda uduza, BDP isə iki deputat mandatına sahib ola bilər. Bu isə faktiki olaraq azərbaycanlıların vəzifəpərəstliyi, milli maraqları partiya maraqlarına qurban verməsi, İqdırı uduzması anlamına gəlir. İqdırın uduzulması bu şəhərin ermənilərlə bir qədər də yaxınlaşması deməkdir. Bu isə Azərbaycanın maraqlarına əsla uyğun deyil. Vəziyyətdən çıxış yolu kimi İsa Yaşar Tezelin bütün səviyyələrdə müdafiə edilməsi, habelə ona dəstək durmaqdan keçir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bərpa işləri bir neçə gün davam edəcək"

    "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bərpa ...

    25-08-2015, 14:51

  • 
  • Ermənilərin öldürdüyü türk çobanın meyidini geri almaq mümkün olub

    Ermənilərin öldürdüyü türk çobanın meyidini geri ...

    2-08-2013, 01:05

  • 
  • Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində bədbəxt hadisə: 1 ölü, 2 yaralı

    Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində ...

    20-10-2013, 23:35

  • 
  • Azərbaycan Türkiyənin bəzi bölgələrindən diri heyvan və heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırıb

    Azərbaycan Türkiyənin bəzi bölgələrindən diri ...

    27-11-2015, 20:01

  • 
  • ​ŞOK: Festivalda itləri diri-diri yandırıb, yedilər

    ​ŞOK: Festivalda itləri diri-diri yandırıb, ...

    18-07-2019, 16:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu