GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məşhur rejissoru öldürməyə cəhd edənlər bəraət istəyir

Məşhur rejissoru öldürməyə cəhd edənlər bəraət istəyir

Tarix: 3-06-2015, 12:07 Bölmə :Manşet Baxış: 0
Məşhur rejissoru öldürməyə cəhd edənlər bəraət istəyir

Məhkəmə hökmüdə dəyişiklik etsə də, təqsirli bilinənlərin cəzasını dəyişdirimədi

Bakı Apelyasiya Məhkəməsində klipmeker Nail Naiboğluna qarşı quldurluq etməkdə və ondan hədə qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Ümid Cəfərov, onun qardaşı Mirağa Cəfərov və Amid Qasımovun apelyasiya şikayətlərinə baxılıb.

İttihama görə, təqsirləndirilən şəxslər 4 sentyabr 2014-cü ildə Nail Naib oğlu Rzayevin yaşadığı Xətai rayonu Gəncə prospektində olan evinə basqın ediblər. Maskalı dəstə üzvləri klipmekerin əl-qolunu bağlayaraq ona silah çəkiblər.

Onlar silah qismində istifadə etdikləri əşya ilə klipmekerə hədə-qorxu gələrək pulları və qızılları tələb ediblər. Onu ailəsini məhv etməklə hədələyiblər və ondan 10 min manat pul tələb ediblər. Nail onlara 1000 manat verə biləcəyini deyib. Həmin gün Nail “Əhmədli” metrostansiyasının yaxınlığında dəstə üzvlərinə 1000 manat verib. Bundan sonra təqsirləndirilənlər Nail Naiboğlundan yenə də pul tələb ediblər.

Dəstə üzvləri Nalin evində axtarış aparan zaman iki ədəd telefonunu, brilyant qaşlı qızıl üzüyünü götürüblər. Onlar klipmekerin başından vuraraq onu huşsuz vəziyyətə salıb, sonra evi tərk ediblər.

Nail Nəbioğlu dəstə üzvləri ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə şikayət edib. ,ikayət əsasında polis əməliyyata başlayıb və həmin gün saat 16 radələrində Nail Naiboğlu dəstə üzvlərinə qalan pulu vermək istəyərkən onlar saxlanılıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci (quldurluq), 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ümid Cəfərov 10 il, Mirağa Cəfərov 9 il, Amid Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayəti hakim Rizavn Səfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Nail istənilən vaxt məşhur müğənniləri toylara çağıra biləcəyini dedi”

Cinayət işi üzrə ifadə verən Ümid Cəfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, iki il əvvəl 8-ci kilometrdə yerləşən parkda olarkən klipmeker Nail Naiboğlunu görüb. Onun sözlərinə görə, Nail Naiboğluna yaxınlaşaraq işbirliyi qurmağı təklif edib: “Nailə dedim ki, məşhur müğənnilərlə əlaqə var, sənin

vasitənlə həmin müğənniləri toylara aparaq. Nail problem olmadığını, istənilən vaxt məşhur müğənniləri toylara çağıra biləcəyini dedi. Həmin vaxt ona özümü “Emin” kimi təqdim etdim”.

“Klipmeker evdə olduğunu, görüşə bilməyəcəyini dedi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu tanışlıqdan sonra Nail Naiboğlunu bir neçə dəfə bulvarda, metroda görüb. O, qeyd edib ki, görüş zamanı Naildən mobil nomrəsini alıb. Ümid Cəfərov Nailə iş qurmağı da təklif edib: “İş qurmaq üçün klipmekerdən pul istədim. O, mənimlə razılaşmadı. Bu səbəbdən Naili aldadaraq pulunu əlindən almaq niyyətinə düşdüm. Sentyabrın 4-də, gecə saat 01.00-da Naili Heydər Əliyev adına Parkın qarşısında gördüm. Həmin vaxt ona yaxınlaşaraq hal-əhvalını soruşdum. Bir az söhbət edəndən sonra sağollaşdıq. Qardaşım Mirağa və dostum Amid ilə birlikdə Naili güdməyə başladıq. İzləyərək onun evinə qədər gəldik. Naili evinə girənə qədər gözlədim. Bir qədər sonra ona zəng etdim, işim olduğunu, bu səbəbdən görüşmək lazım olduğunu dedim. Klipmeker evdə olduğunu, görüşə bilməyəcəyini dedi”.

“Arvad corablarını başımıza keçirdik və evə girdik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Nail Naiboğlunun evinə basqın etməyi planlaşdırıblar. O, qeyd edib ki, yaxınlıqda olan mağazadan arvad corabı alıblar və həmin corabları başlarına keçirərək Nail Naiboğlunun evinə daxil olublar. O, alışqan tapanca ilə Nail Naiboğlunu hədələdiklərini deyib: “Qardaşım ilə birlikdə evi axtarmağa başladıq. Paltar dolabının içərisindən brilyant qaşlı kişi üzüyünü götürdük. Sonra Nailin mobil telefonlarını götürəndən sonra ona səhərə kimi 10 min manat düzəltməsini tələb etdik. Onu pulları gətirmək üçün səhəri gün saat 16.00-da “Əhmədli” metrosunun yaxınlığında görüş təyin etdik. Pulu gətirmədiy, polisə şikayət etdiyi halda ailə üzvlərini öldürəcəyimizlə hədələdik və evi tərk etdik”.

“Klipmekerdən 1000 manat almaq istəyərkən həbs edildik”

Ümid Cəfərov bildirib ki, saat 16.00-da “Əhmədli” metrosunun yaxınlığına gediblər və orada Naillə görüşüblər: “Həmin vaxt klipmekerdən 1000 manat almaq istəyərkən polis əməkdaşları tərəfindən həbs edildik. Törətdiyim əməldən peşmanam”.

Digər təqsirləndirilən şəxslər Amid Qasımov və Mirağa Cəfərov da elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Onlar törətdiyi əməldən peşman olduqlarını deyiblər.

“Əl və ayağımı skoçla bağladılar”

Zərərçəkmiş Nail Naiboğlu ifadəsində göstərib ki, özünü Emin kimi təqdim edən Ümid Cəfərovla parkda olarkən tanış olublar. Ümid Cəfərovla tanışlıq və sonrakı görüşlərindən danışan klipmeker dəstə üzvlərinin evinə basqın etməsini belə nağıl edib: “Dəstə üzvləri başlarına maska taxaraq evimə soxuldular və məni yumruqla vurdular. Daha sonra əl və ayağımı skoçla bağladılar. Silah qismində istifadə etdikləri əşyanı başıma dirədirlər və daha sonra pulların, qızlların yerini göstərməyimi tələb etdilər. Onlara pulum olmadığını dedim. Onlar evi axtarmağa başladılar”.

“Məni və ailə üzvlərimi öldürməklə hədələdi”

Nail Naiboğlunun sözlərinə görə, brilyantqaşlı üzüyünü və mobil telefonlarını götürəndən sonra Emin adlı şəxs 10 min manat pul düzəltməsini tələb etdi: “Mənə Emin adlı şəxs pulu “Əhmədli” metrosunun yaxınlığında götürəcəyini bildirdi. Emin adlı şəxs polisə xəbər verəcəyim zaman məni və ailə üzvlərimi öldürməklə hədələdi. Bu səbəbdən də onunla razılaşdım. Bundan sonra onlar evi tərk etdilər”.

Nail Naiboğlu ifadəsində quldurluq etdiyi şəxslərin əməlindən polisə xəbər verdiyini, dəstə üzvlərinə pul verərkən keçirilən əməliyyatdan danışıb. O, ümumilikdə 1169 manat ziyan çəkdiyini qeyd edib.

Prosesdə prokuror və müdafiəçilər çıxış edəndən sonra hakim kollegiyası qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərdən Amid Qasımovun hökmündə dəyişiklik edib. Hakim kollegiyası Amid Qasımovun ittiham olunduğu Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə təqsirli bilinməsi hökmdən xaric edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

**

Qətl törədən cüdo üzrə Azərbaycan çempionu dəlixanada

Məhkəmə çempionun ambulatoriya müşahidəsi və məcburi psixiatr müalicəsinə keçməsi barədə ərizəsini rədd etdi

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Müseyib Cəfərovun apelyasiya şikayətinə baxılıb. İttihama görə, 2010-cu ilin sentyabrında Bakının Yasamal rayonunda 30 yaşlı Taleh Məmmədovu Müseyib Cəfərov odlu silahla qətlə yetirib.

Onların münaqişəsi “Diana” barında başlayıb. Sentyabrın 9-da gecə barda baş verən münaqişəni həll etmək istəyən Müseyib Cəfərov səhəri gün Talehin yaşadığı evə gələrək onu “razborkaya” çağırıb. İ.Qutqaşınlı küçəsində maşında aparılan mübahisə zamanı Müseyib Cəfərov tapança ilə hadisədən iki ay əvvəl ailə quran

Talehi güllələyib. Güllələrdən biri ürəyindən dəyən Taleh xəstəxanaya aparılarkən yolda keçinib. Bir vaxtlar peşəkar idmançı kimi adı çıxan Müseyib Cəfərovun adı sonradan böyük cinayət hadisələrində də hallanıb.

Belə ki, içərisində onun da olduğu dəstə üzvləri 2007-ci il mayın 11-də Füzuli küçəsində yerləşən “AZEL Azərbaycan Elektroniks” şirkətinə basqın ediblər. Dəstə üzvləri şirkətin mühafizəçisi İslam Mahmudovun əl-qolunu kəndirlə bağlayıb və mühasibat otağından kiçik seyfi aparıblar. Polis dəstə üzvlərini 2010-cu ilin iyul ayında tuta bilib. Lakin sonra Müseyib Cəfərov həbsdən azad olmağı bacarıb.

Qeyd edək ki, ikinci dəfə qətl törədən 27 yaşlı Müseyib Cəfərov hadisədən sonra ölkə ərazisində müxtəlif yerlərdə gizlənməyi bacarıb. Aparılan 4 aylıq əməliyyat-axtarış tədbirlərindən sonra tutulub.

Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan Müseyib Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham elan edilib.

Amma Bakı Ağır Cinayətlər Məhkəməsi Müseyib Cəfərovun barəsində ittiham hökmü çıxarmayıb. Məhkəmə belə nəticəyə gəlib ki, o, cinayəti törədərkən Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşüb. Buna görə də məhkəmə Müseyib Cəfərova cəzanın təyin edilməsini müvəqqəti olaraq təxirə salıb. Qərara görə, Cinayət Məcəlləsini 120.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş hesab edilərək haqqında tibbi xarakterli ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib.

Həmin hökmdən narazı qalan zərərçəkən tərəf apelyasiya şikayəti verərək təyin edilən məcburi müalicənin ləğvini, onun barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Bir müddət əvvəl apelyasiya şikayətinə baxılıb və Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvəsində saxlanılıb. Lakin həmin qərardan zərərçəkən tərəf Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işi yenidən apelyasiya instansiyasına qaytarıb və şikayətə baxılmasını tövsiyə edib. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılsa da, apelyasiya şikayəti yenidən təmin edilməyib.

Səhiyyə Nazirliyinin 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan Müseyib Cəfərovun müdafiəçisi Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Müdafiəçi Müseyib Cəfərovun barəsində təyin edilmiş ümumi tipli məcburi müalicəsinin dəyişdirilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçməsi barədə ərizəsi təmin edilməyib. Bu səbəbdən müdafiəçi ərizənin təmin edilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Müseyib Cəfərovun müdafiəçisinin apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Maskalı qarətçilərin əməllərinin təfərrüatları

    Maskalı qarətçilərin əməllərinin təfərrüatları ...

    6-09-2014, 13:42

  • 
  • Ağır cinayət törədənlər bəraət istəyir

    Ağır cinayət törədənlər bəraət istəyir ...

    12-03-2015, 10:05

  • 
  • Bakıda 19 min manatlıq hədə-qorxu

    Bakıda 19 min manatlıq hədə-qorxu ...

    4-10-2013, 13:36

  • 
  • Bakıda 2 nəfərdən hədə-qorxu ilə pul tələb edən şəxslər tutuldu

    Bakıda 2 nəfərdən hədə-qorxu ilə pul tələb edən ...

    12-03-2020, 14:06

  • 
  • Şantajla üzləşən qadın ərindən oğurladığı pulları sevgilisinə verdi –TƏFƏRRÜAT

    Şantajla üzləşən qadın ərindən oğurladığı pulları ...

    2-02-2017, 23:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu