GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Yeni rektor hansı məmurların girovuna çevrilib? - Şok iddialar

Yeni rektor hansı məmurların girovuna çevrilib? - Şok iddialar

Tarix: 23-06-2015, 12:37 Bölmə :Manşet Baxış: 0
Yeni rektor hansı məmurların girovuna çevrilib? - Şok iddialar

Professor: «185 nəfərə havayı maaş verən yeni rektor bir il ərzində 90%-nin məsləhət almağa ehtiyacı olan şəxsləri universitetə «məsləhətçi» kimi işə qəbul edib

Azərbaycan Dövlət İqtitsad Universiteti rektorunun sabiq müşaviri, universitetin «İqtisadi Kibernetika» kafedrasının 40 il müdiri olmuş iqtisad elmləri doktoru, professor Bədirxan Musayev prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Təhsil naziri Mikayıl Cabbarova və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə yenidən müraciət edib.

«Gündəm Xəbər»ə daxil olan müraciətdə Bədirxan Musayev yazıb ki, İqtisad Universitetinin rektoru Ədalət Muradov universitetin keçmiş rəhbərliyinin ona qarşı qanunsuz aktlarını məqsədli şəkildə ləğv edib, haqqının bərpasına imkan yaratmır.

“Prezident sərəncam verdi, bununla kimin haqlı olduğu bilindi, ancaq yeni rektor buna qarşı da çıxdı...”

«Möhtərəm cənab Prezident! Siz uzun müddət apardığım mübarizədən, üzləşdiyim haqsızlıqlardan, məhkəmələrin rüşvət və tapşırıqla hərəkət edərək, mənim qanuni haqqımı pozmasından xəbərdarsınız. Bununla bağlı sizə

sayının unutduğum müraciətlər, teleqramlar göndərmişəm. Çox sağ olun ki, Siz həddən artıq vacib qərar verərək, keçmiş rəhbərliyin barəsində sərəncam verdiniz. Bununla da mənim haqlı olduğum təsdiqləndi. Məhkəmələrin çıxardığı qərarlar isə öz əhəmiyyət və aktullığını bununla itirmiş olsa da, Ədalət Muradov bu ilahi ədaləti də tanımaq istəmir. Yeni təyinatı vaxtı mənimlə görüşən və «Mən sizin məsələdə ədalətli olacam. Məhkəmə qərarını versin, dərhal əmrinizi verib, sizi haqqınızı bərpa edəcəm», - deyən Ədalət Muradov nə sizin sərəncamınıza, nə də universitetin rüşvətxor dəstəsinin barəmdə tərtib etdiyi qondarma sənədlərə əhəmiyyət vermədən, sonradan öz məkrli oyununu oynadı. Belə ki, o, mənim təqdim etdiyim sənədlərə və prezidentin sərəncamına əsaslanaraq, ilk olaraq universitetdəki dələduz şəbəkəsinin əksər üzvlərini vəzifələrindən qovdu. Bu fakt bir daha mənim haqlı olduğumu göstərdi. Ancaq Ədalət Muradov vəziyyəti düzəltmək, ədaləti bərpa etmək əvəzinə, daha da dərinləşdirdi. Bununla da o, prezidentin sərəncamına, onun tapşırıq və tövsiyyələrinə qarşı da çıxdı. Əgər mən haqsız olsaydım, barəmdə deyilənlər, üzərimə atılan iftiralar doğru olsaydı, prezident yeni rektor təyinatı haqda sərəncam verməzdi. Nə də Ədalət Muradov şantaj şəbəkəsinin əksər üzvlərini ilk aydaca qovmazdı. Görünür, o, bununla ilk aylar özünə müsbət divident qazanmaq və yad adam kimi özünə universitetdə yer eləmək istəyib. Təsadüfi deyil ki, hazırda rektor özünün yaxın ətrafı ilə keçmiş rəhbərliyin şəbəkəsində rüşvət mexanizminin çiçəklənməsində müstəsna rol almış Damət Bağırov kimilərin imkanlarını birləşdirərək, rüşvətin,

korrupsiyanın daha dərinləşməsinə qərar verdi. Hazırda universiitetdə güclü rüşvət yığımı gedir. Vəzifəyə qoyduqlarının çoxu bunu açıq çəkildə bəyan etməkdən də çəkinmirlər. Məhz bu niyyət və məqsədinə görə də, düşünürəm ki, mənim haqlarımın bərpasına adına, yaşına uyğun olmayan şəkildə «qırmızı işıq» yandırdı».

“Ədalət müəllim, hələ Ukraynada oxumaqla, diplomat olmaq olmaz, ağıllı olun!”

Bədirxan Musaeyv prezidentin diqqətinə çatdırır ki, ilk görüşündə ona söz verən Ədalət Muradov sonradan özü məhkəməyə qondarma sənəd təqdim etməklə, hakimlərin obyektiv qərar verməsinə mane olub:

«Rektor məhkəməyə verdiyi arayışda göstərib ki, professor Bədirxan Musayev 2008-ci ildə hər ay 85 manat, 2011-ci ildə 242 manat maaş almışam. Belə də ədalətsizlik və saxtakarlıq olarmı? Axı, o, bu sərsəm rəqəmləri haradan əldə etmisiniz, axı? Niyə başqalarının saxtakarlığını mənim adıma yazmalısnız ki? Axı, məhkəməyə və adamınıza bankdan alıb təqdim etdiyim arayış da göstərir ki, mən o qədər maaş almamışam. Niyə faktiki sənədləri nsaxtalaşdırmaqla, mənim keçmişimi saxtalaşdırırsınız? Əgər Ədalət müəllimin və tabeliyində olanların məhkəmədəki saxtakarlığı təkcə bu olsaydı, bəlkə də bu müraciəti heç vaxt sizə yazmazdım. Ancaq zaman keçdikcə, görürəm ki, yeni rektor sələfinin atasına rəhmət oxutdurur, yalnız öz şəxsi mənafeyini güdür, hətta köhnə rüşvətxorları və şantaj şəbəkəsini başına toplayaraq, yeni-yeni çirkin planlar üzərində işləməklə,

universiteti tam çöküşə aparır. Onun Damət Bağırov, Yalçın Hacızalov, Zəfər Bayramov kimi «sürüşkən»lərlə bir yerdə olması, öz yaxın adamlarının vasitəsiyldə univrsitetdə genişləndirdiyi özbaşınalıqlara diqqət edəndə isə, buna təəssüflənməmək mümkün deyil. Onun plagiat dərslik yazan Yalçın Hacızalovu kafedra müdiri, Heydər Əliyevin fikirlərini açıq şəkildə təhrif edən Zəfər Bayramovu YAP-ın universitet üzrə təşkilat sədri, Damət Bağırovu isə prorektor vəzifələrindən saxlanması, əsla, normal düşüncə sahibinin məhsulu ola bilməz. Bəlkə bu adamlar Ədalət Muradova növbəti ədalətsizlikləri üçün lazımdır. Ancaq o zamanla görəcək ki, Ukraynada oxumaqla, diplomat olmaq olmaz. Onun özünə diplomat görkəmi verib, yekələndirməsi gec-tez özünü çıxılmaz dolanbaca aparacaq. Odur ki, ağıllı olub, ağılla, məntiqlə proseslərə və başqasının haqqına yanaşmanızı rica edirəm...”.

185 saxta ştat və yaxud məmurlara peşkəş edilən pulllar...

Professor müraciətində daha sonra yazır:

“Möhtərəm Prezident!

Ədalət Muradovun belə ikili oyunlar oynamaqda yalnız bir məqsədi var: Universiteti bazara çevirmək və qısa müddətdə milyonlara sahiblənmək. Yəqin o, düşünür ki, Bədirxan Musayevi işinə bərpa etsə, mən ona mane ola bilərəm. Açığı, mən bundan başqa, izah tapa bilmirəm.

Ancaq inanın, mənim məqsədim bu deyil. Mənim məqsədim şəxsimə atılan böhtanları, ləkələri təmizləməkdir. Mənim haqqımda şərəfsizcəsinə edilənlərin təmizlənməsi üçün universitetə geri dönməyi tələb edirəm. Bəli, Ədalət Muradovun özü də, məhkəmələrdə, universitetdə üzümə gülüb, 3-5 manata görə şərəfini satıb, əleyhimə imza atanlar da bilir ki, mən tam haqsız işimdən çıxarılmışam. Ancaq yeni rektor özünü peşəkar «iqrok» və ya siyasətçi zənn edir, guya diplomatik gedişlər edərək, uniiversiteti gücləndirir. Əslində isə, dələduz şəbəkəsinin, bəzi şərəfsizlərin peşkasına çevirldiyinin də fərqində deyil. Gündə onu-bunu universitetə yığıb, tədbir adıyla müxtəlif pozalarda şəkil çəkdirmək peşəkarlıq və ya elmi ayağa qaldırmaq deyil. Universitet təhsil müəssisəsidir, siyasi yığıncaq məkanı deyil, ay ədaləti ədalətsizliyə qurban verən Ədalət müəllim!”.

“Yaxşı kişilər ətrafı pullu olan adamlarla deyil, ləyaqətli insanların çoxluğu ilə ölçülür”

B.Musayev yazır ki, bunun əksini iddia edirsə, o zaman rektor bu suallarına cavab versiin:

“Universitetdə adı olan, özü olmayan nə qədər məmur çalışır? Niyə onların dövlətin və universitetin vəsaitindən yüksək maaş verirsən? Bilmirsənsə, mən deyim, belələrinin sayı 185 nəfərdir. İçərilərində oğulna, yaxın qohumuna «yaşıl işıq» yandırdığın rabitə nazirliyinin

apparat rəhbəri Vidadi Zeynalovdan tutmuş, digər məmurlara qədər çoxunun adı var. Bu o Vidadidir ki, pulu ilə universiteti dəfn edər, qaldı ki, sizə. Bunu niyə xatırladıram, çünki bir dəfə sizə yazmışşam. Yenə təkrar edirəm, ləyaqətli insanlar heç vaxt özündən qolda və madiyyatda zəiflərə güc göstərməz. Mərd adam, ədalətli adam odur ki, haqsızlıq edən güclünün qarşısında mətənətli çıxsın. Yoxsa onun girovuna çevrilib, qulu olmasın. Mən Ədalət Muradova bunu demək istəyirəm ki, yaxşı kişilər ətrafı pullu olan adamlarla deyil, ləyaqətli insanların çoxluğu ilə ölçülür. Ancaq görürəm ki, sənVidadi Zeynalov, Zəfər Bayramov, Yalçın Hacızalov, Damət Bağırov və bu kimi insanların təfəkküründən çox uzaq deyilsən. Eyni protip, eyni düşüncə sahibisiniz. Yazıq universitetdəki tələbələrə. Çox təəssüf ki, sən də bunlara ədalətin gücünü göstərə bilmədin. Belə görürəm ki, heç göstərə də bilməzsən. Çünki səni pulla, daha güclü arxaları ilə boğarlar. Yəni sən bunlardan puluna, vəzifələrinə görə qorxursan. Onlar Bədirxan Musayev deyil ki, bir qarın ac-bir qarın tox oxuyub, bu dövlət üçün çalışsınlar. Həmin universitetə gəlməyən, bir dəfədə olsun, dərs deməyən məmur qarışıq 185 nəfərdən soruşun, görək Azərbaycana, onun elminə nə verib? Mənim təkcə yetişdirdiyim elmlər namizədi və doktorların yazdığı elmi işlər bunların ümumi çəkisindən ağırdır».

«Mən Vətən deyəndə, sən Ukraynada xaxollara xod axtarırdın…»

Professor yazır ki, o, Azərbaycana «iqtisadi kibernetika» elmini gətirib, burada onun yaradılmasına təşkilatçılıq edəndə, həmin 185 nəfər daxil, universitetin rəhbərliyinin bəziləri orada-burada keflərində olub:

«Yəqin ki, Ədalət Muradov, o zaman sən də xaxolara xod axtarıb, orada birdəfəlik yerləşmək barədə fikirləşirdin. Ancaq mən səndən fərqli olaraq, Moskvada müdafiə etsəm də, vətənimə döndüm, buraya öz töhvəmi vermək istədim. Ancaq 1980-ci illərin sonunda universiteti ələ keçirən dələduzlar (hamısı cəzasını qanunla aldı) kimi, indi də belə dələduzların şərəfsizlikləri ilə üzləşəcəyimi əsla ağılma gətirməzdim. Əmin olun, pislik elə bir şeydir ki, gec-tez onu edəni yaxalaayır, bundan da betər vəziyyətə salır. Sizin də yaşınız cavan deyil, əmin olun ki, Siz də ilahi ədalətin cəngindən xilas ola bilməyəcəksiniz. Axı, mən sizdən çox şey istəmədim, haqımın bərpasını istədim. Bu da olmasa, məni yaratdığım və 40 il rəhbərlik etdiyim kafedraya prrofesor-məsləhətçi kimi qayıtmağımı xahiş elədim. Səbəb isə təkrar edirəm, üzərimdəki ləkənin götürülməsi idi. Zatən, bərpadan bir-iki gün sonra özüm ərizəmi yazıb, şərəflə gedəcəkdim. Amma bu imkanı da mənə çox gördünüz. Mən də sizə milyonları rahat yeməyinizə, kimlərinsə tupoy uşaqlarını millətin başına keçirmənizə imkan verməyəcəyəm. Bunu da qulağınıza sırğa eləyin».

Mikayıl Cabbarovun müavinindən niyə səs çıxmadı?

Bədirxan Musayev yazır ki, uzun illərin mübarizə və yazışmalarından sonra ötən ay təhsil naziri Mikayıl Cabbarovun 1-cü müavini Ceyhun Bayramovun qəbuluna düşüb: «Ona müvafiq sənədləri təqdim elədim. Haqq var, məni yüksək səviyyədə qarşıladı, dinlədi. Dedi ki, məni əla tanıyırlar, xidmətlərimi də, prinsiplərimi də bilirlər. Bir sözlə, Ceyhun Bayramov apardığım sənədləri də alıb, dedi ki, Bədirxan müəllim, ən uzağı bir həftə ərzində sizə nəticə haqqında məlumat verəcəyik. Ancaq həmin görüşdən bir aydan çox vaxt ötüb, Mikayıl Cabbarovun müavinindən isə səs çıxmayıb. Cənab prezident, xahiş edirəm, göstəriş verin, həm bu, həm də mənim haqqımın bərpası araşdırılsın və sərt ölçü götürülsün».

Məsləhətə ehtyacı olan, ixtisası uyğun gəlməyənlərə niyə iş verilib?

Bədirxan Musayev bildirir ki, Ədalət Muradov rektor təyin ediləndən sonra universitetə 20-yə yaxın məsləhətçi vəzifəsinə işçi də qəbul edib:

«185 nəfərə havayı maaş verən yeni rektor bir il ərzində 90%-nin məsləhət almağa ehtiyacı olan şəxsləri universitetə «məsləhətçi» kimi işə qəbul edib. Ancaq titulların sayı-hesabı bilinməyən Bədirxan Musayevə, yəni mənə bunu da çox görüblər. Ayıbdır vallah. İnsanda utanmaq hissi bitibsə, o adam dövlətə, millətə heç bir xeyir verə bilməz. Sizlər isə özünüzə, vəzifənizə çəki-düzən verməkdənsə, daha da rüsvayçı adddımlar atmaqla, universiteti bazara çevirməkdə davam edirsiniz. Bəlkə belə deyil? O zaman sizdən soruşuram, ey haqqın, ədalətin carçısı olduğunu bəyan edən, amma rüşvətə

“yox” deyə bilməyən Ədalət Muradov, niyə və hansı səbəbə ixtisası “statistika” olan Əsəd Mirzəyevi “İqtisadi Kibernetika” kafedrasına məsləhətçi təyin etmisiniz? Guya bilmirsiniz ki, onun havayı məsləhətçi maaşını çirkin yollarla kafedra müdiri olan Yalçın Hacızalov mənimsəyir? Niyə buna qarşı tədbir görmürsünüz? Bəkə sizə “hesab” verirlər? Nədir axı sizin dərdiniz mənimlə? Niyə üzərmə atılan ləkələrin təmizlənməsinə imkan vermirsiniz?

Ədalət müəllim, Siz bunları yaxşı bilirsiniz, lakin tədbir görməyə ya cəsarətiniz çatmır, ya qorxursunuz, ya da gözügölgəlisiniz”.

Son...

Onu da qeyd edək ki, Bədirxan Musayev keçmişdə ona qarşı qurulan oyunda iştirak edənlərin yeni rektor Ədalət Muradov haqqında hansı planlar qurmalarından tutmuş, ADİU-da hazırda baş verən olaylar da kimlərin hansı rola girdiklərinə qədər maraqlı məsələlərdən də söz açıb. Eyni zamanda kafedra müdiri Y.Hacızalovun plagiat kitabı, Zəfər Bayramov, Damət Bağırovun əməlləri, Vidadi Zeynalovla yeni rektorun gizli oyunları haqda da müraciətlər hazırladığını diqqətə çatdırıb. Deyib ki, bütün bunları təkcə Azərbaycan deyil, xarici mətbuata da çıxaracaq: «Artıq Rusiya və Türkiyənin bəzi media qurumlarına bununla bağlı müraciət etmişəm…

Qarşı tərəfin fikirlərini də ddinlləməyə hazırıq.

Əvəz Bayramoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" qoydu

    Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" ...

    9-10-2014, 03:46

  • 
  • Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal

    Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal ...

    5-09-2014, 23:29

  • 
  • Keçmiş rektor: “Vəzifədən özüm çıxdım”

    Keçmiş rektor: “Vəzifədən özüm çıxdım” ...

    16-01-2014, 11:37

  • 
  • Gəncə Dövlət Universitetinin keçmiş rektoru bəyanat yaydı

    Gəncə Dövlət Universitetinin keçmiş rektoru ...

    17-01-2014, 11:08

  • 
  • Professor deputat məhkəməyə verib

    Professor deputat məhkəməyə verib ...

    17-03-2015, 00:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu