GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kərəm Həsənova 1 milyon manat ittihamı

Kərəm Həsənova 1 milyon manat ittihamı

Tarix: 10-02-2013, 11:25 Bölmə :Manşet Baxış: 1 732
Kərəm Həsənova 1 milyon manat ittihamı

Bir qrup sakin “Planeta” apteklər şəbəkəsinin rəhbəri
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin şefinə bu
məbləğdə pul verərək 3 sot torpağı özəlləşdirdiyini deyirlər


Nəsimi rayon, Cavadxan küçəsi 26 və 30 saylı binanın sakinləri iki ildir dövlət idarələrinin qapılarında “pusqu” qurublar. Sözügedən binada 120 ailə yaşayır. İki bina arasında 3 sot həyətyanı sahə var ki, 500-dən sakin istirahət üçün bura da dincəlirlər. Xırda bir park və bir neçə skamyadan ibarət olan həyəti isə sakinlərin əlindən alıb orada klinika tikmək istəyirlər. Bu projenin rəhbəri isə Elxan Yaqubovdur...

3 sot torpaq 4308 manata?
Kərəm Həsənova 1 milyon manat ittihamı

Əslən Göyçaydan olan Elxan Yaqubov “Planeta” apteklər şəbəkəsinin rəhbəridir. Məlumatlara görə, Bakıda eyni adda 11 aptek fəaliyyət göstərir. Onun həmçinin “Bioloji Təbabət” klinikası da var. Elxan Yaqubov almanlarla müştərək işləyir.
Bəs, Cavadxan küçəsində yerləşən iki bina arasında həyətyani sahələr nəyə gərəkdir? Ərazidə yaşayan sakinlər deyirlər ki, Elxan Yaqubov həyat yoldaşı Səbirə Yaqubovanın adına həyəti özəlləşdirib: “Burada ya iki, ya da üç mərtəbli klinika tikmək niyyəti var. Ancaq biz buna razı deyilik. Çünki burada hər hansı bir ofis tikilsə uşaqlarımızın istirahət etmək üçün heç bir imkanı olmayacaq”. Bina əhli dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Onlara özəlləşdirmənin qanunsuz olduğu rəsmi şəkildə bildirilsə də, hələlik heç bir nəticə yoxdur. Çarəsiz qalan sakinlər sonda öz gücləri hesabına Yaqubovlar ailəsinin layihəsinin qarşısını alırlar.
Sənədlərə diqqət yetirəndə şəhərin mərkəzində yerləşən bir ərazinin 3 sotunu 4308 manat özəlləşdirilib. Ancaq sakinlər iddia edirlər ki, Elxan Yaqubov 1 milyon manat Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənova ödəyərək planlarını həyata keçirməyə çalışır.
Məlum məsələdir ki, paytaxtın heç bir yerində bir sot torpağı belə 4 min manata almaq mümkün deyil. Şəhərin mərkəzində üç sot torpağı 4 min manata özəlləşdirmək isə sadəcə gülməli görünür. İşin maraqlı tərəfindən biri də budur ki, sənədlərdə satıcı qismində Kərəm Həsənovun müavini Rafiq Cəlilov, alıcı kimi isə Səbirə Yaqubova göstərilir.

Sənədləri toz basıb?
Kərəm Həsənova 1 milyon manat ittihamı

Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhməliyev 13 mart 2010-cu il tarixində Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) memarlıq və şəhərsalma baş idarəsinin rəis əvəzi Akif Abdullayevə müraciət ünvanlayıb. Müraciətdə vətəndaş Səbirə Yaqubovaya Cavadxan küçəsi 30 B ünvanda qeyri-yaşayış sahəsində ofis binası tikilməsi üçün icazə verilməsi xahiş olunur. Ancaq adıçəkilən ünvanda “Cavadxan küçəsi 30 B” deyilən bir şey yoxdur.
Akif Abdullayev 19.03.2010-cu il tarixdə Nəsib Məhəməliyevin ünvanladığı müraciətə müsvbət cavab verir. Cavab da həmçinin sakinlərin razılığının alınması və yaşıllığın qorunması birmənalı qeyd olunur.
Az keçmədən, yəni 03.04.2010-cu il tarixdə Nəsib Məhəməliyev Yaqubovlara adıçəkilən ünvanda ofis tikilməsinə icazə sənədi verir. Ancaq o da sənəd də sakinlərin “narazılığına səbəb olmasın” sözünü qeyd edir.
Sakinlər sakit durmadan hər yerə müraciət edirlər. 24.05.2010-cu il Şahlar Rzayevə Nəsib Məhəməliyevə adıçəkilən ünvanda heç bir tikinti işlərinin aparılmaması üçün məktub ünvanlayır. Daha sonra 25.05.2010-cu ildə tikintinin qanunsuz olduğu barədə rəy yazır. Bir gün sonra (26.05.2010) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Elmar Hüseynzadə adıçəkilən ərazinin əhali üçün nəzərdə tutulduğunu qeyd edir. O da tikintiyə icazənin verilməməsini bildirir.
Hələ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) rəhbəri Qərib Məmmədovun imzasıyla Yaqubovların projesinin qanunsuz olduğu üzə çıxan aidyyatıq urumlara məktub ünvanlanır. DTXK-nın 14.04.2011-ci il tarixli məktubunda BŞİH rəhbəri Hacıbala Abutalıbova qanunsuz əqdlərin ləğv edilməsi tövsiyyə edilir. Həmçinin verilən çıxarışın qadağan olunduğu qeyd edilir.

Kərəm Həsənov sakinləri necə aldadıb?
Kərəm Həsənova 1 milyon manat ittihamı

Sənədlər bununla bitmək bilmir. Fövqalədə Hallar Nazirliyi (FHN) 21.05.2011-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) məktub ünvanlayaraq ərazidə yaşıllıqların küçöürülməsi barədə müvafiq əmrin məqsədə uyğun olub-olmadığını bildirməyi xahiş edir. ETSN isə 12.05.2011-ci ildə tarixdə FHN-ə cavab məktu8bu yazır. Məktubda həyətyanı sahənin sakinlər üçün nəzərdə tutuluduğu qeyd edilir. Bildirilir ki, yaşıllıqların köçürülməsi müsbət nəticə verməyəcək.
Ətraf Mühitin Mühafizəsi Departamenti də tikinti işlərinin qanunsuz olduğunu barədə rəy verir.
Sakinlər əllərində bir topa sənədlərlə BŞİH-ə, Prezident Administrasiyasına (PA) tikinti işlərinin qanunsuz olamsı barədə dəfələrlə müraciət ediblər. Ancaq heç bir faydası olmayıb. Sakinlər Nəsib Məhəməliyevin qəbuluna getsələr də, təhqir olunaraq geri qayıdıblar.
Kərəm Həsənov sakinlərlə görüşəndə bu hadisədən xəbərsiz olduğunu deyir. Sakinlərin dediklərinə görə, Həsənov ərazinin qeyri-yaşyış sahəsi olduğunu zənn edirmiş. Komitə sədri, məhkəmə prosesinə hüquqşünas göndərəcəyini və tikinti işlərinə qadağa qoyacağını zərərçəkənlərə söz verir. Ancaq heç bir prosesdə komitəni kimsə təmsil etmədi.

Qırılan ağaclar və taxta-şalban
Kərəm Həsənova 1 milyon manat ittihamı

Sakinlər deyirlər ki, Elxan Yaqubov “Planeta” apteki bitişik olduğu binanın zirzəmisini də işğal edib.
Vəziyyətin ağır olduğunu, aidiyyatı qurumlardan gələn cavablarda “sakinlərin razılığı olmalıdır” ifadəsini görən Elxan Yaqubov qonşuluqdakı binanın 22 sakinin hər birinə 50 manat verərək imza toplayır. Halbuki imza sahibləri heç birinin həmin həyətyanı sahəyə iddia edə bilmək hüququna malik deyil.
Sakinlərlə bir neçə dəfə görüşən Səbirə Yaqubova onlara heç yerə şikayət etməməyi məsləhət də görüb: “Bizə dedi ki, heç yerə şikayət edib, özünüzü yormayın. Onsuzda problemi həll edəcəyik”.
Yaqubovlar həyətdə onlarla ağacı qırmaqla yanaşı əraziyə tikinti materialları da yığıb. Ancaq tikintiyə işinə başlanan kimi sakinlər ayağa qalxıb, prosesə mane olurlar.
Sən demə, ərazini özəlləşdirən Səbirə Yaqubova adıçəkilən binalarda onun projesinə mane olmağa çalışan sakinlərə qarşı da hücuma keçibmiş. belə ki, o, beş fəal qadını məhkəməyə verib. Sakinlərin dediklərinə görə, Həsənov ərazinin qeyri-yaşyış sahəsi olduğunu zənn edirmiş. Komitə sədri, məhkəmə prosesinə hüquqşünas göndərəcəyini və tikinti işlərinə qadağa qoyacağını zərərçəkənlərə söz verir. Ancaq heç bir prosesdə komitəni kimsə təmsil etməyib.

“Elxan Yaqubovun arxasında deputat Eldar Quliyev dayanır”

Sakinlər məhkəmələrə müraciət etsələr də bunun da bir nəticəsi olmayıb. Belə ki, onlar Apelyasiya məhkəməsini udsalar da, Ali Məhkəmə qərarı ləğv edib və geri qaytarıb. İkinci dəfə Apelyasiya məhkəməsinin çıxartdığı qərar isə vətəndaşların əleyhinə olub. Hər yerdə əli üzülən sakinləri dövlət qurumlarında da qəbul etmirlər. Onlar son addım kimi piket keçirmək haqda düşünürlər. Əgər bu da öz töhvəsini verməsə kütləvi surətdə ölkə vətəndaşlığından imtina edəcəklər.
“Bu işdə əli olanlardan biri də deputat Eldar Quliyevdir. Bizim başqa həyətimiz yoxdur. Bizdə məhkəmə sistemi yoxdur. Rüşvət verib qərar qəbul elətdirirlər. Biz ölkə vətəndaşlığından imtina etmək istəyirik. Amerika, Rusiya və yaxud başqa bir ölkə bizə sığınacaq versin. Çünki bu cür ölkədə, qanunsuzluqların tüğyan etdiyi bir məmələkətdə yaşamaq niyyətində deyilik”, - deyə sakinlər bildirirlər.
Vətəndaşlar onlara məxsus olan sahənin özəlləşdirilməsi ilə bağlı Prezident Administrasiyasına, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya, Respublikanın Baş Prokurorluğuna, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazıblar.
“Baş Prokurorluğun “161” qaynar xəttinə bir neçə dəfə zəng edib, bu məsələdə korrupsiya faktının olduğunu demişik. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri rüşvət müqabilində bizə aid olan torpağı saxta sənədlərlə özəlləşdiriblər. Bu haqda məlumat versək də, şikayətimizi qeydə almayıblar. Sıravi şəxs bu hərəkəti etsəydi dərhal həbs olunardı. Dövlət orqaları bu cür addımlar atdıqca iqtidara inamsızlıq yaradırlar”- şikayətçilər qeyd edirlər.

***
Hələ bir müddət öncə Elxan Yaqubovun apteklərində MTN əməliyyat aparmışdı. Əməliyyat zamanı vaxtı keçən dərman preparatlarının satıldığı üçə çıxmışdı.
Ramin DEKO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Kərəm Həsənov üçün müdhiş korrupsiya mənbəyi

    Kərəm Həsənov üçün müdhiş korrupsiya mənbəyi ...

    6-12-2013, 17:54

  • 
  • Sakinlər “Azərsu”ASC-dən narazılıq edirlər

    Sakinlər “Azərsu”ASC-dən narazılıq edirlər ...

    20-11-2015, 18:41

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu